Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-774/2026 25.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin indeksasiyası” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3084/2024 saylı qərarına əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 235 manat sabit pul məbləğində aliment məbləğinin 2023-cü il üzrə müəyyən edilmiş 235 manat məbləğində minimum əmək haqqının 1,18 mislini (345:235=1,47) təşkil etdiyini nəzərə alaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (2026-cı il üçün 400 manat) 1,47 misli həddində, yəni 272 manat indeksasiya olunması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X2 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində 12 nömrəli akt qeydi ilə qeydə alınmaqla pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 02 fevral 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 17 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 110 manat məbləğində, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə razılaşmadığından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2520/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilib, Cavabdeh tərəflərin birgə nikahından olan xx.xx.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği (xx.xx.2023-cü il tarixdən hesablanmaqla) 235 manat müəyyən edilib, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib. Bundan sonra iş üzrə Ali Məhkəməyə müraciət edib, həmin müraciətinin səbəbi uşağın müalicə pullarının ödənilməsi və aliment məbləğinin 300 manat müəyyən olunması barədə olub. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3084/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyib və Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Həmin tarixdən sonra alimentin artırılması üçün məhkəməyə müraciət etməyib və hazırki vaxta qədər Cavabdeh 235 manat aliment ödəyir və hazırda övladının xərclərini təkbaşına çəkməkdə çətinlik çəkir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2520/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 235 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Həmçinin azyaşlı uşağını təkbaşına böyütdüyü və onun xəstəliyi olduğundan yaşadığı Bakı şəhərindən kənara getmək iddiaçı üçün çətin olacağından öz qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edib. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclas zalında iştirak etmişdir iddiaya etiraz etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırki tələb iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, həmin tələb üzrə icraata xitam verilməlidir. Belə ki, mövcud iddia ərizəsindən görünür ki, hazırki tələb iddia icraatı qaydasında irəli sürülsə də, ərizənin mahiyyətindən aydındır ki, ərizəçi faktiki olaraq məhkəmə qətnaməsi ilə tutulmuş alimentin (qətnamənin icrası qaydasında) indeksasiyasının həyata keçirilməsi niyyətindədir. Buna görə də iddiaçı A. Xanməmmədova müstəqil iddianın verilməsi qaydasında deyil, qətnamənin icrası qaydasında ərizə verməklə indeksasiyanın aparılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarına görə: “8.4-2. ....Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnamənin icrasının təmin edilməsi isə Mülki Prosessual Məcəllənin 13-cü Fəslində müəyyən olunmuş qaydada həyata keçirilir (Mülki Prosessual Məcəllənin 236cı maddəsi). Göründüyü kimi, qanunda məhkəmə qətnaməsi ilə tutulmuş alimentin (qətnamənin icrası qaydasında) indeksasiyasının həyata keçirilməsi üçüm ərizə “2” indeksi ilə iddia icraatı qaydasında deyil, “8” indeksi ilə qətnamənin icrası qaydasında verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qanunvericinin göstərilən tələbinə əsasən, məhkəmə hesab edir ki, göstərilən iddia tələbi üzrə icraata xitam verilərək, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı - Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3084/2024 saylı qərarına əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 235 manat sabit pul məbləğində aliment məbləğinin 2023-cü il üzrə müəyyən edilmiş 235 manat məbləğində minimum əmək haqqının 1,18 mislini (345:235=1,47) təşkil etdiyini nəzərə alaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (2026-cı il üçün 400 manat) 1,47 misli həddində, yəni 272 manat indeksasiya olunması barədə iddia tələbinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(5-94)-774/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-774/2026
25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver