Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(5-88)-8/2026 13.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: Ümumi oferta müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. “X1” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 227,78 AZN əsas, 71,27 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 299,05 AZN borcun və ödənilmiş 30 AZN rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ümumi Ofertanın 5.1-ci bəndinə uyğun olaraq cavabdehe 59 ay müddətinə, illik 27,60% olmaqla 1100 manat məbləğində kredit xətti açılmışdır.
3. Ümumi Ofertanın 5.2-cü bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ile birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
4. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26 dekabr 2025, cümə tarixinə "xxxx" KB ASC-yə 227,78 AZN esas, 71,27 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 299,05 AZN borcu yaranmışdır.
5. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.İddiaçı ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə xx.xx.2026-cı il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2026-cı il tarixdə Cavabdeh bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsini imzalamaqla (aksept) etdiyi “Ümumi Oferta” müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı təşkilat "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə 59 ay müddətinə, illik 27,60 % olmaqla 1100 manat məbləğində kredit xətti açılmışdır.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ARGİG********** sayılı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə 227,78 manat əsas, 71,27 manat faiz, 0 manat cərimə, 0 manat komisyon borcu olmaqla cəmi 299,05 (iki yüz doxsan doqquz manat, beş qəpik) manat borcu yaranmışdır.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehin həmin tarixə 227,78 AZN əsas, 46,27 AZN faiz, 25 AZN cərimə, cəmi 299,05 AZN borcu yaranmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxsi (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli ,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir(425.1); Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər( 425.2).
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
19. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
23. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
24. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
25. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
26. Maddə 743. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər(743.1); Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2); Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir(743.3).
Mülki Prosessual Məcəllə
27. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
28. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
29. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
30. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
31. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 yanvar 2022-ci ildə müqavilənin bağlanması, həmin müqavilə üzrə cavabdehə "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən 59 ay müddətinə illik 27,60 faiz ödəmək şərt ilə 1100 manat məbləğində kredit xətti açması işin mübahisəsiz halıdır.
35. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 13 yanvar 2022ci il tarixli ərizə-anketdən aydın olur.
36. İddia tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır.
37. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş yazılı sübutlardır.
38. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış Ümumi oferta müqaviləsinə və cavabdehin 13 yanvar 2022-ci il tarixli müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir.
39. Cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi ərizə-anket-ərizə nümunəsi adlı sənəddə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir Bu ərizəni imzalamaqla mən, Cavabdeh təsdiq edirəm ki, "xxxx" X2 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (https://www.leobank.az/) yerləşdirilmiş xx.xx.2021-ci tarixl ümumi ofertası ilə, barəmdə məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuşam, elektron formada analoq imza ilə təsdiq etmişəm və razıyam. Həmin ofertanın nüxsəsini mənə məxsus mobil telefonumda yüklənmiş mobil əlavədə əldə etmişəm və onun bütün şərtlərini qəbul edirəm, Bütün öhdəliklərimi vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyəm.(1-ci bənd); Bu ərizə-anket, eləcə də hesabın açılması üçün müraciətimi də əhatə etdiyini nəzərə alaraq, xahiş edirəm mənə azərbaycan manatında cari və depozit hesabının açılmasını təmin edəsiniz. Mənə məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilmirəm.(2-ci bənd); Xahiş edirəm ki, mənə, 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit xətti ayırasınız. Kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edirəm. Tərəfimdən kredit limitinin azaldılması və artırılması ilə bağlı Banka müraciət edəcəyim halda bu barədə Bankın qəbul edəcəyi müvafiq qərarla razıyam. Bankın mülahizəsinə görə mənə ayrılmış kredit xətti limitinin azaldılması və artırılmasına razılıq verirəm. Bütün bu məlumatlandırmaların mənə mobil əlavə vasitəsilə göndərilməsinə razıyam. "xxxx" KB ASC tərəfindən tələb edildiyi kimi münasibət bildirəcəyəm.(3cü bənd); Təsdiq edirəm ki, banka təqdim etdiyim məlumat - sənədlər hər cəhətdən tam və düzgündür. Bu sənədlərdəki baş verəcək hər hansı dəyişikliklər barədə banka dəyişikliklər baş verdikdən sonra 3 gündən gec olmayaraq məlumat verməyi öhdəmə götürürəm (4-cü bənd); Xahiş edirəm ki, mənim əlyazma/fiziki imzamı və onun analoqlarını hazırda mövcud olan və ya gələcəkdə bankda açılacaq hesablar üzrə əməliyyatlar apararkən tərəfimdən həqiqi / fiziki imza kimi hesab edəsiniz. 1118a0d51b486d4090f4edc065eda9daQebbc72be3c1f4f2b4390c9fbd996b1b nömrəli analoq imza mobil əlavədə mənim əməliyyatlarımı təsdiq etmək üçün istifadə ediləcək. Mən qəbul edirəm ki analoq imza, birdəfəlik açarın (OTP). PİN-kodun (personal identification number), mobil əlavəvəyə daxil olmaq üçün istifadə olunan açar sözünün, barmaq izlərinin (Touch İD texnologiyasından istifadə etməklə) daxil edilməsi mənim əlyazma imzamın analoqu sayılır və eyni hüquqi qüvvəyə malikdir. Mən təsdiq edirəm ki bundan sonrakı bütün razılaşmalar (o cümlədən hüquqi sənədlərin, razılaşmaların və məktubların imzalanması) analoq imzadan istifadə edilməklə təsdiq edilə bilər. (5-ci bənd); Bütün bank hesabları və Müqavilə ilə bağlı bütün yazışmaları müqaviləyə uyğun olaraq mobil əlavə və ya digər məsafədən istifadə olunan kanallar vasitəsilə edilməsini xahiş edirəm və razıyam. (6-cı bənd) ; Bank qarşısındakı istənilən öhdəliyimin icrasının təminatı olaraq, vaxtında yerinə yetirilməyən öhdəliyimin icrası məqsədilə mənə məxsus bütün bank hesablarımdan, eləcə də digər əsaslarla mənə çatası vəsaitlərdən akseptsiz qaydada silinmə aparılmasına etiraz etmirəm, əksinə razılığımı bildirirəm.(7-ci bənd) ; Mənim ödəniş kartı ilə aparacağım əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyimi qəbul edirəm (8-ci bənd)
40. 29 dekabr 2021-ci il tarixli Ümumi oferta adlı sənədin əsas anlayışlar hissəsindən qeyd edilir ki; aksept ofertanı tam və qeyd-şərtsiz qəbul etməsi barədə müştərinin ərizəsidir. Analoq imza, imza edənlə şəxsi açar vasitəsi ilə əlaqələndirilmiş elektron şəkildə imza atma imkanı yaradan unikal məlumatlar başa düşülür. Analoq imza bank və “müştəri” arasında qarşılıqlı razılaşdırılmış bütün əməliyyatlarin (müqavilələrin, məktubların, hesab üzrə sərəncamların, tapşırıqların, etirazların və sair imzalanması da daxil olmaqla) imzalanması üçün bank tərəfindən “müştəri”yə SMS və ya mobil əlavə vasitəsilə təqdim edilmiş, həmçinin bunlarla məhdudlaşmayaraq imzanın digər analoqları da daxil olmaqla “müştəri”nin şəxsi imzasının alternativi olan və eyni hüquqi nəticələrə gətirən imzadır. Analoq imza, həmçinin “müştəri”nin identifikasiyası üçün bir vasitə və bank alətidir və müştərinin kağız üzərində təqdim etdiyi fiziki imza ilə eyni hüquqi qüvvəyə malikdir. Bank xidməti – bu müqavilə ilə təqdim edilən bank hesabları üzrə xidmətlər; internet və mobil bankçılıq xidmətləri (elektron bankçılıq); kredit (kredit xətti); ödəniş kartı üzrə xidmətlərdir; ümumi müddəalar hissəsi ilə müəyyən edilir ki, bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər (VİSA karta bağlı AZN, USD, EUR, GBP valyutasında, Mastercard-a bağlı AZN, USD, EUR valyutasında), bir və ya bir neçə ödəniş kartı (sonradan “kart”) təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta bağlı olan bank hesabları fərqli müəyyən edilə bilər. Oferta üzrə müştəri ilə bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. Bu oferta 25 (iyirmi beş) il müddətinə bank və müştəri arasındakı münasibətləri əhatə edir. Bu müddət ərzində bank elektron üsulla və ofertanın şərtlərinə uyğun dəfələrlə kredit verə və bu oferta ilə müəyyən olunmuş digər bank xidmətlərini təqdim edə bilər;
41. Yuxarıda qeyd edilən müqavilədən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə nəzərdə tutulmuş kredit məbləğini ayırması, bank hesabı açması, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti ümumi oferta müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir.
42. İddiaçının öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş müqavilə və hesabdan çıxarışla sübuta yetirilir.
43. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə onun müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 06 noyabr 2025-ci il tarixli bildirişdən məlum olur.
44. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdehin müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilib, borcun ödənilməsi üçün ona 3 iş günü müddət təyin edilmişdi.
45. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır.
46. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş 26 dekabr 2025-ci il tarixli maliyyə arayışında Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 227,78 manat əsas, 71,27 manat faiz, 0 manat cərimə, 0 manat komisyon borcu olmaqla, cəmi 299,05 (iki yüz doxsan doqquz manat, beş qəpik) manat borcunun olması qeyd edilir.
47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.
48. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.
49. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
50. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.
51. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir.
52. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.
53. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.
54. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
55. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.
56. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
57. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.
58. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
59. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
60. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi).
61. Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur.
62. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
63. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
64. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
65. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
66. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
67. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında 13 yanvar 2022-ci il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyəti qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir.
68. İddiaçı isə 06 noyabr 2025-ci il tarixdə cavabdehə bildiriş göndərərək həmin sənəddə ondan banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmişdi. İddiaçının cavabdehə verdiyi xəbərdarlığı Konstitusiya Məhkəməsinin Qərarında formalaşdırdığı mövqeyi ilə əlaqələndirən məhkəmə onun nəzərinə çatdırır ki, cavabdehə həmin xəbərdarlığı göndərməklə aralarında bağlanmış müqaviləni ləğv etmişdi. Bu səbəbdən də cavabdehin ona qarşı olan borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır.
69. "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi bildirişdə isə müqavilənin ləğv edildiyi tarixə cavabdehin 227,78 (iki yüz iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) manat əsas, 46,27 (qırx altı manat, iyirmi yeddi qəpik) manat faiz borcu və 25 (iyirmi beş) manat cərimə borcu olması qeyd edilmişdi.
70. Müqavilənin ləğv edildiyi tarixə olan əsas borc məbləği iddia tələbində olan miqdarla eynilik təşkil etsə də, faiz fərqli olması müəyyən edilir. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini faiz borcuna münasibətdə qismən əsaslı hesab edir.
71. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
72. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
73. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
74. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini bir daha əsaslı olmasını müəyyən edərək, onun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, 26 dekabr 2025-ci il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya, 71,27 manat faiz və 0 manat cərimə borcunun olması qeyd edilsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formalaşdırdığı mövqeyə əsaslan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi bu hissədə də qismən əsaslı sayılıb müqavilənin ləğv edildiyi günədək olan faiz borcu yəni 46,27 (qırx altı manat iyirmi yeddi qəpik) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.
75. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
76. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27,49 (iyirmi yeddi manat, qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB” ASC-nə qaytarılmalıdır.
81. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3 və 350-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 227,78 manat əsas, 46,27 manat faiz borcu, 0 manat cərimə, olmaqla, cəmi 274,05 manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27,49 (iyirmi yeddi manat, qırx doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nə alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.