Məhkəmə qərarları › İş №e-2(5-160)-152/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-152/2026

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-152/2026 28.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, iddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi Şirvan Şəhər Məhkəməsinə xx.xx.2026cı il tarixdə daxil olmuşdur. Ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Ərizədən görünür ki, Kapital Bank ASC-nin cavabdeh X1 241 manat 42 qəpik əsas, 54 manat 23 qəpik faiz borcu olmaqla cəmi 295 manat 65 qəpik məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən güründüyü kimi, iddia ərizəsində Cavabdeh qeyd olunmuş, lakin 241 manat 42 qəpik əsas, 54 manat 23 qəpik faiz borcu olmaqla cəmi 295 manat 65 qəpik məbləğində pul X1 tələb edilmişdir. Eyni zamanda kredit müqaviləsində və ona əlavə edilmiş sənədlərdə X2 adı qeyd olunmuşdur. Həmin Məcəllənin 284-3.5-ci madəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, cavabdeh qismində X4 göstərilməli olduğu halda Cavabdeh göstərilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,284-1-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Şirvan şəhər Məhkəməsi qərara aldı: İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçı Kapital Bank ASC-yə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar