Məhkəmə qərarları › İş №e-2(5-99)-188/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-99)-188/2026

04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-188/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı- "xxxx" ASC. Cavabdeh- Cavabdeh. Sığorta müqaviləsi – xx.xx.2024-cü il tarixli, PME********** saylı, Tələb olunan məbləğ- 2055 manat borc və 40,55 manat dövlət rüsumu. Sübutlar: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi, zərər vuranın şəhadətnamə məlumatları, zərərvuran şəxsin məlumatları, hadisə yeri məlumatları, zərərçəkən NV-nin sığorta şəhadətnaməsi məlumatları sığorta aktı, icbari sığorta müqaviləsinə dair məlumat, ərizəçi məlumatları, sığorta aktı, ilkin qüsur aktı, bank köçürməsinin çıxarışı, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış, inzibati protokol, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci, 926.3-cü, 936.1-ci maddələri. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.2-ci, 8.1ci, 8.2-ci, 9.1-ci, 9.2-ci, 25.1.3-cü, 63.1-ci və 63.2-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2055 manat sığorta ödənişi məbləğinin, 40,55 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar