Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-161/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı X1-Bank Kredit Təşkilatı. Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2. Tərəflər arasında bağlanmış müqavilələr: Cavabdeh1 ilə bağlanılmış xx.xx.2024-cü il tarixli, **********2700 saylı kredit müqaviləsi və Cavabdeh2 ilə bağlanılmış xx.xx.2024-cü il tarixli, **********2***-******* saylı zaminlik müqaviləsi; Müqavilənin predmeti- kredit və zaminlik müqaviləsi. Tələb olunan məbləğ- xx.xx.2024-cü il tarixli, **********2700 saylı kredit müqaviləsi üzrə 3760,52 manat əsas borc, 746 manat faiz borcu, 241,23 manat cərimə, cəmi 4747,75 manat borc və 67,48 manat dövlət rüsumu. Sübutlar: Kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci, 421.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci və 477.0.4-cü maddələri. Məhkəmə iddianı əsas və faiz borcun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatı ilə bağladığı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi ilə zamin Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə, Cavabdeh2 xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə xx.xx.2024-cü il tarixli, **********2700 saylı kredit müqaviləsi üzrə 3760,52 manat əsas borc, 746 manat faiz borcu, 100 manat cərimə olmaqla, ümumilikdə 4606,52 manat borc və 65,5 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 1,98 manat iddiaçı "Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(5-99)-161/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-99)-161/2026
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver