Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1077/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi barədə) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən açılmış xx.xx.2021-ci il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. Anasının ölümü Rusiya Federasiyası Moskva şəhərində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atası ilə anasının rəsmi nikahından ondan başqa X6, X7, Cavabdeh adlı övladları anadan olmuşdur. Anasından miras qalmış əmlak ünvan 1 ünvandan yerləşən mənzildən ibarətdir. Qardaşı Cavabdeh vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 11 saylı Notariat ofisinə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh adına vərəsəlik şəhadətnaməsi açılmışdır. Notariat orqanına müraciət etdikdən sonra qardaşı onun etibarından sui-istifadə edərək və aldadaraq bilmədiyi sənədə imza etdirmiş, notariat isə bundan istifadə edərək vərəsələr arasında payları düzgün və bərabər şəkildə bölmədən anasından qalan mirası cavabdehin adına rəsmiləşdirmişdir, onun bu məsələdən bir ay öncə məlumatı olmuşdur, bu səbəbdən də qardaşı ilə aralarında mübahisə yaranmışdır. Qeyd edilənlərə əsasən o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh onları aldadaraq vəfat etmiş anasının 40 mərasimi günü onu və bacılarını notariusa aparmışdır. Notariusa gedərkən onlara yalnız mənzilə dair çıxarışın onun adına keçirilməsi üçün sənədləri imzalamaqları lazım olduğunu bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, onlar mənzilə dair hüquqlarından imtina etmişlər. Notariusda olarkən də onlara hansı sənədə imza etmələri barədə məlumat verilməmişdir. O, həm anasının qanuni vərəsəsi olduğundan, həm də vəfat etmiş anasından qalan mənzildə payı olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh iddiaçını notariusa apararkən, ona ümumi mənzili öz adına keçirməyi deyil, öz payına düşən hissədə alması üçün imzalamalı olduğunu bildirmişdir. İddiaçı da bununla razılaşmışdır. Hətta notariat orqanında olarkən belə notarius tərəfindən heç bir izah verilməmiş, sonrakı prosessual hərəkətlərlə bağlı məlumat verməmişdir. İddiaçının da heç nədən xəbəri olmamışdır. İddiaçı yalnız 2024-cü ildə Rusiya Federasiyasından gələrkən evə getmək istəmiş, lakin evin qapısının bağlı olduğunu görmüş və cavabdehlə əlaqə saxlamışdır. Cavabdeh isə əvəzində evin ona məxsus olduğunu, bu səbəbdən də onu evə buraxmadığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçının əmlakları halhazırda həmin evdədir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 izahat verərək iddia tələbini qəbul etmədiyini, iş materiallarında iddiaçının və digər bacıların 2019-cu ilin avqust ayında miras əmlakdan qardaşları Cavabdeh xeyrinə imtinaları barədə ərizələrinin mövcud olduğunu, Notariat Orqanı tərəfindən heç bir qanun pozuntularına yol verilmədiyini, vərəsəlik işinin qanuna müvafiq qaydada rəsmiləşdirildiyini, bütün vərəsələrin dairəsi müəyyən edilərək hər birinin iradəsi nəzərə alınaraq Cavabdeh vərəsəlik şəhadətnaməsi verildiyini, şəhadətnamənin iddia ərizəsində göstərildiyi kimi etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsasın mövcud olmadığını, iddiaçının da məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini bildirdi. Bundan başqa iddiaçı tərəfindən iddia üçün nəzərdə tutulmuş müddətin ötürüldüyünü, bununla bağlı ərizə təqdim etdiyini qeyd etmişdir. Həmin ərizədə qeyd edilənləri nəzərə alaraq iddianın əsassız hesab edilməsi və iddia müddətini tətbiq etməklə İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, iddiaçı 1995-ci il tarixdə ailə həyatı qurmuş və həmin mənzildən çıxmışdır. 30 ildir ki, iddiaçı həmin mənzildə yaşamır və həmin mənzil ilə bağlı heç bir hüququ yoxdur. Sadəcə olaraq cavabdehlə aralarında olan problemə görə nəsə əldə etməyə çalışır. İddiaçı özü uzun illərdir Rusiya Federasiyasında yaşayır və mənzilin qardaşına keçməyində də məlumatı olmuşdur və özü imzası ilə buna razılıq vermişdir. Hazırda belə bir iddianın qaldırılması əsassızdır. İddiaçının Xırdalan şəhərində 2 torpaq sahəsi var, birini 2012-ci il tarixdə, digərini isə 2024-cü il tarixdə almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Mülki işin materialları:
6. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı, X6 və X3 atası X10, anası X4r.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində istifadə də olan 0.11118 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 80.25 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir və bu hüquq ona ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 755 nömrəli reyestr kitabının 70559 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının və cavabdehin atası X10 xx.xx.2016-cı ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci il tarixdə 689 nömrə ilə qeyd edilmişdir.
9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının və cavabdehin anası X5 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.0.2019-ci il tarixdə ********************7 nömrə ilə qeyd edilmişdir.
10. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.25 kv.m olan mənzil Cavabdeh irs qalmışdır.
11. xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı, X6 və X7 tərəfindən X1 onlara çatası miras paylarından qardaşları Cavabdeh xeyrinə imtina edilmişdir.
c) Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
13. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
14. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
15. 373.1-373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri).
16. 375.1-ci və 375.2-ci maddələrinə əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
17. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
18. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
20. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
24. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
27. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).
28. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri).
29. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Yəni qeyd edilən müddəalar öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir.
30. 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir.
31. 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
35. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
36. Göstərilənlərlə yanaşı şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
39. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 11 sayılı Notariat ofisi tərəfindən açılmış xx.xx.2021-ci il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, mübahisənin predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada verilmişdir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə notariat orqanına ərizə verərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X1 ona çatası miras payından qardaşı Cavabdeh xeyrinə imtina etdiyini və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı miras əmlakdan imtina edilməsi barədə ərizəni aldadılma nəticəsində imzaladığını iddia etsə də aldadılması ilə bağlı sübutları məhkəməyə təqdim etməmiş, həmin fakt öz təsdiqini tapmamışdır.
41. Bununla yanaşı iddiaçı aldadılma nəticəsində bağlanmış əqdin mübahisələndirilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüş, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini və iddianın həm əsassız olduğu üçün, həm də müddətin ötürülməsi səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir.
42. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. 43.«R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyinmühüm əhəmiyyət daşıyan institutlarından biridir.
44. Məhkəmə iclasında iddiaçı iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, lakin cavabdeh tərəf iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
45. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova