Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1032/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1995-ci il tarixdə anadan olmuş 1-ci qrup əlil olan oğlu Məmmədov Fərid Əlövsət oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, o, xx.xx.1972ci ildə Gəncə şəhərində anadan olmuşdur. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməli şəxs – Məmmədov Fərid Əlövsət oğlu onun oğludur və xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Oğlu anadangəlmə konner sindromundan (ağır formada autizm xəstəliyi) əziyyət çəkir və konner sindromu diaqnozu ilə 10 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidədədir. 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinin nəticəsini dərk etmir, yaddaş və ağıl zəifliyi vardır. Ona görə də, məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməklə onun oğluna qəyyum təyin edilməsini istəyir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı № 14304603 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmədov Fərid Əlövsət oğlu xx.xx.1995-ci ildə doğulmuş, ünvan 1 mənzil 83 ünvanında qeydiyyatdadlr. İş materiallarına əlavə olunmuş XİX-ЖГ seriyalı № 400071 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmədov Fərid Əlövsət oğlu xx.xx.1995-ci ildə doğulmuş, anası X2, atası Ərizəçidur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 10 saylı şəhər Poliklinikasının 582 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İ qrup əlil Məmmədov Fərid Əlövsət oğlu 2013-cü ildən 10 saylı şəhər poliklinikasının psixiatr kabinetində “Ağır ifadə olunmuş kəmağıllılıq (imbesillik) və total aloliya” F72 diaqnozu ilə RƏXD müşahidəsindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 435510 saylı arayışından görünür ki, Məmmədov Fərid Əlövsət oğlu ümumi xəstəlikdən 1-ci qrup müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 310 saylı rəyindən görünür ki, Məmmədov Fərid Əlövsət oğlunda Ağır ifadəli kəmağıllılıq müəyyən edilir. Məmmədov Fərid Əlövsət oğlu öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, Məmmədov Fərid Əlövsət oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, Məmmədov Fərid Əlövsət oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərid Əlövsət oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına tapşırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. ünvan 1 mənzil 83 ünvanda qeydiyyatda olan, xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərid Əlövsət oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məmmədov Fərid Əlövsət oğlunun üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1032/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1032/2021
01.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver