Məhkəmə qərarları › İş №e-2(5-92)-127/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-92)-127/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(5-92)-127/2026 11.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X2 iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq Müəyyən etdi: Tələb: 1.İddiaçı “X3“ Açıq Səhmdar Cəmiyyəti Şərur məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “X3” ASC-nin xeyrinə 1000 AZN əsas, 139,73 AZN faiz, 25 AZN cərimə borcu olmaqla, cəmi 1164,73 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,65 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: 2.İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta“ ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə uyğun olaraq cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 1000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2 fevral 2026, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 1000 AZN əsas, 139,73 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1164,73 AZN borcu yaranmışdır. Tərəflərin izahatları:

3. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

4. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

5. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır.

İş materialları:

6. xx.xx.2023-cü il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli 01U/22 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razıdır.

7. Cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizə-anket adlı sənəddə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir: - Bu ərizəni imzalamaqla mən, Cavabdeh təsdiq edirəm ki, "xxxx" X5 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (https://www.unibank.az/) yerləşdirilmiş xx.xx.2022-ci tarixli ümumi ofertası ilə tanış olmuşam və onun bütün şərtləri ilə razıyam (1ci bənd); - Bu ərizə-anket eləcə də hesabın açılması üçün müraciətimi də əhatə etdiyini nəzərə alaraq, xahiş edirəm mənə Azərbaycan manatında cari və depozit hesabının açılmasını təmin edəsiniz. Mənə məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilmərəm (2-ci bənd); - Xahiş edirəm ki, mənə 62 (altmış iki) manat məbləğində kredit limiti müəyyən edəsiniz. Kredit limiti üzrə şərtləri Ümumi Ofertada göstərildiyi kimi qəbul edirəm və bu kreditdən istifadə etməklə həmin şərtlərlə razılaşdığımı təsdiq edirəm. (3-cü bənd); - Təsdiq edirəm ki, banka təqdim etdiyim məlumat/sənədlər hər cəhətdən tam və düzgündür. Bu sənədlərdəki baş verəcək hər hansı dəyişikliklər barədə banka dəyişikliklər barədə Banka dəyişikliklər baş verdikdən sonra 3 gündən gec olmayaraq məlumat verməyi öhdəmə götürürəm (4-cü bənd); - Xahiş edirəm ki, mənim əlyazma/fiziki imzamı və onun analoqlarını hazırda mövcud olan və ya gələcəkdə Bankda açılacaq hesablar üzrə əməliyyatlar apararkən tərəfimdən həqiqi/fiziki imza kimi hesab edəsiniz. Bu məqsədlə, mən açıq şəkildə f1b05b8b07ec9502dfce929315b21a63231e62340be437e648a4b2c727we52b nömrəli analoq imzanın yaradılmasını təsdiq edirəm. Bu analoq imza mobil əlavədə mənim əməliyyatlarımı təsdiq etmək üçün istifadə ediləcək. Mən qəbul edirəm ki, analoq imza, birdəfəlik açarın (OTP), PİN-kodun, mobil əlavəyə daxil olmaq üçün istifadə olunan açar sözün və barmaq izinin (Touch İD texnologiyasından istifadə etməklə) daxil edilməsi mənim əlyazma imzamın analoqu sayılır və eyni hüquqi qüvvəyə malikdir. Mən təsdiq edirəm ki, bundan sonrakı bütün razılaşmalar (o cümlədən hüquqi sənədlərin, razılaşmaların və məktubların imzalanması) analoq imzadan istifadə edilməklə təsdiq edilə bilər (5-ci bənd); -Mənim ödəniş kartı ilə aparacağım əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmenin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyimi qəbul edirəm (8-ci bənd).

8. SMS məlumatından görünür ki, Cavabdeh bankda qeydiyyatda olan mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə Bank tərəfindən kredit limiti barədə elektron bildiriş göndərilmişdir. Həmin bildirişdə müştərinin kredit limitinin 1000 manat məbləğinədək artırıldığı və kredit məhsulunun aktivləşdirildiyi barədə məlumat verilmişdir. Bundan sonra kredit xətti üzrə vəsait müştərinin kart hesabına köçürülmüş və bu barədə müştəriyə SMS vasitəsilə məlumat verilmişdir.

9. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh AGİD**********7 saylı kredit müqaviləsi üzrə “X3” ASC-yə xx.xx.2026-cı il tarixə 1000 manat əsas, 139,73 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 1164,73 manat borcu mövcuddur. 10."xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Ümumi Oferta” müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka xx.xx.2025-ci il tarixinə 1000 manat əsas, 139,73 manat faiz, 25 manat cərimə borcu olmaqla cəmi 1164,73 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

11. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 31,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

12. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəanketi imzalamaqla iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini təsdiq etmişdir. Bununla da tərəflər arasında bank xidmətlərinin göstərilməsi və kredit xəttinin açılması ilə bağlı müqavilə münasibətləri yaranmışdır. İş materiallarında olan SMS bildirişlərindən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə bank tərəfindən kredit limitinin aktivləşdirilməsi barədə elektron bildiriş göndərilmiş və həmin bildirişdə müştərinin kredit limitinin 1000 manat məbləğinədək artırıldığı barədə məlumat verilmişdir. Bank tərəfindən təqdim edilmiş hesab çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit xətti açılmış və kredit vəsaitləri onun kart hesabına köçürülmüşdür. Borcalan (cavabdeh) pul vəsaitini qəbul etmiş və iddiaçıya kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu müqaviləyə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərcləri ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan borcalan - Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmiş, Bank tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq borcun qaytarılması borcalan - Cavabdeh tərəfindən təmin edilməmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”xx.xx.2023-cü il tarixli qərarı: X1 Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, kreditor tərəfindən borcun tam ödənilməsinin tələb olunması və bu barədə borcluya bildiriş göndərilməsi müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir. Bildirişin borcluya çatdırıldığı andan kredit müqaviləsi ləğv edilmiş hesab olunur. Müqavilə ləğv edildikdən sonra müqavilədə nəzərdə tutulmuş faizlərin və cərimələrin hesablanmasına yol verilmir. Bu halda kreditor yalnız müqavilə ləğv edilənədək yaranmış əsas borcu və hesablanmış faizləri, habelə müqavilənin icra edilməməsi ilə bağlı zərərin əvəzi kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş müddət üçün illik beş faiz məbləğində qanuni faizi tələb edə bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla “X3” ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli 01U/22 saylı Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini təsdiq etmişdir. Bununla da tərəflər arasında elektron formada, analoq imzadan istifadə edilməklə kredit münasibətlərinin yaranması üçün hüquqi əsas formalaşmışdır.

17. İş materiallarında olan SMS yazışmalarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bank tərəfindən cavabdehə illik 27,60% olmaqla 1000 manat məbləğində kredit xəttinin açılması təklif edilmiş, cavabdeh bu təklifi SMS vasitəsilə qəbul etmiş və həmin tarixdə kredit vəsaiti onun kart hesabına köçürülmüşdür. Beləliklə, tərəflər arasında kredit xətti müqaviləsinin bağlanıldığı və iddiaçının öz üzərinə düşən öhdəliyi icra etdiyi məhkəmə tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən isə öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İş üzrə araşdırılmış sübutlar məhkəməyə tərəflər arasında etibarlı kredit müqaviləsinin mövcud olduğu qənaətinə gəlməyə əsas verir.

20. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq kredit və ona hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir və həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən borclunun kreditor qarşısında məsuliyyətini yaradır.

21. Məhkəmə hesab edir ki, müqavilə bağlandığı və kredit vəsaiti cavabdehin sərəncamına verildiyi andan etibarən Cavabdeh kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə nəzərdə tutulmuş şərtlərlə Banka qaytarmaq öhdəliyi daşımışdır və Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Faiz və cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kreditor tərəfindən borcun tam ödənilməsinin tələb olunması və bu barədə borcluya bildiriş göndərilməsi müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və bildirişin borcluya çatdırıldığı andan müqavilə ləğv edilmiş hesab olunur. Müqavilə ləğv edildikdən sonra müqavilədə nəzərdə tutulmuş faiz və cərimələrin hesablanmasına yol verilmir.

23. İş materiallarından görünür ki, iddiaçı Bank xx.xx.2025-ci il tarixdə cavabdehə kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi barədə bildiriş göndərmişdir. Həmin bildirişdə cavabdehin banka 1000 manat əsas borc, 139,73 manat faiz borcu və 25 manat cərimə borcu olmaqla, cəmi 1164,73 manat borcu olduğu göstərilmişdir.

24. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan faiz və cərimə məbləğləri müqavilənin ləğv edildiyi tarixədək hesablanmışdır və həmin tarixdən sonrakı dövr üçün əlavə müqavilə faizi tələb edilməmişdir. Buna görə də, göstərilən məbləğlər Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə zidd hesab edilə bilməz.

25. Məhkəmə cərimə borcu ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit münasibətlərinin tərkib hissəsi olan “Ümumi Oferta” müqaviləsinin 5.7.13-cü bəndinə əsasən borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə Bank tərəfindən birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edilə bilər. Həmin bəndə görə birinci təqvim ayı üçün 5 manat, ikinci təqvim ayından dördüncü təqvim ayınadək hər ay üçün isə 10 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə kredit üzrə gecikmə yaranmışdır. Buna görə də müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 25 manat məbləğində cərimə borcu qanuni və əsaslı hesab edilir.

26. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, iş üzrə toplanmış sübutları və qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslıdır və Cavabdeh “X3” ASC-nin xeyrinə 1000 manat əsas borc, 139,73 manat faiz borcu və 25 manat cərimə borcu olmaqla, cəmi 1164,73 manat məbləğində borcun, habelə ödənilmiş 31,65 manat dövlət rüsumunun tutulması qanuni və əsaslıdır.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə“mütənasib“olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Məhkəmə xərcləri:

28. İddia tələbi əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31,65 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iş üzrə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Nəticə:

29. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1000 manat əsas, 139,73 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 1164,73 manat məbləğində pul Şərur rayonunun Oğuzkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq “X3” Açıq Səhmdar Cəmiyyətinə verilməli; -tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31,65 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iş üzrə iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

Qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1000 (bir min) manat əsas, 139,73 manat (bir yüz otuz doqquz manat yetmiş üç qəpik) faiz, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 1164,73 manat (bir min bir yüz altmış dörd manat yetmiş üç qəpik) məbləğində pul Şərur rayonunun Oğuzkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq iddiaçı «X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 31,65 manat (otuz bir manat altmış beş) miqdarında dövlət rüsumu alınaraq «X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar