Məhkəmə qərarları › İş №e-2(5-96)-540/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-96)-540/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-540/2026 02.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı, İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır.

3. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir .

4. İddiaçı öz iddia ərizəsində cavabdeh kimi qeyd etmişdir: Cavabdeh.

5. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin qeydiyyat yeri ilə bağlı verilmiş sorğudan görünür ki, Cavabdeh qeydiyyatı Quba rayonu, Vəlvələ Ə/D, Gədikqışlaq kəndidir.

6. Göründüyü kimi, iddia ərizəsi MPM-in 35.1 maddəsinə zidd olaraq, ərazi aidiyyət qaydası pozulmaqla verilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

8. MPM-in 45.1-ci maddəsinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

9. Göründüyü kimi, iddiaçının pul tələbini irəli sürdüyü Cavabdeh rəsmi qeydiyyatı Quba rayonu, Vəlvələ Ə/D, Gədikqışlaq kəndidir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bununla da məlum olur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ərazi aidiyyəti qaydalarına riayət edilməmişdir.

10. MPM-in 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

11. MPM-in 152.1-ci maddəsinə görə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

12. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;

13. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

14. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır.

15. MPM-in 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

16. Odur ki, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmadığı izah edilir.

17. MPM-in 114.1-ci maddəsinə görə, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:

18. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;

19. Məhkəmə MPM-in 114.1.3-cü maddəsinə əsasən, hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (qəbz №: **********05) iddiaçıya geri qaytarılmalıdır.

20. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (qəbz №: **********05) İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar