Məhkəmə qərarları › İş №e-2(5-97)-68/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-97)-68/2026

12.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-97)-68/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: ərazi aidiyyati) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərə son qoyulması, cavabdehdən mənim mənzilimə vurulmuş maddi zərərin əvəzi qismində 5000 manat, su qovşağının təmiri üçün 1500 manat və mənəvi ziyanın əvəzi qismində 1500 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin ünvanı Nəsimi rayonunda yerləşdiyi üçün işin qeyd olunan məhkəməyə göndərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilin mülki işin məhkəmə tərəfindən aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. İİİ. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, hazırki tələb maddi və mənəvi zərərin ödənilməsi barədədir. Qanunvericiliyə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş ilkin olaraq məhkəmədə qeydə alınarkən cavabdeh qismində göstərilmiş Cavabdeh məlumatları - yanlış fərdi identifikasiya nömrəsi ilə elektron sistemə texniki olaraq səhv daxil edilərək hakimin icraatına verilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlarla müəyyən olunmuşdur ki, iş üzrə əsl Cavabdeh (FİN: xxxxxxx; təvəllüd xx.xx.1956) qeydiyyat ünvanı ünvan 2 ki, həmin ünvanın yerləşdiyi ərazi Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin yurisdiksiyasına daxil deyildir. Bununla belə, hazırki iddia ərizəsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim olunmuş və icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırki iş ümumi ərazi aidiyyəti qaydalarına əsasən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. - 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Nəsimi rayonu ərazisində yerləşdiyindən hazırki iddia tələbinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. IV. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar