Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-98)-145/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Giriş hissə: Hakim İsmayılova Səbinə Vüqar qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: a) iddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2025-ci il tarixli, 358021-1-65181 saylı “yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 26800.40 manat məbləğində əsas borc, 1600.81 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 28401.21 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 175.20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən xx.xx.2025-ci il tarixli, 358021-1-65181 saylı “yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 28500 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka ümumilikdə, 28401.21 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 358021-1-65181 saylı “yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”ndən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir (10.3.14-cü bənd). “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən ...Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, Nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün Ərizə- Razılaşmada göstərilən cərimə tətbiq edilir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.
b) iddiaya etiraz.
3. İddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, banka olan borcunu qəbul edir. Sadəcə olaraq borcu tam ödəməyə maddi imkanı yoxdur. Onun aylıq aliment öhdəliyi də var. Odur ki, məhkəmədən bütün bu halları nəzərə alaraq, borcun ondan hissə-hissə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
Əsaslandırıcı hissə:
a) iş materialları.
6. İddiaçı ASC-də 358021-65181 nömrəli yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair xx.xx.2025-ci il tarixli müştəri ərizə-razılaşmasından görünür ki, Bank (İddiaçı ASC) 28500 manat məbləğində krediti 48 ay müddətinə illik 17 % dərəcəsi ilə Müştəriyə (Cavabdeh) ayırmağı aksept etmiş, Müştəri isə Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”, Tariflər, Valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış olduğunu və onları qəbul etdiyini təsdiq etmişdir.
7. xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin 48 ay müddətində aylıq 822.97 manat (sonuncu ay 795.12 manat) hissələrlə ödənilməsi təsdiq edilmişdir.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixli 358021-65181 nömrəli nağd pul krediti müqaviləsi üzrə həmin tarixə 26800.4 manat əsas borc, 1600.81 manat faiz borcu, 0 cərimə borcu olmaqla, cəmi 28401.21 manat məbləğində borcu vardır. Müqavilə üzrə öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etmir.
9. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, xx.xx.2025-ci il tarixli, 358021-65181 nömrəli müqavilə üzrə yaranmış borcun (26800.4 manat əsas borc, 1600.81 manat faiz borcu, ümumilikdə isə 28401.21 manat borc) 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə ona pul tələblərinin ödənilməsi üçün qanunverciliyin tələbinə uyğun (məhkəmə aktı və ya notariusun icra qeydi ilə bağlı) tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
b) işin halları.
10. İddiaçı “Bank VTB (Azərbaycan) və Cavabdeh arasında xx.xx.2025-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 17%-lə 28500 manat məbləğində kredit verilmiş, cavabdeh aldığı krediti müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
11. İddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyada müvafiq kredit müqaviləsi üzrə Banka olan borcun əsas borc üzrə 26800 manat, faiz borcu üzrə 1600.81 manat olmaqla, ümumilikdə 28401.21 manat məbləğində olduğu qeyd edilmişdir.
c) tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 746. İstehlak krediti müqaviləsinin anlayışı. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
c) məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 17%-lə 28500 manat məbləğində kredit verilmiş, cavabdeh aldığı krediti müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıdan yuxarıda qeyd edilmiş məbləğdə və şərtlərlə kredit aldığını, lakin sonradan aylıq ödənişləri vaxtlı-vaxtında icra etməyə maddi imkanı çatmaması səbəbindən öhdəliyini lazımınca icra edə bilmədiyini, hazırda iddiaçıya tələb edilən məbləğdə borcu qaldığını etiraf etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Hazırkı iş üzrə cavabdeh tərəfindən edilmiş faktın etirafının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hallar müəyyən edilməmişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 26800.4 manat əsas borc, 1600.81 manat faiz borcu olmaqla, cəmi 28401.21 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçı Banka ödənilməlidir.
ç) məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 175.2 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 175.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissə:
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ödənilməmiş əsas borc və faiz borcu, eləcə də müvafiq dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 26800.4 manat (iyirmi altı min səkkiz yüz manat qırx qəpik) əsas borc, 1600.81 manat (min altı yüz manat səksən bir qəpik) faiz borcu olmaqla, cəmi 28401.21 manat (iyirmi səkkiz min dörd yüz bir manat iyirmi bir qəpik) məbləğində borc və 175.2 manat (yüz yetmiş beş manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səbinə İsmayılova