Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(5-94)-328/2026 27.02.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddiasına əsasən ## #### 2019-cu il tarixli NBNP 001-7224226FİMSA210619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2023,79 manat məbləğində borcun-bundan 1806,71 manatı əsas borcun, 91,33 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 125,75 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%- lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 40,24 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ASC-nin Səbail filialı ilə cavabdeh Xuduyev Həsən İslam oğlu arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış ## #### 2019-cu il tarixli NBNP 001-7224226FİMSA210619-01 nömrəli kredit müqaviləsinə əsasən # ##### 2015-ci il tarixli **-**** nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Həsən Xuduyevə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1806,71 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin 1.1, 2.4.4 və 2.4.5-cü bəndlərinə əsasən Xuduyev Həsən İslam oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına və ## #### 2022-ci il tarixli ************* saylı bildirişin göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Xuduyev Həsən İslam oğlunun ## #### 2019-cu il tarixli NBNP 001-7224226FİMSA210619- 01 nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixə banka ödənilməmiş cəmi 2023,79 manat məbləğində borcu vardır. Bundan 1806,71 manatını əsas borc, 91,33 manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu və 125,75 manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışdan məlum olmuşdur ki, borc alan Xuduyev Həsən İslam oğlu öldüyü üçün ##.##.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Ədliyyə Nazirliyinin “vərəsəlik işlərinin açılıb açılmamasına dair” elektron portalının məlumatlarına əsasən məlum olmuşdur ki, ##.##.2019-cu il tarixdə ölmüş borc alan Xuduyev Həsən İslam oğlunun vərəsələrinin müəyyən edilməsi ilə əlaqədar * saylı Bakı “ASAN xidməti” mərkəzindəki Notariat ofisində vərəsəlik işi açılmışdır. Həmin Notariat Ofisindən təqdim edilmiş ## #### 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən məlum olmuşdur ki, ##.##.2019-cu il tarixdə vəfat etmiş borc alan Xuduyev Həsən İslam oğlunun həyat yoldaşı Cavabdeh onun vərəsəsi kimi tanınmışdır Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək, iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları İddiaçı İddiaçı ASC ilə Xuduyev Həsən İslam oğlu arasında ## #### 2019-cu il tarixli NBNP 001-7224226FİMSA210619-01 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1806,71 manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə ## ###### 2025-ci il tarixə banka 2023,79 manat məbləğində borc yaranmışdır ki, bunun 1806,71 manatı əsas borc, 91,33 manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu, 125,75 manatı isə kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% dərəcəsi ilə hesablanmış faiz borcudur. Məlum olmuşdur ki, borcalan Xuduyev Həsən İslam oğlu ##.##.2019-cu il tarixdə vəfat etmiş və ## #### 2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun həyat yoldaşı Cavabdeh vərəsə kimi tanınmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40,24 manat məbləğində dövlət rüsumu ödəmişdir İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı bankla mərhum Xuduyev Həsən İslam oğlu arasında ## #### 2019-cu il tarixində kredit müqaviləsi bağlanmış, ##.##.2019-cu il tarixdə borclu vəfat etmiş, həmin anda isə bank qarşısında icra olunmamış öhdəlik qalmışdır. Halbuki, Xuduyev Həsən İslam oğlu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, sonuncu bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə əsas borc məbləğinə mütənasibdir və, iddia bu hissədə də əsaslıdır. Kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına və kredit xəttinin açılmasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə əsas borc məbləğinə mütənasibdir və, iddia bu hissədə də əsaslıdır. Xuduyev Həsən İslam oğlunun ölümündən sonra cavabdeh mərhumun vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda isə, kreditorun vərəsəyə qarşı iddia irəli sürmək hüququ yaranır və vərəsə miras qoyanın kreditoru qarşısında da miras əmlak kütləsi həcmində öhdəlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İddiaçı ASC kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun mərhum borclunun vərəsələrindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu cavabdehlərin miras əmlakda bərabər vərəsəlik paylarının olduğu da nəzərə alınmaqla, cavabdeh Cavabdeh bankın xeyrinə müştərək qaydada tutulmalıdır. Məhkəmə xərcləri: İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iddiası təmin edildiyinə görə, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,24 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ## #### 2019-cu il tarixli NBNP 001-7224226FİMSA210619-01 kredit müqaviləsi üzrə əsas borca görə 1806,71 (min səkkiz yüz altı manat yetmiş bir qəpik) manat, faiz borcuna görə 91,33 (doxsan bir manat otuz üç qəpik) manat, dəymiş ziyanın əvəzi olaraq 125,75 (yüz iyirmi beş manat yetmiş beş qəpik) manat, cəmi 2023,79 (iki min iyirmi üç manat yetmiş doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,24 (qırx manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(5-94)-328/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-328/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver