Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-176/2026 16.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin icraata götürülməsi haqqında qərardad qəbul edilənədək iddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin qaytarılmasını xahiş edə bilər. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini geri qaytarmalıdır. Hazırki halda da iddiaçı tərəfindən xx.xx.2026-cı il tarixində məhkəməyə göndərilmiş iddia ərizəsinin geri qaytarılması haqqında xx.xx.2026-cı il tarixində ərizə verilmişdir.
6. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin qaytarılması haqqında iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev