Məhkəmə qərarları › İş №2(1-8)-839/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-839/2026

07.04.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-839/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, hüquq barədə mübahisə, işə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi ”şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi kassasiya şikayətinə ## ##### 2026cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Fəaliyyət qabiliyyəti olmayan şəxs ilə Ağayeva Balabəyim (Aliyə) Böyük qızı ##.##.1960cı ildə nikaha daxil olmuşlar. Nikahdan donra arvada Piriyeva soyadı verilmişdir. Birgə nikahdan uşaqları olmamışdır.

2. X2 ##.##.2016-cı ildə, Fəaliyyət qabiliyyəti olmayan şəxs isə ##.##.2021-ci ildə ölmüşdür.

3. Ərizəçi Ərizəçi Fəaliyyət qabiliyyəti olmayan şəxs bacısıdr.

4. Ərizəçi daha öncə X1 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi idarəsi, "xxxx" ASC, Sumqayıt şəhəri * saylı notariat ofisi və Sumqayıt şəhəri * saylı notariat ofisi üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması, Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin, Fəaliyyət qabiliyyəti olmayan şəxs məxsus olmuş Sumqayıt şəhəri 2-8-12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair ##.##.2016-cı il tarixli müqavilənin, həmin mənzilin DƏDRX-nin * saylı Sumqayıt Ərazi İdarəsində aparılmış reyestr qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair ##.##.2023 cü il tarixli, 4Ə-**** reyestr nömrəli müqavilənin, bağ sahəsinin Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi, daşınmaz əmlak- Sumqayıt şəhəri 2-8-12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzillə bağlı X3 adına verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Həmin iş üzrə Məhkəmə Psixiatrik Ekspertiza X5 Şəxsinin ##.##.2024-cü il tarixli **** saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, sağlığında Fəaliyyət qabiliyyəti olmayan şəxs 2015ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi patalogiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək Fəaliyyət qabiliyyəti olmayan şəxs demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, Fəaliyyət qabiliyyəti olmayan şəxs psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də Fəaliyyət qabiliyyəti olmayan şəxs düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Ərizəçi iddiası qismən təmin edilərək, Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması; Fəaliyyət qabiliyyəti olmayan şəxs məxsus olmuş Sumqayıt şəhəri 7-8 12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair ## ###### 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin mənzilin DƏDRX-nin * saylı Sumqayıt Ərazi İdarəsində X1 adına aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi; bağ sahəsinin Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi; X1 adına verilmiş ##.##.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi; “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan *** saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m sahəsi olan qarajın cavabdeh X1 tərəfindən iddiaçı Ərizəçi geri qaytarılması; cavabdeh X1 55000 (əlli beş min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçı Ərizəçi ödənilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

7. Qeyd edilən qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(060) ***/**** nömrəli qərardadı ilə “vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələblərə dair” iş üzrə Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi Ərizəçi (bundan sonra) ərizə (dəqiqləşmə barədə ərizələr) ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı – 1936-cı il təvəllüdlü mərhum Fəaliyyət qabiliyyəti olmayan şəxs 2015-ci ildən vəfat etdiyi ##.##.2021-ci il tarixə qədər fəaliyyət qabiliyyətli olmayan şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi mərhum qardaşı ilə razılığa gəlmişlər ki, qardaşı Səmədə baldızı oğlu Vüsal Ağayev ona baxsın, ona lazım olan ərzaq, dərman və sair tələbat mallarını alıb versin. Fəaliyyət qabiliyyəti olmayan şəxs “xxxx” ASC-də adına depozit olmuşdur. Ərizəçi öz qızı olan nümayəndə2 baş etibarnamə vermiş və Aynurə də vaxtaşırı Vüsala Səmədin pulundan çıxarıb vermiş və hesabat aparmış, dəftərdə qeydlərini dəqiqliklə yazmışdır. ##.##.2021-ci ildə Fəaliyyət qabiliyyəti olmayan şəxs vəfat etmiş və onu Hacıqabulda dəfn etmişlər. Səmədin hüzür məclislərini Hacıqabulda ərizəçi və ailə üzvləri vermis, onun qəbrinin üstünü düzəltdirmiş və sair xərclərini qarşılamışlar. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində Fəaliyyət qabiliyyəti olmayan şəxs adına açılmış stasionar, ambulator xəstənin tibbi kitabçasında qeyd olunmuşdur ki, o, ##.##.2015-ci ildən ##.##.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da, onun ambulator müalicəsi davam etdirilmişdir. ##.##.2015-ci ildə kitabçada aparılmış qeyddən görünür ki, Fəaliyyət qabiliyyəti olmayan şəxs “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub, çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır, ünsiyyətə qeyriadekvatdır, sualları düzgün cavablandırmır”. ##.##.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən Fəaliyyət qabiliyyəti olmayan şəxs “keçirilmiş baş beyin insultunun qalıq əıamətləri“ müşahidə olunur. Xəstəlik kitabçasında ##.##.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “##.##.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir. Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur. Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır. X4 tərəfindən müalicə almışdır. Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq, ümumi vəziyyəti ağırlaşmış və ##.##.2021-ci ildə say 03:30da vəfat etmişdir.

10. Ərizəçi Sumqayıt Şəhər Məhkəməsində qaldırmış olduğu iddia ərizəsi və sonrakı dəqiqləşdirmələrdə digər tələblərlə yanaşı, Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, bu məsələ xüsusi icraat qaydasında baxılmalı olduğundan hazlrki ərizə ilə müraciət etmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim Elçin Kazımov).

14. Birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırda ərizəçi məhkəmədən 1936-cı il təvəllüdlü mərhum Fəaliyyət qabiliyyəti olmayan şəxs 2015-ci ildən ##.##.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, bunun üçün bir sıra tibbi sənədlərə, o cümlədən Məhkəmə Psixiatrik Ekspertiza X5 Şəxsin ##.##.2024-cü il tarixdli **** saylı rəyinə istinad etmişdir.

15. İşdən görünür ki, ərizəçi əvvəlcə mərhum qardaşının faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə versə də, sonradan tələbini dəyişmiş və son nəticədə məhkəmədən 1936-cı il təvəllüdlü mərhum Fəaliyyət qabiliyyəti olmayan şəxs 2015-ci ildən ##.##.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs olması faktının, yəni hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi hazırki hüquqi faktın müəyyən edilməsinin ona nə məqsədlə lazım olduğunu ərizəsində əsaslandırmamış, mərhum qardaşının göstərilən müddətlərdə fəaliyyət qabiliyyətsiz olması barədə sənədləri ala bilməməsinin mümkünsüzlüyünü sübut edə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi onu da diqqətə çatdırmışdır ki, iddiaçının işin hallarında qeyd olunan daha əvvəl qaldırmış olduğu iddialar üzr icraatlardan da göründüyü kimi, ərizəçinin hazırkı ərizəni qaldırmaqda əsas məqsədi mərhum qardaşının imzaladığı əqdlərin (vəsiyyətnamə, müqavilə) etibarsızlığının müəyyən edilməsi olmuşdur. Birinci instansiya məhkəməsi izah etmişdir ki, əqdlərin etibarsızlığı məsələsini məhkəmələr araşdırarkən onların etibarsızlığına əsas olmuş halları da (konkret halda Fəaliyyət qabiliyyəti olmayan şəxs onları imzalayarkən fəaliyyət qabiliyyətlsiz, yəni anlaqsız olubolmamasını)

18. araşdırmalıdır. Bu səbəbdən də, hazırki ərizənin təmin edilməsinə hüquqi cəhətdən heç bir zərurət yoxdur.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2, 308, 310.1, 317.2, 319 və 321.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassızdır. Belə ki, mərhum – 1936-cı il təvəllüdlü Fəaliyyət qabiliyyəti olmayan şəxs Məhkəmə Psixiatrik Ekspertiza X5 Şəxsin ##.##.2024-cü il tarixdli **** saylı rəyinə əsasən göstərilən tarixlərdə, yəni 2015-ci ilin mart ayından vəfat etdiyi günədək, yəni ##.##.2021 ci il tarixdədək fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Belə olduğu təqdirdə həmin şəxsin ölmüş və ya sağ olması faktının məhkəmə üçün müvafiq qərar qəbul etməsindən ötrü heç bir əhəmiyyəti yoxdur. Yəni ekspertizanın müvafiq rəyi ilə təsdiq olunmuşdur ki, mübahisə edilən dövrdə Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyətsiz olmuş və bu fakt ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Ona görə də məhkəmə düzgün olmayaraq qeyd olunan fakt təsdiqi barədə qətnamə çıxarmamış, dəqiqləşdirilmələri nəzərə almamış, ilkin qaydada irəli sürülmüş Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs kimi müəyyən edilməsi barədə tələbi əsas götürmüş, dəqiqləşdirmələrə fikir verməmiş, məhkəmə qətnaməsinin yekun hissəsində bununla bağlı heç bir qeyd aparmamışdır. Yəni məhkəmə ərizədəki tələb üzrə faktiki olaraq qərar qəbul etməmişdir. Məhkəmə mərhum Fəaliyyət qabiliyyəti olmayan şəxs sağlığında, yəni 2015-ci ilin mart ayından ##.##.2021-ci il tarixdədək anlaqsız olması, öz hərəkətlərini idarə etmək və ona cavab vermək iqtidarında olmaması, fəaliyyət qabiliyyətsiz olması barədə məhkəmə psixiatriya ekspertizasının rəyi ilə təsdiq olunmuş faktiki halları nəzərə almadan yanlış nəticəyə gəlmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə)

20. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 24.1, 25, 28.1-ci maddələrinə əsasən qeyd etmişdir ki, həmin normalara görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Odur ki, fəaliyyət qabiliyyəti ölmüş şəxsə məxsus ola bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi və eyni tarixli qərardadına istinadən göstərmişdir ki, ərizəçinin hazırki ərizəni qaldırmaqda əsas məqsədi mərhum qardaşının imzaladığı əqdlərin (vəsiyyətnamə, müqavilə) etibarsızlığının müəyyən edilməsi olmuşdur. Halbuki əqdlərin etibarsızlığı məsələsini məhkəmələr araşdırarkən onların etibarsızlığına əsas olmuş halları da araşdırmalıdır. Bu tələbə isə məhkəmə icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz.

22. MPM-in 153.2.1-ci maddəsinə əsasən, hazırki ərizənin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir

23. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 24.1, 25, 28.1-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Ərizəçi (vəkil nümayəndə1) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Belə ki, şəxsin fəaliyyət qabiliyyətli olmaması faktı onun ölmüş və ya sağ olmasından asılı olmayaraq yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Maddə 25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Maddə 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Ərizəçinin xahişi qardaşı – 1936-cı il təvəllüdlü mərhum Fəaliyyət qabiliyyəti olmayan şəxs 2015-ci ildən vəfat etdiyi ##.##.2021-ci il tarixə qədər fəaliyyət qabiliyyətli olmayan şəxs olması faktının müəyyən edilməsi barədədir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, ərizəçi iddiaçı qismində daha öncə X1 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi idarəsi, "xxxx" ASC, Sumqayıt şəhəri * saylı notariat ofisi və Sumqayıt şəhəri * saylı notariat ofisi üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması, Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin, Fəaliyyət qabiliyyəti olmayan şəxs məxsus olmuş Sumqayıt şəhəri 2-8-12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair ##.##.2016-cı il tarixli müqavilənin, həmin mənzilin DƏDRX-nin * saylı Sumqayıt Ərazi İdarəsində aparılmış reyestr qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair ##.##.2023 cü il tarixli, 4Ə-**** reyestr nömrəli müqavilənin, bağ sahəsinin Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi, daşınmaz əmlak- Sumqayıt şəhəri 2-8-12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzillə bağlı X3 adına verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

31. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Ərizəçi iddiası qismən təmin edilərək, Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 verilmiş ## #### 2016-cı il tarixli *V-*** nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması; Fəaliyyət qabiliyyəti olmayan şəxs məxsus olmuş Sumqayıt şəhəri 7-8 12-ci məhəllə, bina 9A-da yerləşən ** nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair ## ###### 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin mənzilin DƏDRX-nin * saylı Sumqayıt Ərazi İdarəsində X1 adına aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi; bağ sahəsinin Fəaliyyət qabiliyyəti olmayan şəxs adından X1 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin ## ##### 2019-cu il tarixli ** saylı qərarının etibarsız hesab edilməsi; X1 adına verilmiş ##.##.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi; “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan *** saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m sahəsi olan qarajın cavabdeh X1 tərəfindən iddiaçı Ərizəçi geri qaytarılması; cavabdeh X1 55000 (əlli beş min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçı Ərizəçi ödənilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

32. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(060) ***/**** nömrəli qərardadı ilə “vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələblərə dair” iş üzrə Fəaliyyət qabiliyyəti olmayan şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması hissəsində icraata xitam verilmişdir.

33. Apellyasiya instansiyasi məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnamə və qərardadına istinadən hesab etmişdir ki, ərizəçinin hazırki ərizəni qaldırmaqda əsas məqsədinin mərhum qardaşının imzaladığı əqdlərin (vəsiyyətnamə, müqavilə) etibarsızlığının müəyyən edilməsi olduğundan, belə olan halda, əqdlərin etibarsızlığı məsələsini məhkəmələr araşdırarkən onların etibarsızlığına əsas olmuş halları da araşdırmalıdır.

34. Məhkəmə kollegiyası barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsi xahiş edilən şəxsin vəfat etməsini, həmin şəxsin sağlığında bağladığı əqdlərin məhz fəaliyyət qabiliyyətsiz olması əsas ilə məhkəmə qaydasında mübahisələndirilməsini və bu barədə məhkəmə aktlarının olmasını nəzərə alaraq gəlinən nəticəni qanuni və əsaslı hesab edir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri bağlı izah edir ki, ərizə vəfat etmiş şəxsin sağlığında fəaliyyət qabiliyyətsiz olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir.

36. MPM-in 305.1.3-cü maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli fakt kimi şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

36. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı qeyd olunmalıdır ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır;

37. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi mümkün hesab olunsa da, həmin ərizəyə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də, MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur.

38. Hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, MPM-in 259.0.10-cu və 306.4-cü maddələri hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.

39. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanmış iddiaçı iddia icraatı qaydasında birbaşa qeyd etdiyi hala (hazırkı işdə ərizəçi qardaşının əqd bağlayarkən fəaliyyət qabiliyyətsiz olmasına) istinad etməklə əqdin etibarsızlığı tələbini irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (şəxsin sağlığında əqd bağlayarkən fəaliyyət qabiliyyətsiz olmasını) sübuta yetirməlidir.

40. İşdən də görünür ki, ərizəçi vərəsə kimi barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsi xahiş edilən şəxsin sağ ikən bağladığı əqdləri məhz həmin şəxsin fəaliyyət qabiliyyətsiz olması əsası ilə məhkəmə qaydasında mübahisələndirib və bu barədə artıq məhkəmə aktı vardır.

41. Başqa sözlə, barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsi xahiş edilən şəxsin fəaliyyət qabiliyyəti artıq həmin şəxsin bağladığı əqdlərin etibarsızlığı ilə bağlı qaldırılmış ayrı bir icraatda iddianın əsasını təşkil edən hüquqi fakt kimi araşdırma predmetidir.

42. Həmçinin qeyd edildiyi kimi, barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsi xahiş edilən şəxs hazırkı ərizə veriləndən xeyli əvvəl vəfat etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi həmin şəxslərin mülki dövriyyədə iştirakına birbaşa təsir edir. Buna görə də mülki dövriyyənin iştirakçısı kimi hüquq və mənafelərinin müdafiəsi üçün onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə qətnaməsi də sağ olan fəaliyyət qabiliyyətsiz hesab edilmiş şəxsin üzərində qəyyumluq müəyyən edilməsi üçün əsasdır. (Mülki Məcəllə, 28.8, 33.1, 34.2-ci maddələr)

43. Hazırki ərizə üzrə məhkəmə icraatı o vaxt mümkün ola bilərdi ki, barəsində fəaliyyət qabiliyyətsiz hesab edilməsi xahiş edilən şəxs sağ olmuş olsun və mülki dövriyyədə hüquq və mənafelərinin sonrakı müdafiəsi üçün onun üzərində qəyyumluq müəyyən edilməsinə zərurət qalmış olsun.

44. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri);

45. Bu baxımdan, iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

46. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

47. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

48. Hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn, miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və ya hazırkı işdə olduğu kimi şəxsin sağlığında əqd bağlayarkən fəaliyyət qabiliyyətsiz olması əsası ilə əqdin mübahisələndirilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların (əqd bağlayarkən şəxsin fəaliyyət qabiliyyətsiz olması) mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

49. Hüquq barəsində mübahisə olduğu halda, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə görə iş üzrə icraata həmin hissədə xitam verilməlidir.

50. Bu baxımdan, işin hallarına əsasən hazırkı ərizənin ayrıca icraatda məhkəmədə baxılmalı olmamasına görə apellyasiya instansiyası məhkəməsinin MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq işə xitam verməsi düzgün olumuşdur.

51. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir

52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar