Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-870/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.1990-cı il təvəllüdlü Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Osman Vəliyev) ərizə rədd edilmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Qətnamədən ərizəçi apellyasiya şikayəti vermişdir. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə tərkibi hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və qəbulundan imtina edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 2021-ci il #######ın #-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Lakin hazırkı apellyasiya şikayəti qeyd edilən qaydada verilməmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-nə * nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», -«Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», -«Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», -«Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» qeyd edilən formada əks edilməmişdir. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində müəyyən edilmiş orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar mövcuddur və apellyasiya şikayəti verilərkən həmin formanın tələblərinə ciddi riayət olunması zəruridir. Lakin ərizəçi tərəfindən təqdim edilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun olmamışdır. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş forma və məzmun tələblərinə cavab vermir. Ərizəçi tərəf yenidən apellyasiya şikayəti vermək istədiyi halda, şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq, MPM-in * saylı Əlavəsində nəzərdə tutulmuş forma və məzmunda tərtib etməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır. Bu tələblərə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə apellyasiya şikayəti vermə müddəti başa çatdıqdan sonra 7 gün ərzində apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan, onları əlavə edilmiş sənədlərlə və iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə tərkibi hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayətin qanunun tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq prosessual tədbirlərin görülməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi, QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-870/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-870/2026
14.07.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver