Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-764/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 260 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X4 arasında 26 aprel 2014cü il tarixində nikah bağlanılmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 850 nömrəli qeyd edilmişdir. Tərəflər 31 avqust 2023-cü il tarixində Barışıq Sazişi bağlamışdırlar və sazişdə aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: tərəflər 26 aprel 2014-cü il tarixdə 850 nömrəli ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar; - 01 avqust 2014-cü il təvəllüdlü X6 və 17 aprel 2019-cu il təvəllüdlü X5 anaları İddiaçı himayəsində olacaqlar; - Cavabdeh 01 avqust 2014-cü il təvəllüdlü X6 və 17 aprel 2019-cu il təvəllüdlü X5 üçün hər ayın 1- dən 10-dək aralığında hər biri üçün 220 manat olmaqla, ümumilikdə 440 manat ödəməyi öhdəsinə götürür. Məhkəmənin 2(011)- 7110/2023 saylı, xx.xx.2023-cü il tarixli Cavabdeh ilə Məmmədova (Mustafayeva) Rasimə Kərəm qızı arasında 26 aprel 2014-cü il tarixində 850 nömrəli akt qeydi rəsmiləşdirilmiş nikah pozulsun. Hazırda iddiaçı barışıq sazişi ilə təsdiq edilmiş alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda izhatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında barışıq sazişi bağlanmış və həmin sazişə əsasən cavabdeh hər ay hər uşaq üçün 125 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ uşaqların artan tələbatını ödəməyə kifayət etmədiyi üçün o, alimentin artırılmasını istəmiş, lakin, cavabdeh mediasiyada iştirak etməmişdir. Ona görə də hazırda aliment məbləği ilə bağlı aralarında razılq olmadığından alimentin məhkəmə qaydasında təyin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanıdırlmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cvabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh birgə nikahdan doğulan uşaqları X7 və X2 ananın himayəsinə verilməsinə etiraz etməmiş, hər ay hər uşağa görə 220 manat aliment ödəməyi üzərinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. AR Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment ödənilməsi ilə bağlı barışıq sazişi olsa da, iddiaçı hazırda aliment tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Belə ki, alimentlə bağlı münasibətlər davam edən xarakter daşıyır, iddiaçı barışıq sazişi ilə müəyyən edilmiş alimentin artırılması üçün cavabdehlə yeni barışıq sazişi bağlanılmasına cəhd etsə də, cavabdeh mediasiyada iştirak etməmişdir, Odur ki, iddiaçı artırılmış məbləğlə alimentin məhkəmə qaydasında təyin edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 tərəflərin birgə nikahlarından doğulmasını, uşaqların hazırda iddiaçının yanında saxlanılmasını, valideynlərin uşaqlarını saxlamaq vəzifəsini və aliment ödəyən əmək qabiliyyətli valideynin qazanca malik olmaması və ya qazancının az olmasının onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay 260 manat aliment təyin edilməli, aliment məbləği onun indeksiyası məqsədi üçün minimum əmək haqqı məbləğinin 0,65 mislinə uyğun müəyyən edilməli, alimentin tutulması aliment tələbi ilə bağlı ərizənin məhkəməyə daxil olduğu xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması hissədində qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli