Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-266/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış №346092-CNS-52746 saylı xx.xx.2024ci il tarixli kredit borcunun restrukturizasiyasına dair müqavilə bağlanmış kredit alanın banka xx.xx.2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi məqsədilə 13 faiz hesablanması şərtilə 36 ay müddətinə 3308,21 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən kredit alan üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə banka 2659,83 manat məbləğində əsas borc olmaqla ümumilikdə 2659,83 manat borcu qalmışdır.
3. Cavabdeh xx.xx.2025-ci il tarixə yaranmış borcu barədə xx.xx.2025-ci il tarixli, 3114P saylı pretenziya məktubu göndərilməklə borc vəsaitinin 3 iş günü müddətində ödənilməsini təmin etməyi, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, 346092-CNS-52746 “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2026-cı il tarixə Banka borclu olduğu 2.659,83 AZN məbləğində əsas borc, ümumilikdə isə 2.659,83 (iki min altı yüz əlli doqquz manat səksən üç qəpik) AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 46.60 AZN dövlət rüsumunun Cavabdehtutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2024-cü il tarixli, 346092-CNS-52746 saylı“Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 20 fevral 2024-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 346092- CNS-35482 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 13 (on üç) faiz hesablanması şərti ilə 36 (otuz altı) aymüddətinə 3.308,21 (üç min üç yüz səkkiz manat iyirmi bir qəpik) AZN məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.659,83 AZN məbləğində əsas borc, ümumilikdə isə 2.659,83 (iki min altı yüz əlli doqquz manat səksən üç qəpik) AZN məbləğində borcu qalmışdır.
b) iddiaya etiraz
6. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
10. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, borc müqaviləsinə əsasən borcalan təhvil aldığı əşyanın dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı öhdəliyi pozaraq müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
11. Bu baxımdan məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
12. Belə ki borcun əsası olan kredit müqaviləsi, xx.xx.2024-cü il tarixli ərizə-anket, maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən kredit borcu restrukturizasiya edilmişdir.
13. Cavabdeh isə aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 2659,83 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
14. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tam təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 46,60 manat məbləğdə dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda qeyd olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutmalıdır.
17. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 346092-CNS-52746 saylı, xx.xx.2024-ci il tarixli müqavilə üzrə Cavabdeh 2659,83 manat borc və ödənilmiş 46,60 manat dövlət rüsumu olmaqla ümumilikdə 2706,43 manat pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova