Məhkəmə qərarları › İş №e-2(5-99)-131/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-99)-131/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-131/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı ASC. Cavabdehlər- Cavabdeh2 və Cavabdeh1. Tərəflər arasında bağlanmış müqavilələr: Cavabdeh2 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 12/0004/MAXO saylı kredit müqaviləsi və Cavabdeh1 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 12/0004/MAXO saylı zaminlik müqaviləsi; Müqavilənin predmeti- kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ- xx.xx.2019-cu il tarixli, 12/0004/MAXO saylı kredit müqaviləsi üzrə 422,55 manat əsas borc, gecikdiriliş vaxt üçün 52,74 manat faiz borcu və 30 manat dövlət rüsumu. Sübutlar: Kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.7-ci 448.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci, 421.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci və 477.0.4-cü maddələri. Məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid hissədə əsaslıdır. Belə ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi ilə zamin Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində müqavilənin qüvvədə olduğu vaxt dəqiq göstərilməmişdir. Qanunvericilikdə göstərildiyi kimi zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda isə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi 60 ay müddətinə bağlanmış, yəni cavabdeh xx.xx.2024-cü il tarixə kimi öhdəliyini icra etməli olduğundan bank öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bir il ərzində, yəni xx.xx.2025-ci il tarixinə kimi məhkəmədə iddia qaldıra biləcəyi halda xx.xx.2026-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə xitam verilmişdir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə, Cavabdeh1 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 12/0004/MAXO saylı kredit müqaviləsi üzrə 422,55 manat əsas borc, müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 52,74 manat faiz borcu olmaqla, ümumilikdə 475,29 manat borc və 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar