Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(5-169)-175/2026 13.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "kiçik iddialara dair işlər üzrə maddi ziyan tələbinə" dair iddia ərizəsini 13 mart 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 1930.97 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəlləsinin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddiaçı MMC ilkin olaraq Cavabdeh qarşı "kiçik iddialara dair işlər üzrə maddi ziyan tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin, iddiaçı cavabdehin qeydiyyatda olduğu mediasiya qurumuna müraciət etmədiyi üçün və həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmədiyi üçün Zərdab Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-169)-175/2026 saylı qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Lakin, iddiaçı 2(5-169)-175/2026 saylı qərardada qeyd edilən nöqsanları aradan qaldırmayaraq məhkəməyə yenidən "kiçik iddialara dair işlər üzrə maddi ziyan tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı "kiçik iddialara dair işlər üzrə maddi ziyan tələbinə" dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddia ərizənin qəbul edilməsindən imtina olunduğu üçün iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etməlidir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Odur ki, geri qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub, Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyan tələbinə" dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(5-169)-175/2026
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-169)-175/2026
13.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver