Azərbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1061/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi cavabdeh Masallı Rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi maraqlı şəxs Masallı Rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Daha sonra ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadına əsasən Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra ərizəçi Ərizəçi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından şikayət verərək, qeyd edilən qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan ApeIlyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 108.1.6-cı maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, iş üzrə icraata xitam verilməsi, iddianın (ərizənin) baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, habelə müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina edilməsi barədə qərardadlardan şikayət verilməsi zamanı dövlət rüsumunun ödənilməsi qanunvericiliklə birbaşa nəzərdə tutulmuş imperativ tələbdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.6-cı maddəsi bu kateqoriyadan olan qərardadlardan şikayət verildikdə dövlət rüsumunun ödənilməli olduğunu müəyyən edir, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsi isə həmin rüsumun məbləğini konkret olaraq 50 manat müəyyən etmişdir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.17-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə işdə iştirak edən şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Qanunvericinin qeyd olunan qərardadları dövlət rüsumundan azadolma hallarından açıq şəkildə istisna etməsi də həmin qərardadlardan verilən şikayətlər üzrə dövlət rüsumunun ödənilməsinin məcburi xarakter daşıdığını təsdiq edir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinin tələbinə görə, dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən müvafiq hüquqi hərəkət həyata keçirilmir. Hazırkı işdən görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizəçinin ərizəsi baxılmamış saxlanılmış, ərizəçi isə həmin qərardaddan şikayət verərkən qanunla müəyyən edilmiş 50 manat məbləğində dövlət rüsumunu ödəməmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi şikayətə əlavə etməmişdir. Belə olan halda, ərizəçinin baxılmamış saxlanılma barədə qərardaddan verdiyi şikayət üzrə dövlət rüsumunun ödənilməməsinin qanunvericiliyin tələblərinə uyğun hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. Dövlət rüsumunun ödənilməsi ərizəçinin istəyindən asılı olan prosessual hüquq deyil, qanunda birbaşa nəzərdə tutulmuş prosessual öhdəlikdir və qanunla müəyyən edilmiş azadolma halları mövcud olmadıqda həmin tələbə riayət edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı, ərizənin baxılmamış saxlanılması barədə qərardadından verdiyi şikayətə qanunla müəyyən edilmiş 50 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, şikayətin geri qaytarılması barədə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslı olmuşdur. Beləliklə, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını şübhə altına alan hal kimi qiymətləndirilə bilməz və həmin qərardadın ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Buna görə də şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1061/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1061/2026
28.08.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver