Məhkəmə qərarları › İş №e-2(5-94)-1349/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-1349/2026

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-1349/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya vurmuş olduğu 11665 manat maddi ziyan, tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1914/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(011)- 5557/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(011)- 5557/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilərək, 7000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, hər birinin dəyəri 20 manat olan 6 ədəd stəkandan ibarət ümumi dəyəri 80 manat olan 4 stəkan dəsti, hər birinin dəyəri 5 manat olan 6 ədəd nəlbəkidən ibarət ümumi dəyəri 20 manat olan 4 nəlbəki dəsti, hər birinin dəyəri 5 manat olan 6 ədəd limon qabı ibarət ümumi dəyəri 10 manat olan 2 limon qabı dəsti, hər birinin dəyəri 6 manat olan 6 ədəd araq rumkasından ibarət ümumi dəyəri 24 manat olan 4 araq rumkası dəsti, hər birinin dəyəri 7 manat olan 6 ədəd qədəhdən ibarət ümumi dəyəri 14 manat olan 2 qədəh dəsti, hər birinin dəyəri 7 manat olan 6 ədəd qədəhdən ibarət ümumi dəyəri 14 manat olan 2 qədəh dəsti, 6 ədəd büllur qədəhdən ibarət ümumi dəyəri 44 manat olan 1 büllur qədəh dəsti, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 böyük konfet qabı, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 balaca ölçüdə qənd qabı, hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 24 manat olan 2 orta ölçüdə qənd qabı, dəyəri 95 manat olan 1 qaşıq dəsti çamadanda, ümumi dəyəri 175 manat olan 4-lü “Tefal” markalı 1 qazan dəsti, dəyəri 60 manat olan emal materialdan olan şirəli 1 qazan dəsti, hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan 2 ədəd padnos, hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan 2 ədəd dəsmal (əl-üz, can dəsmalı, kiçik dəsmal), dəyəri 130 manat olmaqla “Özdilək” firmasından olan Türkiyə istehsalı paketli 1 dəst dəsmal, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan “Özdilək” firmasına məxsus Türkiyə istehsalı qutuda 2 dəst tək yataq dəsti, dəyəri 100 manat olmaqla qutuda, cüt və nabor qaşlı 1 dəst taxt yataq dəsti, dəyəri 220 manat olan 1 ədəd ceydan (döşək), dəyəri 50 manat olan 1 ədəd süfrə, dəyəri 160 manat olan 1 ədəd gəlinlik yataq örtüyü, dəyəri 45 manat olan 1 ədəd hamam dəsti, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 ədəd tək yorğan üzü, dəyəri 60 manat olan “King” firmasına məxsus Türkiyə istehsalı olan 1 ədəd buxarlı açan ütü, dəyəri 125 manat olan “King” firmasına məxsus Türkiyə istehsalı olan 1 ədəd ətçəkən maşın, dəyəri 60 manat olan “King” firmasına məxsus Türkiyə istehsalı olan 1 ədəd qablı olan mikser, dəyəri 35 manat olan 1 dəst çörək qabı, dəyəri 60 manat olan 1 bıçaq dəsti, hər birinin dəyəri 6 manat olmaqla ümumi dəyəri 12 manat olan 2 dəst 6 ədədli kauçuk qablar, hər birinin dəyəri 6 manat olmaqla ümumi dəyəri 12 manat olan 2 dəst 6 ədədli limon qabı, mürəbbə qabı, dəyəri 5 manat olan 1 ədəd tiyorka, hər birinin dəyəri 7 manat olmaqla ümumi dəyəri 14 manat olan 2 dəst 12 ədədli meyvə bıçağı, dəyəri 10 manat olan 1 ədəd dəm çayniki, dəyəri 80 manat olan “King” firmasına məxsus Türkiyə istehsalı olan 1 ədəd şirə çəkən maşın, dəyəri 55 manat olan 1 ədəd dəm çayniki ilə dəst samovar, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan 2 dəst ləbləbi qabı, hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 4 manat olan 2 dəst xırda ləbləbi qabı, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 dəst 6 ədədli kiçik ləbləbi qabı, hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 30 manat olan 2 ədəd ağ güllü tort qabı, dəyəri 13 manat olan 1 ədəd böyük şüşə qab, dəyəri 7 manat olan 1 ədəd kiçik şüşə qab, dəyəri 200 manat olan narıncı rəngdə 6 ədədli qrafinka ilə 1 bokal dəsti, hər birinin dəyəri 115 manat olmaqla ümumi dəyəri 230 manat olan 2 ədəd böyük vaza, dəyəri 10 manat olan 1 dəst iynə-sap, dəyəri 45 manat olan 1 ədəd divar saatı, dəyəri 165 manat olan “Tom” firmasına məxsus Çexiya istehsalı olan 1 ədəd böyük büllur güldan, dəyəri 35 manat olan “Tom” firmasına məxsus Çexiya istehsalı olan 1 ədəd büllur külqabı, dəyəri 150 manat olan “Tom” firmasına məxsus Çexiya istehsalı olan 1 ədəd büllur paxlava qabı, dəyəri 200 manat olan “Tom” firmasına məxsus Çexiya istehsalı olan 6 ədədli 1 büllur qədəh dəsti, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 6 manat olan 2 ədəd çörək qabı, dəyəri 45 manat olan 1 ədəd 5-li çilçıraq, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan 2 ədəd gecə lampası, dəyəri 15 manat olan 5-6 gözlü duz naboru, dəyəri 20 manat olan 1 ədəd göz muncuğu suvenir, hər birinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 360 manat olan Türkiyə istehsalı 1x2 metr ölçüdə yataq otağı üçün nəzərdə tutulmuş 4 ədəd xalça, dəyəri 350 manat olmaqla yataq otağı üçün nəzərdə tutulmuş 1 ədəd pərdə, dəyəri 150 manat olmaqla 1 dəst sindfon materialda adyal, dəyəri 15 manat olmaqla 1 ədəd böyük kukla, dəyəri 50 manat olmaqla ağ-qara rəngdə 6 ədədli 1 bakal dəsti, dəyəri 3500 manat olmaqla “Səma” mebel evinə məxsus Türkiyə istehsalı olan 1 qonaq dəsti, dəyəri 2100 manat olmaqla Türkiyə istehsalı olan 1 yataq dəsti, dəyəri 2250 manat olmaqla Azərbaycan istehsalı olan 11 p.metr ölçüdə 1 mətbəx dəsti, dəyəri 850 manat olmaqla 8 ədədli qəhvəyi rəngdə 1 dəst stol-stul, dəyəri 350 manat olmaqla 6 ədədli qırmızı rəngdə 1 dəst mətbəx stol-stulu, dəyəri 400 manat olmaqla 3 qapılı 1 dəst uşaq paltar şkafı, dəyəri 1200 manat olmaqla 1 ədəd 5 metr ölçüdə künclü divan, dəyəri 800 manat olmaqla “Hotpoint-Ariston” firmasına məxsus Amerika istehsalı olan 1 ədəd soyuducu, dəyəri 500 manat olmaqla “Hotpoint-Ariston” firmasına məxsus Amerika istehsalı olan 1 ədəd böyük soba, dəyəri 540 manat olmaqla “Hotpoint-Ariston” firmasına məxsus Amerika istehsalı olan 1 ədəd qabyuyan, dəyəri 550 manat olmaqla “HotpointAriston” firmasına məxsus Amerika istehsalı olan 1 ədəd paltar yuyan, dəyəri 270 manat olmaqla “Samsung” firmasına məxsus Koreya istehsalı olan 1 ədəd tozsoran, dəyəri 220 manat olmaqla “Samsung” firmasına məxsus Koreya istehsalı olan 1 ədəd qaz sobası, dəyəri 120 manat olmaqla “Samsung” firmasına məxsus Koreya istehsalı olan 1 aspirator, dəyəri 40 manat olmaqla şüşə materialdan 1 ədəd tort qabı, dəyəri 300 manat olmaqla təknəfərlik 1 ədəd uşaq çarpayısı, dəyəri 150 manat olmaqla 1 ədəd uşaq arabası, dəyəri 120 manat olmaqla 4 ədədli 1 dəst divan üstü, dəyəri 50 manat olmaqla 3 ədəd təzə tək pastel, dəyəri 80 manat olmaqla yun materialdan qalın 1 ədəd adyal, hər birinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 140 manat olan King firmasına məxsus Türkiyə istehsalı olan 2 ədəd blender, hər birinin dəyəri 7 manat olmaqla ümumi dəyəri 14 manat olan “Versage” firmasına məxsus 2 ədəd qətvə, – 14 manat, hər birinin dəyəri 6 manat olmaqla ümumi dəyəri 12 manat olan “Özdilək” firmasına məxsus Türkiyə istehsalı olan qətvə, hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 24 manat olan 12 ədəd dəsmal, hər birinin dəyəri 1,50 manat olmaqla ümumi dəyəri 24 manat olan 16 ədəd çay açıq dəsmalı, hər birinin dəyəri 6 manat olmaqla ümumi dəyəri 24 manat olan 4 ədəd çay dəsmalı, dəyəri 6 manat olmaqla 1 ədəd qutuda çay dəsmalı, – 24 manat, hər birinin dəyəri 2,50 manat olmaqla ümumi dəyəri 5 manat olan 2 ədəd çay dəsmalı, dəyəri 23 manat olmaqla 1 dəst 6ədədli qutu dəsmal, dəyəri 240 manat olmaqla 1 ədəd “Tefal” firmasına məxsus qazan dəsti, hər metrəsi 1,5 manat olmaqla ümumi dəyəri 28,5 manat olan 19 metr taxt üçün sətin 1 ədəd yorğan üzü üçü parça, hər metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 45 manat olan 9 metr 2 ədəd tək yorğan üzü üçün parça, hər metrinin dəyəri 4 manat olmaqla ümumi dəyəri 32 manat olan 8 metr 2 ədəd tək döşək üçün parça, hər metrinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 65 manat olan 13 metr 1 ədəd ipək yorğan üzü, dəyəri 350 manat olan 1 ədəd böyük taxt döşəyi, dəyəri 250 manat olan 1 ədəd böyük taxt yorğanı, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd taxt üçün böyük balış, hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 400 manat olan 2 ədəd tək döşək yun, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd tək yorğan yun, birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 400 manat olan qaz tükündən 5 ədəd balış, dəyəri 750 manat olan “Tom” firmasına məxsus Çexiya istehsalı olan 3-lü setdən ibarət 1 dəst büllur qablar Cavabdeh alınaraq İddiaçı verilməsi, əmlaklar mövcud olmadığı təqdirdə həmin əşyaların dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 1782/2025 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli 2(103)-1914/2024 nömrəli qətnaməsi 7000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu məhkəmə tərəfindən geri qaytarılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmə qaydasında baxılmalı deyildir. Hazırkı iddia ərizəsinin məzmumundan və məhkəmənin ilkin araşdırması zamanı müəyyən edilmişdir ki, eyni tərəfə qarşı, eyni tələb ilə bağlı məhkəmə aktları çıxarılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1914/2024 saylı qətnaməsi ilə mübahisəli cehiz əşyalarının, əşyalar olmadığı təqdirdə isə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş icra məmurunun tərtib etdiyi aktdan görünür ki, iddiaçının hazırda dəyərini tələb etdiyi əşyalar mövcud olmuş, lakin onların istifadəyə yararsız olması səbəbindən iddiaçı tərəfindən götürülməmişdir. Məhkəmə bu məqamda qeyd edir ki, bundan əvvəlki məhkəmə araşdırması zamanı işin halları araşdırılmışdır. Hazırkı iddia ərizəsi əsasında qətnamənin çıxarılması eyni məsələyə ikinci dəfə baxılması və əşyaların dəyərinin yenidən cavabdehdən tutulması ilə nəticələnə bilər. Bir halda ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin əşyaların olmadığı təqdirdə dəyərinin cavabdehdən tutulması qət edilib, iddiaçı bu hüququndan istifadə edərək, icra qaydasında həmin əşyaların dəyərinin cavabdehdən alınmasını tələb edə bilər. Odur ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair iddia ərizəsindən, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2026-cı il tarixdə ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdə imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(5-94)-1349/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2026-cı il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 17:45-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 17:50-də qurtardı. Protokol xx.xx.2026-cı il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar