Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-169/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, İmei kod **********58226 İphone 16 Pro, Anker Powerbank üçün 2505 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 250.5 manat cərimə; xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, Apple Aırpods 4 qulaqlıq üçün 285.32 manat ödənilməmiş hissə, 28.53 manat cərimə dövlət rüsumunun ödənilməsi ümumilikdə 3092.95 manat borc, 50.93 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən İmei kod **********58226 İphone 16 Pro, Anker Powerbank, Apple Aırpods 4 qulaqlıq almış və nəticədə 3092.95 (üç min doxsan iki manat 95 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 3230 (üç min iki yüz otuz) manat (18 ay x 147.5 manat + 575 manat ilkin ödəniş) olan İmei kod **********58226 İphone 16 Pro, Anker Powerban üçün ümumilikdə, 2779.10 (iki min yeddi yüz yetmiş doqquz manat 10 qəpik) manat olmaqla ondan, 2505 (iki min beş yüz beş) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 250.5 (iki yüz əlli manat 50 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 579 (beş yüz yetmişd oqquz ) manat (12 ay x 48.25 manat + 0 manat ilkin ödəniş) olan Apple Aırpods 4 qulaqlıq üçün ümumilikdə, 313.85 (üç yüz on üç manat 85 qəpik) manat olmaqla ondan, 285.32 (iki yüz səksən beş manat 32 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28.53 (iyirmi səkkiz manat 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1018.68 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazı: Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC -nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilənin bu əlavəsinə əsasən aşağıdakı məhsullar ********* fakturadan görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei kod **********58226 İphone 16 Pro, X4 Apple Aırpods 4 qulaqlıq almışdır. xx.xx.2025-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktılarından görünür ki, Cavabdeh müqavilənin əlavəsində olan əşyaları İddiaçı MMC-dən qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 2505 manat ödənilməmiş hissə, 250.50 manat, cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat olmaqla, cəmi 2779.10 manat, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 285.32 manat ödənilməmiş hissə, 28.53 manat, cərimə, cəmi 313.85 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən İmei kod **********5226 İphone 16 Pro markalı telefonun açılıb bağlanması xidmətinə görə X2 23.60 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2026-ci il tarixli ********** saylı mədaxil qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 50.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 707-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 2505 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 250.5 manat cərimə və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 285.32 manat ödənilməmiş hissə, 28.53 manat cərimə ödənilməsi ümumilikdə 3092.95 manat borc manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 2505 manat ödənilməmiş hissə, 250.50 manat cərimə pulunun, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 285.32 manat ödənilməmiş hissə, 28.53 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əlavələrinə əsasən 125.25 manat cərimə, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 14.27 manat cərimə borcu tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 2505 manat ödənilməmiş hissə, 125.25 cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 285.32 manat ödənilməmiş hissə, 14.27 manat cərimə borcu, ümumilikdə 2953.44 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49.54 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən əsasən 2505 (iki min beş yüz beş ) manat ödənilməmiş hissə, 125.25 (yüz iyirmi beş manat iyrimi beş qəpik) cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən 285.32 (iki yüz səksən beş manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 14.27 (on dörd manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2953.44 (iki min doqquz yüz əlli üç manat qırx dörd qırx dörd) manat pul tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49.54 (qırx doqquz manat əlli dörd qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva İş № e-2(5-94)-169/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdı. Prosessual hərəkət saat 09:30-da başladı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın qismən təmin edilməsi, yaranmış borc məbləğini, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 09:40-da başa çatdı. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(5-94)-169/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-169/2026
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver