Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-70/2026 16.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 170.15 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçı “X1 Azərbaycan” QSC-yə geri qaytarılmalıdır. Belə ki, “X1 Azərbaycan” QSC tərəfindən verilmiş iddia ərizəsinə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilməmişdir. İddia tələbi Cavabdeh 170.15 manat məbləğində maddi zərərin tutulması olsa da, lakin iddia ərizəsinə istinad edilən hallara dair sübutlar, yəni xidmətin göstərilməsi ilə bağlı bağlanmış olan xx.xx.2021-ci il tarixli hüquqi xidmət müqaviləsinə Cavabdeh münasibətdə xidməti tapşırıq, xidmətin göstərilməsi ilə bağlı ödənişlərin həyata keçirilməsinə dair müvafiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin ərizə geri qaytarıldığından iddiaçı tərəfindən Şirvan şəhər Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən 30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Məhkəmə həmçinin xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 284-3.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (qəbzin nömrəsi **********63, xx.xx.2026-cı il tarixli) “X1 Azərbaycan” QSC-yə geri qaytarılsın. İddiaçı “X1 Azərbaycan” QSC-yə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(5-160)-70/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-70/2026
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver