Məhkəmə qərarları › İş №e-2(5-88)-95/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-88)-95/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(5-88)-95/2026 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı "SF Azerbaijan” BOKT MMC-nin Cavabdeh kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "SF Azerbaijan” BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 500 manat əsas, 67 manat 50 qəpik faiz, 135 manat 50 qəpik komissiya və 295 manat cərimə olmaqla, cəmi 998 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "SF Azerbaijan” BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025 tarixli **********003 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 500 manat, faiz borcu üzrə 67 manat 50 qəpik, xidmət haqqına (komissiyaya) görə isə 135 manat 50 qəpik borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də o, borcunu ödəməmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********003 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "SF Azerbaijan” BOKT MMC ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Verilmiş kreditin məbləği: 500.00 AZN, verilmiş kredit məbləğindən istifadəyə görə haqq: 67.50 AZN, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 13.5%, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği: 137.50 AZN, illik faiz dərəcəsi: 108 %, ödəniləcək ümumi məbləğ: 705.00 AZN, 30 günluk muqavilə ücün faktiki illik faiz ərəcəsi (FİFD): 179.30%, verilmiş kredit məbləğinin ödənilmə tarixi: xx.xx.2025-ci ildir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən məlum olur ki, iş üzrə Cavabdeh sonu 6883 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixli **********78 saylı qəbzə əsasən, 500 (beş yüz) manat köçürülmüşdür. "SF Azerbaijan” BOKT MMC-nin maliyyə arayışına əsasən İddiaçı BOKT MMC ilə Cavabdeh (xxxxxxx) arasında bağlanmış xx.xx.2025-cü il tarixli **********003 saylı mikrokredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 500 manat əsas, 67 manat 50 qəpik faiz, 135 manat 50 qəpik komissiya və 295 manat cərimə olmaqla cəmi 998 manat borc mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli bildiriş məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı göndərilmişdir pretenziya məktubunda bildirilmişdir ki, İddiaçı BOKT MMC ilə bağladığınız xx.xx.2025-cü il tarixli **********003 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, sorğunuz əsasında sizə 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən sizə verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdənizə götürmüsünüz. İddiaçı BOKT MMC müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, siz öhdəliyinizi vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmusunuz. Belə ki, əsas məbləğ üzrə 500 manat, faiz borcu üzrə 67 manat 50 qəpik, xidmət haqqına (komissiyaya) görə isə 135 manat 50 qəpik borcunuz yaranmışdır. Dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilməyinizə baxmayaraq, müqavilə üzrə öhdəliyinizi yerinə yetirməkdən yayınırsınız. Həmçinin nəzərinizə çatdırırıq ki, öhdəliklərinizi vaxtında yetirmədiyizə görə müqavilənin 1.14-cü bəndinə əsasən sizə 295 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, müqavilə üzrə bu günə olan ümumi borcunuz 998 manat təşkil edir. Bu xəbərdarlığı aldığınız tarixdən 3 gün ərzində burada göstərilən borcunuzu İddiaçı BOKT MMC-yə ödəmədiyiniz halda aidiyyəti üzrə məhkəməyə müraciət olunaraq həmin borcun və məhkəmə xərclərinin Sizdən alınması tələb ediləcəkdir. Xahiş edirik, yuxarıda qeyd olunanları nəzərə alaraq, borcunuzu qeyd olunan müddətdə həyata keçirəsiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən peniya pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, peniya pulu hərəkətin edildiyi andan tutulmalıdır. Peniya pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən peniya pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək peniya pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Peniya pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı cavabdehdən xx.xx.2025-ci il tarixli **********003 saylı kredit müqaviləsi üzrə 500 manat (beş yüz) manat əsas borc, 67.50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu və xidmət haqqına (komissiyaya) görə isə 135.50 ( yüz otuz beş manat əlli qəpik), 295 (iki yüz doxsan beş) manat cərimə tələb edir. Məhkəmə hesab edir ki, cərimə əsas borca münasibətdə tənasübsüz yüksək olduğundan azaldılaraq ümumi əsas borcun 5% miqdarında 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh xx.xx.2025-ci il tarixli **********003 saylı kredit müqaviləsinə əsasən, ümumilikdə 500 manat (beş yüz) manat əsas borc, 67.50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu və xidmət haqqına (komissiyaya) görə isə 135.50 ( yüz otuz beş manat əlli qəpik) məbləğində borc iddiaçı "SF Azerbaijan” BOKT MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli **********003 saylı kredit müqaviləsinə əsasən, ümumilikdə 500 manat (beş yüz) manat əsas borc, 67.50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu və xidmət haqqına (komissiyaya) görə isə 135.50 ( yüz otuz beş manat əlli qəpik) məbləğində borc iddiaçı "SF Azerbaijan” BOKT MMC-nin xeyrinə tutulmalıdır. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "SF Azerbaijan” BOKT MMC tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********81 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 21.69 (iyirmi bir manat altmış doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli **********003 saylı kredit müqaviləsinə əsasən, ümumilikdə 500 manat (beş yüz) manat əsas borc, 67.50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu və xidmət haqqına (komissiyaya) görə isə 135.50 ( yüz otuz beş manat əlli qəpik) məbləğində borc olmaqla cəmi 728 (yeddi yüz iyirmi səkkiz) manat iddiaçı "SF Azerbaijan” BOKT MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. "SF Azerbaijan” BOKT MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X1 və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********81 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 21.69 (iyirmi bir manat altmış doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar