Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(5-158)-82/2026 02.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mövlayev Azər Aydın oğlunun sədirliyi ilə, İddiaçı LPO "xxxx" ASC LƏSF-nin Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Şəki şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı NBCBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair idddia ilə müraciət edərək cəmi 604,16 (altı yüz dörd manat 16 qəpik) manat borc olmaqla. Bundan 538,99 (beş yüz otuz səkkiz manat 99 qəpik) manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 65,17 (altmış beş manat 17 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən iddia ərizəsini və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Cavabdeh həmin bildirişi 23 yanvar 2026-cı il tarixdə şəxsən imza etməklə, qəbul etmiş, məhkəməyə ərizə və ona əlavə edilmiş ödəniş qəbzin surətini məhkəməyə ünvanlayaraq onun iddiaçıya borcunun olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Anar Cabbarov məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11, 284-5-284- 6-cı maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı LPO "xxxx" ASC LƏSF-nin Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu ilə birlikdə iddiaçı LPO "xxxx" ASC Ləgvedicisi Əmanaətlərin Sığortalanması Fonduna geri qaytarılsın. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qərardadı rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Şəki Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Azər Mövlayev
Məhkəmə qərarları › İş №e-2(5-158)-82/2026
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-158)-82/2026
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver