Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(5-164)-32/2026 05.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 04 noyabr 2021-ci il tarixli, BPM**********99 saylı tamkart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1464,14 manat əsas borc olmaqla, cəmi 1464,14 manat məbləğində kredit borcunun, ödənilmiş 34,65 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının “Ucar” filialı ilə X6 arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli, BPM**********99 saylı tamkart çərçivə müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 21 faiz olmaqla 2100 manat məbləğində nağd kredit verilmişdir. X2 12 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin 04 avqust 2025-ci il tarixli, 750 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6nun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 V-191/2025 nömrəli vərəsəlik işi üzrə 09 aprel 2025-ci il tarixli, 2V-278 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Ucar” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X6nun 04 noyabr 2021-ci il tarixli, BPM**********99 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1464,14 manat əsas borc olmaqla, cəmi 1464,14 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 09 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş və 12 yanvar 2026-cı il tarixdə cavabdehlərə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etmələri və ya göndərmələri cavabdehlərə izah olunmuşdur. Cavabdeh3 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 17 yanvar 2026-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh2 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 17 yanvar 2026-cı ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh1 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 18 yanvar 2026-cı ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu və cavabdehlərin iddiaya qarşı etirazlarının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan "xxxx" ASC ilə X6 arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli, BPM**********99 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra-“Tam kart" adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə-“Hesab” və ya “Hesablar" adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya Kredit xətti; bundan sonra birlikdə - "Kredit" adlanacaq) istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. İşdə olan 15 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan X6nun 12 dekabr 2025-ci il tarixədək iddiaçıya olan cəmi kredit üzrə borcu 1464,14 manat təşkil edir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 noyabr 2022-ci ildə ölmüşdür. İşdə olan Göyçay rayon notariat ofisi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 noyabr 2022-ci ildə vəfat etmiş X6nun vərəsələri: ünvan 1 ünvanında yaşayan arvadı Cavabdeh3 2/3 (üçdə iki) hissəsi, ünvan 1 ünvanında yaşayan oğlu Cavabdeh2 1/6 (altıda bir) hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak qeydiyyat şəhadətnaməsinə əsas buraxılış ili 1997-ci il olan DAEWOO ESPERO minik markalı, ** LE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd: Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(063)- 1115/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 1/6 (altıda bir) hissədə payı müəyyən edilmişdir (vərəsəlik işinin nömrəsi: V-191/2025). İşdə olan 24 sentyabr 2025-ci tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 3 gün müddətində tam yerinə yetirmələri xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh3, ünvan 1də qeydiyyatdadır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, ünvan 1də qeydiyyatdadır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, ünvan 1də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı ilə şərtləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə X6 arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə 04 noyabr 2021-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmış, kredit müqaviləsinə görə X6 götürdüyü kredit borcunu faiz dərəcəsi ilə birlikdə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərədə tutulan öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. X6nun 12 dekabr 2025-ci il tarixinə iddiaçıya olan cəmi kredit üzrə borcu 1464,14 manat təşkil edir. X6 12 noyabr 2022-ci ildə ölmüşdür. Göyçay rayon notariat ofisi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 noyabr 2022-ci ildə vəfat etmiş X6nun vərəsələri: ünvan 1 ünvanında yaşayan arvadı Cavabdeh3 2/3 (üçdə iki) hissəsi, ünvan 1 ünvanında yaşayan oğlu Cavabdeh2 1/6 (altıda bir) hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak qeydiyyat şəhadətnaməsinə əsas buraxılış ili 1997-ci il olan DAEWOO ESPERO minik markalı, ** LE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd: Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(063)-1115/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 1/6 (altıda bir) hissədə payı müəyyən edilmişdir (vərəsəlik işinin nömrəsi: V- 191/2025). Ucar Rayon Məhkəməsinin 2(063)-1115/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 12 noyabr 2022-ci il tarixdə ölmüş X3 miras qalmış “DAEWOO ESPERO” minik markalı, ** LE *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin (avtomobilin) üzərində Cavabdeh3 üçdə iki hissədə, Cavabdeh2 və Cavabdeh1 hər birinin altıda bir hissədə paylarının tanınması qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə hesab etmişdir ki, işin faktiki hallarından görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mərhum X7in birinci növbə vərəsələridirlər, onların mərhumdan miras qalmış məcburi pay almaq hüququndan məhrum edilmələri üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar iş materiallarında mövcud deyildir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsi (avtomobil) X6 ilə Cavabdeh3 nikah dövründə qazandıqları əmlakdır və mülki qanunvericiliyə görə də ərlə-arvadın ümumi mülkiyyəti sayılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, mərhum X5 birinci növbə vərəsələri-arvadı Cavabdeh3, oğlanları Cavabdeh2 və Cavabdeh1 sözügedən nəqliyyat vasitəsində (avtomobildə) məcburi payları mövcuddur. Odur ki, iddia təmin edilmiş, 12 noyabr 2022-ci il tarixdə ölmüş X3 miras qalmış “DAEWOO ESPERO” minik markalı, ** LE *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin (avtomobilin) üzərində Cavabdeh3 üçdə iki hissədə, Cavabdeh2 və Cavabdeh1 hər birinin altıda bir hissədə payları tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, göstərilən maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək bu nəticəyə gəlir ki, iddiaçı ilə X6 arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli, BPM**********99 nömrəli tam kart çərçivə müqaviləsi üzrə X6nun kredit borcu onu vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,65 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 1464,14 manat, ödənilmiş dövlət rüsumuna görə 34,65 manat və bankın xidməti haqqına görə 0,40 manat, cəmi 1499,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 1464 (bir min dörd yüz altmış dörd) manat 14 (on dörd) qəpik, ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat 65 (altmış beş) qəpik və bankın xidməti haqqına görə 40 (qırx) qəpik, cəmi 1499 (bir min dörd yüz doxsan doqquz) manat 19 (on doqquz) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(5-164)-32/2026
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-164)-32/2026
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver