Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-317/2026 23.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kredit müqavilələri üzrə 08 iyun 2017-ci il tarixli, 024-17/İ nömrəli kredit müqaviləsi üzrə 8.073,38 (səkkiz min yetmiş üç manat 38 qəpik) manat əsas borc, 616,09 (altı yüz on altı manat 09 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 8.689,47 (səkkiz min altı yüz səksən doqquz manat 47 qəpik) manat borc məbləğinin və 01 avqust 2022-ci il tarixli, İ/22/077/000003 nömrəli Kredit müqaviləsi üzrə 3.066,32 (üç min altmış altı manat 32 qəpik) manat əsas borc, 1.450,69 (bir min dörd yüz əlli manat 69 qəpik) manat faiz borcu, 50,25 (əlli manat 25 qəpik) AR MM -nin 445.7- ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi olmaqla ümumilikdə 4.567,26 (dörd min beş yüz altmış yeddi manat 26 qəpik) manat borc məbləğinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
5. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
6. Göründüyü kimi, işin məhkəmə aidiyyəti müəyyən edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
7. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 130 manat məbləğdə dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova