Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(5-157)-146/2026 05.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə, ona məxsus qaz xəttinin İddiaçı məxsus Şamaxı-Pirquqlu yolunun sol hissəsində, şəhərin çıxışında 185 m² sahəsədə plastik qapı-pəncərə istehsalı üçün sexdən - daşınmaz əmlak obyektindən kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi barədə öhdəlik qoyulması, hüquqi yardıma görə ödənilmiş 350 AZN və 100 AZN dövlət rüsumu, cəmi 450 AZN olmaqla, Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi və bu barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan məlumatlardan görünür ki, Cavabdeh ünvanı ünvan 1dəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddiaçının iddia tələbi isə istehlakçı münasibətlərinin dairəsinə aid deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, iddiaçının kənarlaşdırılmasını tələb etdiyi qaz xətti istehlakçı olaraq tək özünə aid olan borunu deyil, ümumilikdə qazpaylayıcı şəbəkənin kənarlaşdırılmasını tələb edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-ci maddəsinə əsasən, qaz şəbəkələri – qazın nəqli şəbəkəsi və qazpaylayıcı şəbəkəsidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli, 17 №-li əmri ilə təsdiq edilmiş “Qa təchizatı. Layihələndirmə normaları”nın “terminlər və təriflər” bölməsinin ikinci hissəsinə əsasən, Qazpaylayıcı şəbəkə – qazın mənbəyindən istehlakçıların qaz kəməri girişlərinə qədər olan xarici qaz kəmərləri və onların üzərində olan tikili, avadanlıq və texniki qurğular sistemidir. Həmin normaların 1.4-cü bəndinə əsasən, qaz təchizatı sistemlərinin layihələndirilməsi Azərbaycan Respublikasının şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin təsdiq edilmiş qaz təchizatı sxemlərinə əsasən aparılmalıdır. Göründüyü kimi, qazpaylayıcı şəbəkənin qurulması, dəyişdirilməsi və ya yenidən qurulması xüsusi layihələndirmə və icazələr tələb edir. Qeyd edilən işlərin həyata keçirilməsi qeyri-istehlak münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (mədaxil qəbz № : ********** olan) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin kənarlaşdırılması və təhlükəsiz məsafəyə köçürülməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş (mədaxil qəbz № : ********** olan) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(5-157)-146/2026
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-157)-146/2026
05.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver