Məhkəmə qərarları › İş №e-2(5-88)-111/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-88)-111/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(5-88)-111/2026 05.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızına qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızına qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:

1. "xxxx" "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək X2 vərəsəsi cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızından BPM**********69 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 3451,23 AZN olmaqla, cəmi 3451,23 AZN məbləğində vəsaitin və ödənilmiş 54,52 AZN dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, X4 arasında bağlanmış BPM**********60 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən X3 illik 19 faizlə 40 ay müddətinə 9300 (doqquz min üç yüz manat) AZN kredit verilmişdir.

3. AZ-İl N№ 266037 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.

4. 2V-42 nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqı saylı şəhadətnaməyə əsasən İbrahimli (Əliyeva) Türkanə Xəlil qızının X2 qanun üzrə vərəsəsi olduğu müəyyən edilmişdir.

5. Yuxarıda adı çəkilən BPM**********60 nömrəli xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehin əsas borca görə 3451.23 AZN olmaqla, cəmi 3451.23 AZN borcu mövcuddur.

6. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 54.52 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir.

7. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə İbrahimli (Əliyeva) Türkanə Xəlil qızına xx.xx.2025-ci il tarixində 6-2-22/2-50807/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

8. İddiaçı ərizəsinin hüquqi əsası kimi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 1306, 1306.1,1146-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472,1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə xx.xx.2026-cı il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2026-cı il tarixdə cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızına bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.

Sübutların tədqiqi:

10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********69 nömrəli kredit müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı təşkilat "xxxx" ASC ilə cavabdeh X4 arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən illik 19.00% faiz dərəcəsi olmaqla, 40 ay ərzində 9300 (doqquz min üç yüz) AZN məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixli BPM**********69 saylı kredit müqaviləsi üzrə 3451,23 AZN əsas olmaqla cəmi 3451,23 AZN manat məbləğində "xxxx" ASC-yə borcu yaranmışdır.

12. İş materiallarında olan Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay əsas məbləğ və faizlər də daxil olmaqla bərabər hissələrlə 315,63 AZN ödəniş etməsi razılaşdırılmışdır.

13. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsinin Zirə bölməsinin xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X4 xx.xx.2022-cü ildə vəfat etmişdir.

14. İş materiallarında olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin sorğularına verdiyi cavab məktubu ilə xx.xx.2023-cü il tarixli 799/2023 reyestr nömrəli qanun üzrə X6 şəhadətnamənin surəti göndərilmişdir.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə X6 Şəhadətnamədən görünür ki, Cavabdeh X1 qalmış miras əmlakdan 1/12 hissədə pay almalıdır.

16. 27 noyabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İbrahimli (Əliyeva) Türkanə Xəlil qızına pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

26. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

27. Maddə 740.1. qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

28. Maddə 740.2. bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

29. Maddə 743. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3). 30.Maddə 1133. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 31.Maddə 1145. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 32.Maddə 1151. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 33.Maddə 1159. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsə ola bilirlər. 34.Maddə 1243. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 35.Maddə 1306. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarı:

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında Plenum qərar almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllə

37. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

38. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

39. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

40. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

41. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

44. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

45. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

46. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum X4 ilə "xxxx" ASC arasında müqavilə azadlığı prinsipinin şərtlərinə uyğun olaraq BPM**********69 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək mərhuma 40 ay müddətinə 9300 (doqquz min üç yüz) AZN məbləğində kredit vermişdir. Lakin, X4 vəfat etdiyindən onun bank qarşısında öhdəliyi lazımınca yerinə yetirilməmişdir.

47. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

48. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə X6 şəhadətnamədən görünür ki, İbrahimli (Əliyeva) Türkanə Xəlil qızı borclu X2 qanun üzrə vərəsəsi olmuş, mərhumdan qalmış miras əmlakdan 1/12 pay almaqla, mərhum X2 mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdiyi miras əmlakdakı payına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşımaqdadır.

49. Məhkəmə hesab edir ki, cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızı (X2 qanun üzrə vərəsəsi) mərhumdan qalmış miras əmlakdan 1/12 aldığından, mərhum X2 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.

50. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızından xx.xx.2021-ci il tarixli BPM**********69 saylı kredit müqaviləsinə əsasən 3451,23 manat əsas, 0.00 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 3451,23 (üç min dörd yüz əlli bir manat, iyirmi üç qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.

52. İddia ərizəsi təmin edilməli olduğundan, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X8 Portalına xx.xx.2026-cı il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 54,52 manat dövlət rüsumu cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızından alınaraq iddiaçı "xxxx" ASC-nə qaytarılmalıdır.

53. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, Mülki Məcəllənin 1306.1-ci, MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdim: İddia təmin edilsin. Cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızından xx.xx.2021-ci il tarixli BPM**********69 saylı kredit müqaviləsinə əsasən 3451,23 manat əsas, 0.00 manat faiz, 0.00 manat cərimə borcu olmaqla, cəmi 3451,23 (üç min dörd yüz əlli bir manat, iyirmi üç qəpik) manat məbləğində borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X8 Portalına xx.xx.2026cı il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 54,52 manat dövlət rüsumu cavabdeh İbrahimli (Əliyeva) Türkanə Xəlil qızından alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar