Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(5-88)-90/2026 23.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddiasını nəzərdən keçirib, müəyyən etdi:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7024.82 manat məbləğində əsas bоrc və 677.57 manat faiz borcu оlmaqla, cəmi 7702.39 (yeddi min yeddi yüz iki manat otuz doqquz qəpik) manat borcun və 98 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə, daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
3. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
4. İddiaçı ASC Cavabdeh qarşı hazırki iddia ərizəsini Naxçıvan Şəhər Məhkəməsinə versə də, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
5. Belə olan halda hazırki iddia ərizəsinə aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu məhkəmədə baxılmalıdır.
6. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
7. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
8. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2026-cı il tarixdə **********17 nömrəli qəbzlə ödənilmiş 97.03 (doxsan yeddi manat, üç qəpik) manat dövlət rüsumu ərizəçi İddiaçı ASC-nə geri qaytarılmalıdır.(sənədlər "Elektron Məhkəmə" İnformasiya Sistemi üzərindən verildiyi üçün fiziki qaytarılmasına zərurət yoxdur)
9. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2026-cı il tarixdə **********17 nömrəli qəbzlə ödənilmiş 97.03 (doxsan yeddi manat, üç qəpik) manat dövlət rüsumu ərizəçi İddiaçı ASC-nə geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan MR, Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov