Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(5-157)-34/2026 19.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 1267 manat və ödənilmiş 33 manat dövlət rüsumu Cavabdeh tutularaq, Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixli, MG0050/25_11 saylı ”Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən, cəmiyyətdə sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) “Vaz 21214” minik markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri ərazisində “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi ziyan vurmuşdur. Şamaxı rayon YPX-nin tərtib etdiyi “İnzibati tənbeh vermə haqqında” İXP ******* nömrəli protokol ilə Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. “Hyundai Accent” markalı, “**-PJ- ***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər MCL-684/25 saylı sığorta ödəniş aktına əsasən, 6267 manat məbləğində müəyyən edilmişdir. Təqsirkar qarşı tərəf olduğu üçün azadolma məbləği tətbiq edilməmişdir. Dəyən zərər məbləği tam həcmdə cəmiyyət tərəfindən ödənilmişdir. Həmin məbləğdən 5000 manat təqsirli şəxsin sığortaçısı olan "xxxx" ASC tərəfindən cəmiyyətə ödənilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MG0050/25 nömrəli avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan MCL-684/25 saylı sığorta ödənişi aktının surətindən görünür ki, “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6267 manat məbləğində müəyyən edilmiş və 6267 manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “X3”-in qüsur aktının surətindən görünür ki, Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobil üçün icra olunan təmir-xidmət işlərinin ümumi dəyəri 6270 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı rayon YPX-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibatı xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsdə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21214” minik markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Poçt xidməti vasitəsilə cavabdehin ünvanına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf xx.xx.2026-cı il tarixdə Cavabdeh rəsmi qaydada çatdırılmışdır. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh “Vaz 21214” minik markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri ərazisində “Hyundai Accent” markalı, “**- PJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ona maddi ziyan vurmuşdur. Şamaxı rayon YPX-nin tərtib etdiyi “İnzibati tənbeh vermə haqqında” İXP ******* nömrəli protokol ilə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər MCL-684/25 saylı sığorta ödəniş aktına əsasən, 6267 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-yə məxsus olan “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixli, MG0050/25 saylı ”avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən, "xxxx" ASC tərəfindən sığorta edilmişdir. "xxxx" ASC tərəfindən “Hyundai Accent” markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 6267 manat zərər məbləği avtomobillərin sahibinə ödənilmişdir. Zərər məbləğindən 5000 manat məbləğ Cavabdeh sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə ödənilmişdir. Hazırda iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləği həddində subroqasiya hüququ yaranmışdır. Odur ki, cavabdehdən 1267 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 1267 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat pul tutularaq, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(5-157)-34/2026
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-157)-34/2026
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver