Məhkəmə qərarları › İş №e-2(5-159)-366/2026

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-159)-366/2026

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(5-159)-366/2026 24.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanmaya dair pul tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2615 manat məbləğində vəsaitin, 46,15 manat dövlət rüsumunun və 0,46 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində ** BP *** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh idarə etdiyi ** BP *** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı həmin avtonəqliyyat vasitəsi ilə ** NS *** dövlət qeydiyyat nişanlı Ford D markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 3(076)-794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olmuşdur ki, Cavabdeh idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan görünür ki, məhkəmə iclası zamanı Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün peşman olduğunu bildirmişdir. ** NS *** dövlət qeydiyyat nişanlı Ford D markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** NS *** dövlət qeydiyyat nişanlı Ford markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 2615 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 2615 manat məbləğində sığorta ödənişi zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, subroqasiya tələbinə etiraz etmiş, Şəmkir Rayon Məhkəməsinin 3(076)-794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına istinad edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyini və 400 manat məbləğində cərimə olunduğunu bildirmişdir. Göründüyü kimi, ** NS *** dövlət qeydiyyat nişanlı Ford D markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 2615 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı “Vaz 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İşdə olan zərər aktından görünür ki, “Vaz 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər dəymiş hissələrinin dəyişdirilməsi, təmiri və avtomobilin təmiri ilə əlaqədar ustaların əmək haqqı üçün cəmi 2615 AZN vəsaitin tələb olunduğu göstərilmişdir. İşdə olan 23 noyabr 2021-ci il tarxili, 3(076)-794/2021 saylı Şəmkir Rayon Məhkəməsinin hakiminin X2 iş üzrə qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X1 AZ11NABZ******************** saylı hesabına 2615 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-si tərəfində ödənilmiş 2615 manat məbləğində vəsaiti 15 (on beş) iş gün müddətində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasının əsaslarından biridir. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “FORD D” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2615 AZN ziyan dəymişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)- 794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olmuşdur ki, Cavabdeh idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan görünür ki, məhkəmə iclası zamanı Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün peşman olduğunu bildirmişdir. ** NS *** dövlət qeydiyyat nişanlı Ford D markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** NS *** dövlət qeydiyyat nişanlı Ford markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 2615 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 2615 manat məbləğində sığorta ödənişi zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2615 (iki min altı yüz on beş) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 46.15 manat məbləğində dövlət rüsumu və 0.46 manat bank xidmətinin xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2615 (iki min altı yüz on beş) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-nə ödənilsin. Cavabdeh 46.15 (qırx altı manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun və 0.46 (qırx altı qəpik) manat bank xidmətinin xərcinin alınıb iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar