Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(5-160)-143/2026 11.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Məhkəmə iclasının katibi Mahmudova Türkan Şahlar qızının katibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500804-65194/2 nömrəli kredit müqaviləsi üzrə 9156.59 manat məbləğində əsas bоrc və 741.65 manat faiz borcu оlmaqla, cəmi 9898.24 manat, 500797-PC********** nömrəli kredit müqaviləsi üzrə 315.51 manat məbləğində əsas bоrcu və 12.92 manat faiz borcu оlmaqla, cəmi 328.43 manat, hər iki müqavilə üzrə 10226.67 manat borcun və 121.28 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 sentyabr 2024 il tariхli, 500804-65194/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 11000 manat məbləğində krеdit vеrilmiş, 05 mart 2024 il tarixli 500797-PC********** nömrəli Kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə kredit xətti ayrılmışdır. 500797- PC********** nömrəli Kredit müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.10-cu bəndində göstərilmiş amil yarandığına görə 05 mart 2024-cü il tarixli kredit xətti müqaviləsi 20 noyabr 2025-ci il tarixdə avtomatik olaraq kreditə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 328.43 (315.51 manat əsas borc və ona hesablanmış 12.92 manat faiz borcu) manat borc məbləği kapitallaşaraq 12 ay müddətinə 24% dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Kredit xətti müqaviləsinin 2.11-ci bəndinə əsasən kapitallaşmış öhdəliyin avtomatik qaydada annuitet ödəniş formalı kreditə çevrildiyi gün cədvəl üzrə aylıq ödəniş günü olaraq qəbul edilir və növbəti aydan etibarən cədvəl üzrə ödəniş icra edilməlidir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 21 yanvar 2026-cü il tarixinə cavabdehin 500804-65194/2 nömrəli kredit müqaviləsi üzrə 9156.59 manat məbləğində əsas bоrc və 741.65 manat faiz borcu оlmaqla, cəmi 9898.24 manat, 500797- PC********** nömrəli kredit müqaviləsi üzrə 315.51 manat məbləğində əsas bоrcu və 12.92 manat faiz borcu оlmaqla, cəmi 328.43 manat, hər iki müqavilə üzrə 10226.67 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddiaçı ilə 500804-65194/2 nömrəli və 500797-PC********** nömrəli kredit müqavilələri bağlamış, maddi vəziyyəti ilə əlaqədar kredit borcunu ödəyə bilməmişdir. İddia tələbini əsas borc hissəsində qəbul edir, faiz borcunu isə iddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıqlarda olan hissədə qəbul edir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 500804- 65194/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 500797- PC********** nömrəli istehlak kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24% dərəcəsi il 300 manat məbləğində kredit xətti açılmışdır.
9. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli müqavilə üzrə 315.51 manat əsas, 12.92 manat faiz borcu olmaqla, cəmi 328.43 manat borcu vardır.
10. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli müqavilə üzrə 9156.59 manat əsas, 741.65 manat faiz borcu olmaqla, cəmi 9898.24 manat borcu vardır.
11. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 9156.59 manat əsas, 436.29 manat faiz borcu olmaqla, cəmi 9592.88 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
12. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 299.72 manat əsas, 15.59 manat faiz borcu olmaqla, cəmi 315.31 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 500804-65194/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19% dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmiş, həmçinin eyni tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 500797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24% dərəcəsi il 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddə. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 və 443.2-ci maddələri. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.2.1-ci maddə. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci və 448.2-ci maddə. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 746.1-ci maddə. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada- məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
d) Məhkəmənin mövqeyi:
17. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.
18. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 500804- 65194/2 nömrəli istehlak krediti müqaviləsinə münasibətdə bildirir ki, qeyd edilən müqavilə üzrə əsas borcun cavabdehdən tutulması hissəsində iddia əsaslı olduğundan tam təmin edilməlidir.
19. İddia tələbinin həmin müqavilə üzrə cavabdehdən 741,65 manat faiz borcunun tutulması hissəsini isə məhkəmə qismən əsaslı hesab edir. Belə ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə ondan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 500804-65194/2 nömrəli kredit müqaviləsi faiz borcu xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə (436.29 manat) təmin edilməlidir.
20. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 500797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsinə münasibətdə isə bildirir ki, qeyd edilən müqavilə üzrə iddia tələbi əsas borcun ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı iddia tələbində 315,51 manat əsas borcu cavabdehdən tələb etsə də, iş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişdə cavabdehə 299.72 manat əsas borcunun olduğu bildirilmişdir.
21. Məhkəmə bir daha qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət etdiyindən, belə olan halda, müqavilə ləğv edildikdən sonra həmin əqddəki bəndə istinad edərək əsas borcun yenidən qrafikləşdirilərək hesablanması doğru yanaşma sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 500797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə əsas borc xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə (299.72 manat) təmin edilməlidir.
22. xx.xx.2024-cü il tarixli, 500797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə faiz borcunun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişdə cavabdehin faiz borcu 15.59 manat göstərilsə də, iddia tələbində 12.92 manat faiz borcu tələb edildiyindən, iddia bu hissədə tələb həcmində təmin edilməlidir.
23. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 120,68 manat dövlət rüsumunun 118 manat hissəsi tutularaq iddiaçıya ödənilməlidir.
24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 500804- 65194/2 nömrəli kredit müqaviləsinə əsasən 9156.59 manat əsas, 436.29 manat faiz borcu olmaqla, cəmi 9592.88 manat məbləğində pul, xx.xx.2024-cü il tarixli, 500797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 299.72 manat əsas, 12.92 manat faiz borcu olmaqla, cəmi 312.64 manat pul və 118 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Nəticə hissə:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 342-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 500804-65194/2 nömrəli kredit müqaviləsi üzrə 9156.59 (doqquz min yüz əlli altı manat, əlli doqquz qəpik) manat əsas, 436.29 (dörd yüz otuz altı manat, iyirmi doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 9592.88 (doqquz min beş yüz doxsan iki manat, səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə verilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 500797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 299.72 (iki yüz doxsan doqquz manat, yetmiş iki qəpik) manat əsas, 12.92 (on iki manat, doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 312.64 (üç yüz on iki manat, altmış dörd qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ASC-yə verilsin. Cavabdeh 118 (yüz on səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nərmin Abbasova