Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1298/2026 28.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən İsmayılova Zümrüd İsmayıl qızının nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti üzrə (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən İsmayılova Zümrüd İsmayıl qızının nümayəndəsi Nümayəndə apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiq edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilmişdir.
3. İsmayılova Zümrüd İsmayıl qızının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək maraqlarına toxunulan şəxs kimi qəbul edilmələrini xahiş etmiş və qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindan İsmayılova Zümrüd İsmayıl qızının nümayəndəsi Nümayəndə verdiyi şikayət forma və məzmunun qüsurlu olması əsası ilə geri qaytarılmışdır.
5. İsmayılova Zümrüd İsmayıl qızının nümayəndəsi Nümayəndə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, məhkəmə apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün iş materiallarını apelyasiya instansiyası məhkəməsinə göndərmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və aşağıda göstərilənlərə əsasən mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
8. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
9. İşdən isə görünür ki, şikayətdə məhkəmə aktının İsmayılova Zümrüd İsmayıl qızının maraqlarına toxunub-toxunulmadığı araşdırılmamış, bununla bağlı tərəfin verdiyi vəsatətə qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti daxil olduqdan sonra mülki-prosessual qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, yuxarıda qeyd edilən məsələ ilə bağlı məhkəmə qərardadı qəbul etmədən apellyasiya şikayətini iş materiallarına əlavə etməklə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Göstərilənlərə əsasən və MPM-in 357, 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Ağdam Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən İsmayılova Zümrüd İsmayıl qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət qeyd edilən məsələyə qiymət verilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.