Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-225/2026 10.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 270,09 manat əsas borc, 3,75 manat faiz borcu olmaqla, cəmi 273,84 manat borcun, nağd kredit üzrə 2827,22 manat əsas borc, 30,64 manat faiz borcu olmaqla, cəmi 2857,86 manat borcun, ödənilmiş 51,32 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunla rəsmi qaydada bildiriş göndərilmiş, qanunla müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə X4 arasında bağlanmış BPM**********93 nömrəli, xx.xx.2022-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti və BPM**********88 nömrəli, xx.xx.2023-cü il tarixli İstehlak krediti müqaviləsinə əsasən X3 illik 19.9 faizlə 36 ay müddətinə 3100 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 424855 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 3374 saylı, xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2026-cı ilədək Banka ödənilməmiş kart krediti üzrə 270,09 manat əsas borc, 3,75 manat faiz borcu olmaqla, cəmi 273,84 manat borcu qalmışdır. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2026-cı ilədək Banka ödənilməmiş nağdt krediti üzrə 2827,22 manat əsas borc, 30,64 manat faiz borcu olmaqla, cəmi 2857,86 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 51,32 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-51160/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 442, 447.1, 739, 743, 1134.1, 1134.2, 1146, 1151.1, 1159.1.1, 1306.1, 1309-cu maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 270,09 manat əsas borc, 3,75 manat faiz borcu olmaqla, cəmi 273,84 manat borcun, nağd kredit üzrə 2827,22 manat əsas borc, 30,64 manat faiz borcu olmaqla, cəmi 2857.86 manat borcun, ödənilmiş 51,32 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 270.09 manat əsas borc, 3.75 manat faiz borcu olmaqla, cəmi 273.84 manat borcun, nağd kredit üzrə 2827.22 manat əsas borc, 30.64 manat faiz borcu olmaqla, cəmi 2857.86 manat borcun, ödənilmiş 51.32 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(5-158)-225/2026
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-225/2026
10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver