Məhkəmə qərarları › İş №e-2(5-99)-400/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-99)-400/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-400/2026 16.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Azərbaycan Beynəlxalq Bankı” ASC. Cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. Müqavilənin predmeti- "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü tarixli kredit müqaviləsi. Tələb olunan məbləğ- 1665,42 manat əsas borc, 36,66 manat dövlət rüsumu. Sübutlar: Ərizə, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci və 1306.1-ci maddələri. Məhkəmə qeyd edir ki, iddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2023-cü tarixli kredit müqaviləsinə əsasən X1 bank tərəfindən 21 ay müddəsinə, illik 21,9 faiz ödəmək şərti ilə 3900 manat məbləğində kredit verilmişdir. X2 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və onlar miras əmlakdan tam hissədə paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməyiblər. Qeyd edilən səbəblərdən iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1665,42 manat əsas borc və 36,66 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar