Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-117/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1424 (min dörd yüz iyirmi dörd) manat əsas məbləğ və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında nəqliyyat vasitəsinin icarəsinə dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, təminat qismində “Hyundai Elantra” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək, günlük 60 (altmış) manat məbləğində icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəlikləri pozmuş və müqavilə şərtlərini lazımınca icra etməmişdir. Belə ki, cavabdeh icarə müqaviləsinin 5.2-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini sürücülük hüququ olmayan X2 ötürmüşdür. Nəticədə, X3 tərəfindən törədilmiş inzibati xətalar üzrə tətbiq edilmiş cərimələr nəqliyyat vasitəsinin üzərində qaldığından, həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Belə ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 800 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin, sürət həddi 50 km/saat olan yerdə 115 km/saat sürətlə hərəkət etdiyinə görə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan 1100 manat məbləğində cərimələr ödənilmişdir. Əlavə olaraq, cavabdeh tərəfindən icarə müqaviləsinin 5.2-ci bəndinin pozulmasına görə müqavilə şərtlərinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə dərhal ödənilməli olduğu halda, bu öhdəlik də yerinə yetirilməmişdir. Nəticə etibarilə, cavabdehin iddiaçı qarşısında ümumilikdə 1424 (min dörd yüz iyirmi dörd) manat məbləğində borcu yaranmışdır. Məsələ ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 117 saylı avtomobilin icarə müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı “Hyundai Elantra” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək avqonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 60 manat ödəmək şərti ilə, cavabdehə icarəyə vermişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən avtomobil YPX əməkdaşı və kameralar tərəfindən cərimə tətbiq olunarsa, icarə götürən avtomobili təhvil verdiyi zaman cərimələri yerində ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsinə əsasən avtomobilin idarə etməsini digər şəxslərə ötürməyə görə 300 manat məbləğində cərimə müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən icarə müqaviləsi üzrə yaranmış borc cavabdehdən tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında xx.xx.2025-ci il tarixli avtomobilin icarə müqaviləsi imzalanmış, müqaviləyə əsasən iddiaçı “Hyundai Elantra” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək avqonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 60 manat ödəmək şərti ilə, cavabdehə icarəyə vermişdir. Avtomobil Cavabdeh istifadəsində olduğu müddətdə onun barəsində xx.xx.2025-ci il tarixli EQ30601387 nömrəli yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati protokol (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə) tərtib edilmiş, 300 manat məbləğində cərimə olunmuş, cərimə vaxtında ödənilmədiyindən üzərinə 24 manat məbləğində dəbbə pulu əlavə olunmuşdur. Sözügedən inzibati qərar üzrə cərimə (dəbbə pulu ilə birlikdə) xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixli İXP449280 nömrəli yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati protokol (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə) tərtib edilmiş, 800 manat məbləğində cərimə olunmuş, inzibati qərar üzrə cərimə xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunur ki, Avtomobil Cavabdeh istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR DYP tərəfindən inzibati qaydada xx.xx.2025-ci il tarixdə iki dəfə cərimə edilmiş, lakin vaxtında cavabdeh onları ödəmədiyindən üzərinə dəbbə pulu əlavə edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli EQ30601387 nömrəli yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati protokol (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə) tərtib edilmiş, 300 manat məbləğində cərimə olunmuş, cərimə vaxtında ödənilmədiyindən üzərinə 24 manat məbləğində dəbbə pulu əlavə olunmuşdur. Sözügedən inzibati qərar üzrə cərimə (dəbbə pulu ilə birlikdə) xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixli İXP449280 nömrəli yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati protokol (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə) tərtib edilmiş, 800 manat məbləğində cərimə olunmuş, inzibati qərar üzrə cərimə xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimlərin və onlara hesablanmış dəbbə pulunun iddiaçı tərəfindən ödənilməsi nəticəsində iddiaçı maddi zərər çəkmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş cərimə və dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP449280 nömrəli yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati protokola dair çıxarışdan görünür ki, protokol cərimə olunan X3 barəsində tərtib olunmuşdur. Tərəflər arasında xx.xx.2025-ci il tarixli avtomobilin icarə müqaviləsinə əsasən “Hyundai Elantra” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilməsinə baxmayaraq, cavabdeh avtomobili üçüncü bir şəxsin istifadəsinə verərək icarə müqaviləsinin 5.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 1424 manat məbləğində pul və 35 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1459 manat (min dörd yüz əlli doqquz) məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(5-94)-117/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-117/2026
20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver