Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1037/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, ərizəçinin nümayəndəsi (anası) X3 iştirakı ilə, 26 fevral 2004-cü il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 10 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı – 26 fevral 2004-cü il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı uşaqlıqdan xəstədir, anadangəlmə idiotiya, dərin və ağır dərəcəli kəmağıllıq xəstəliyindən əziyyət çəkir. Ona “2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, anadangəlmə idiotiya, kəskin nəzərə çarpan imbesillik” diaqnozu qoyulmuşdur və poliklinikada dispanser qeydiyyatındadır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona birinci qrup əlillik dərəcəsi verilmişdir. X9 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X7 ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X5 anasıdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq N.R.Həmidzadənin psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 21 fevral 2023-cü il tarixli, 488 saylı rəyində qeyd olunmuşdur ki, X6 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla xalaoğluxalaqızı olması, irsiyyəti psixi xəstəliklərlə ağırlaşmaması, yoxlanılan şəxs erkən psixofiziki inkişafda yaışdlarına nəzərən geri qalması, nitqi zəif inkişaf etməklə, tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, Bakı şəhər X4, həmçinin Bakı şəhər 2 saylı X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Ağır kəmağıllıq (kəskin imbesillik) kobud nitq və davranış pozuntuları ilə. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu ilə stasionar müalicədə olması, xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müəyinə edilərək “Tipik autizm. F84.0. Ağır dərəcəli əqli gerilik. Nitq təsir qabiliyyətinin pozuntusu. F81.1. Nitqi anlamaq qabiliyyətinin pozuntusu F80.0” diaqnozunun müəyyən edilməsi, əqli geriliklə əlqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrı tərəfindən təyin edilmiş müvafiq müalicələri qəbul etməsi, aldığı müalicələrə baxmayaraq, evdə yersiz hərəkətlərə yol verməsi, davranış pozuntularının biruzə verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup müddətsiz əlil olması, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin inkişaf eməməsi, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X6 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 26 fevral 2004-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1037/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1037/2023
10.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver