Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-155)-813/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərizənin geri götürülməsi barədə) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, məhkəmə icraat iştirakçılarının izahatları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarili, Bank hesabı və universal debit kart müqaviləsinə əsasən, 109.82 AZN (bir yüz doqquz manat səksən iki qəpik) və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun iddiaçı TuranBank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ASC xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, cavabdeh X1 tərəfindən borc məbləği tam ödənildiyindən işin baxılmamış saxlanmasını xahiş etmişdir.
3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SX074989613AZ saylı xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı tərəf iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
7. Odur ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-yə geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva