Məhkəmə qərarları › İş №2(3-1)-158/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-158/2026

14.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-158/2026 14.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mirasın qəbul edilmə faktının və tam miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar söz: Mirasın qəbul edilmə faktının və tam miras payının müəyyən olunması tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X13 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və onun vəkilnümayəndəsi vəkil3 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mirasın qəbul edilmə faktının və tam miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 vəkil və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Iş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.1992ci il tarixli, VI-ЖГ ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı ##.##.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Iş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, AZ-İ № ****** nömrəli ölüm haqqında akt qeydiyyatından çıxarışdan görünür ki, X7 ##.##.2005-ci il tarixdə ölmüşdür.

3. Iş materillarında olan Şərur şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, X7 vərəsələri: 1.arvadı İddiaçı 2.qızı cavabdeh2 3.qızı cavabdeh1dır.

4. Iş materiallarında olan Naxçıvan MR DƏTM DK-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0702 ha topraq sahəsi X7 mülkiyyətindədir.

5. Iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin ##.##.2026-cı il tarixli, **/*** nömrəli məktubundan və əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0702 hektar torpaq sahəsi ##.##.2016-cı il tarixdə X7 adına dövlət qeydiyyatına alınmışdır.

6. Iş materiallarında olan qeydiyyat vəsiqəsinin və yaşayış evinin texniki pasportunun surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən iki otağı, balkonu 62.2 m², o cümlədən yaşayış sahəsi 47.8 m² ibarət olan H.Cavid küçəsi 10 ünvanında yerləşən yaşayış evi (evin bir hissəsi) şəxsi mülkiyyət hüququ əsasında Şərur şəhər Icra Nümayəndəliyinin *** №-li, ## ######## 2003-cü tarixli arayışına əsasən X7 adına qeydiyyata alınmışdır.

7. Iş materiallarında olan vəsiyyətnamədən görünür ki, X7 şəhəri, H.Cavid küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evini həyat yoldaşı İddiaçı vəsiyyət etmişdir.

8. Iş materiallarında olan Şərur Rayon * saylı Notariat Ofisinin ##.##.2026-cı il tarixli * nömrəli və Şərur Rayon * saylı Notariat Ofisinin ##.##.2026-cı il tarixli ** nömrəli məktublarından görünür ki, X7 tərəfindən vəsiyyətnamə tərtib olunması ilə bağlı heç bir əməliyyat aparılmamışdır.

9. Iş materiallarında olan Şərur Rayon * saylı Notariat Ofisinin ##.##.2025-ci il tarixli ** nömrəli qərarından görünür ki, İddiaçı miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

10. Iş materiallarında olan Daşınmaz Əmlakın Icbari Sığorta Şəhadətnamələrindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sığorta ödənişləri İddiaçı tərəfindən ödənilmişdir. II. Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.0702 ha. həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m² sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 ilə 1992-ci ildə ailə qurmuşdur. X1 ünvan 1 ünvanında yerləşən 0.0702 ha. həyatyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m² sahədən ibarət iki otaqlı fərdi yaşayış evi mülkiyyətində olub. Bu barədə ona ##.##.2016-cı il tarixli, MN ******* nömrəli çıxarış, Qeydiyyat vəsiqəsi və 311 inventar nömrəli Texniki pasport verilmişdir. X1 ##.##.2005-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 0.0702 ha. həyatyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m² sahədən ibarət iki otaqlı fərdi yaşayış evi miras qalmışdır. Mərhum həyat yoldaşı X7 ölümündən sonra aşağıda göstərilən varisləri olmuşdur:

1. Arvadı: İddiaçı

2. qızı: cavabdeh2

3. qızı: cavabdeh1 Həmin miras əmlakını, o, mərhum həyat yoldaşı X7 ölümündən sonra mübahisəsiz olaraq qəbul etmiş və həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edir. Onun digər varisləri isə ailə quraraq ayrılmışdır. Onun maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilməmişdir. O, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon iki saylı Notariat Ofisinə müraciət etmişdir. Şərur rayon iki saylı Notariat Ofisinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olacağı bildirilmişdir.

13. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərərək mərhum həyat yoldaşı X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.0702 ha. həyatyanı torpaq sahəsi və üzərində tikilmiş 62.2 m² sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda tam payın tərəfindən qəbul edilməsinin müəyyən olunması həddində baxılmasını xahiş etmişdir.

14. Şərur Rayon Məhkəməsi tərəfindən iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi qəbul edilmiş, işə dəqiqləşdirilmiş iddia tələbi həddində baxılmışdır.

15. Məhkəmə iclasında iştirak edən X5 Ramiz oğlu ifadəsində və verilən suallara cavabında X7 ilə İddiaçı ailə həyatı qurduqlarını, onlara qonşu olduğunu, mübahisəli evin yaxınlığında yaşadığını bildirmişdir. O, 2000-ci ildə həmin ərazidə ev aldığını, 2006-cı ildən isə orada yaşadığını göstərmişdir. Şahid qeyd etmişdir ki, Rza kişinin vəfat etdiyi vaxt Bakıda olduğundan onun hansı tarixdə vəfat etdiyini dəqiq bilməmiş, sonradan geri qayıtdıqda onun vəfat etdiyini öyrənmişdir. Həmçinin bildirmişdir ki, Rza kişinin ölümündən sonra mübahisəli evdə Zəhra yaşamış, hazırda da həmin evdə o yaşayır. Şahid Qönçəni tanıdığını və onun arabir həmin evə gəldiyini, lakin Rza kişinin başqa övladlarının olması barədə məlumatının olmadığını göstərmişdir. Bundan əlavə, onun bildirdiyinə görə, Rza kişinin başqa yaşayış evinin olması barədə məlumatı yoxdur.

16. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında iddiaçı İddiaçı ilə qonşu olduğunu, 2000-ci ildən həmin ərazidə yaşadığını bildirmişdir. O göstərmişdir ki, mübahisəli evin yaxınlığında yerləşən və babasına məxsus olmuş evi ona vermişlər və həmin vaxtdan orada yaşayır. Şahid həmçinin qeyd etmişdir ki, X7 onun babası ilə dost olmuşdur. Rza kişinin vəfat etdiyi vaxt hərbi xidmətdə olduğundan yas mərasimində iştirak etməmişdir. O, Rza kişinin həyat yoldaşı kimi Zəhranı, övladı kimi isə Qönçəni tanıdığını, başqa övladının olması barədə yalnız son illərdə eşitdiyini, lakin həmin şəxsi görmədiyini bildirmişdir. Şahid, mübahisəli ev və ya miras əmlakla bağlı hər hansı mübahisənin mövcud olması barədə məlumatının olmadığını da qeyd etmişdir.

17. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində və verilən suallara cavabında X7 tanıdığını, onun bir neçə ailə münasibətinin olduğunu, həyat yoldaşlarından Sonanı və Xədicəni tanıdığını, iddiaçı İddiaçı övladının olmadığını bildirmişdir. Şahid qeyd etmişdir ki, Rza kişi təxminən 15 il əvvəl vəfat etmiş, özü də onun yas mərasimində iştirak etmişdir. O, cavabdeh1 1977-1978-ci illərdə mübahisəli evdə yaşadığını bildiyini, lakin Rza kişinin vəfatından sonra Arzunun həmin evdə yaşaması barədə məlumatının olmadığını göstərmişdir. Şahid həmçinin hazırda mübahisəli evdə yalnız İddiaçı yaşadığını, orada başqa şəxslərin yaşamadığını, Rza kişinin vəfatından sonra həmin evdə nə cavabdeh1, nə də cavabdeh2 gördüyünü bildirmişdir.

18. Şərur Rayon Məhkəməsinin (işə baxan hakim Abil Orucəliyev) ##.##.2026-cı il tarixli, 2(110)-545/2025 qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2005-ci il tarixdə vəfat etmiş X7 qalmış, ünvan 2 ünvanında yerləşən 0,0702 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının tanınması və onun həmin miras əmlak üzərində tam paya mülkiyyət hüququnun müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, X7 ##.##.2005-ci il tarixdə vəfat etmiş və onun ölümü ilə miras açılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhumun qanun üzrə birinci növbəli vərəsələri onun həyat yoldaşı İddiaçı, qızları cavabdeh2 və cavabdeh1 olmuşlar. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən onlar qanun üzrə birinci növbəli vərəsələr olmaqla bərabər pay hüququna malik olmuşlar. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iş materiallarında olan vəsiyyətnamənin surətində mübahisəli yaşayış evinin İddiaçı vəsiyyət edildiyi göstərilsə də, Şərur rayon * saylı Notariat Ofisinin, Şərur rayon * saylı Notariat Ofisinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təqdim etdikləri rəsmi məlumatlarla həmin vəsiyyətnamənin notariat qaydasında təsdiq olunması və qeydiyyata alınması təsdiq edilməmişdir. Notariat orqanlarının arxiv və reyestrlərində belə vəsiyyətnamənin mövcudluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə həmin sənədi mötəbər vəsiyyətnamə kimi qəbul etmir və mübahisəni qanun üzrə vərəsəlik qaydaları əsasında həll edir. Iş materialları, şahid ifadələri və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı mərhumun ölümündən sonra mübahisəli yaşayış evində yaşamağa davam etmiş, mərhumun yas mərasimini təşkil etmiş, evə və torpaq sahəsinə faktiki sahiblik etmiş, həmin əmlakın saxlanılması ilə bağlı xərcləri ödəmiş, kommunal xidmətlərdən istifadə etmiş və daşınmaz əmlakın icbari sığortası üzrə ödənişləri həyata keçirmişdir. Bu hallar onun mirası qəbul etmək iradəsinin açıq və birmənalı ifadəsi olmaqla mirasın faktiki qəbul edilməsini təsdiq edir. Cavabdeh cavabdeh2 izahatı da iddiaçının mövqeyini təsdiq edir. Cavabdeh göstərmişdir ki, 1993-cü ildə ailə qurmuş, 1994-cü ildə ata evindən ayrılmış, atasının ölümündən sonra yalnız yas mərasimində iştirak etmiş, daha sonra həmin evdə yaşamamışdır. O, atasının ölümündən sonra və hazırda mübahisəli evdə yalnız iddiaçının yaşadığını, yas mərasimini də iddiaçının təşkil etdiyini təsdiqləmişdir. Cavabdehin izahatından görünür ki, o, miras açıldıqdan sonra miras əmlakına sahiblik etməmiş, onu idarə etməmiş, həmin əmlakın saxlanılması ilə bağlı hər hansı xərc çəkməmiş və mirası qəbul etmək niyyətini ifadə edən hər hansı hüquqi və ya faktiki hərəkət etməmişdir. Cavabdeh cavabdeh1 da məhkəmə iclasında notariat orqanına müraciət etmədiyini etiraf etmişdir. O, atasının vəfatından sonra onun qəbrini ziyarət etdiyini, öz yaşadığı evdə yas mərasimi keçirdiyini və mərhumun ruhuna Quran oxutdurduğunu bildirmişdir. Lakin həmin hərəkətlər miras əmlakına sahiblik etmək və ya onu idarə etmək kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, cavabdeh1 mərhumun ölümündən sonra mübahisəli evdə yaşamamış, həmin əmlaka sahiblik etməmiş, onun saxlanılması ilə bağlı hər hansı xərc çəkməmiş, kommunal və digər ödənişləri həyata keçirməmişdir. O, özü də atasının ölümündən sonra həmin evdə iddiaçının yaşadığını təsdiq etmişdir. Buna görə də məhkəmə cavabdeh1 da mirası nə hüquqi, nə də faktiki qaydada qəbul etmədiyi qənaətinə gəlmişdir. Məhkəmə cavabdeh cavabdeh1 mərhuma məxsus olduğu iddia edilən Şərur rayonunun Cəlilkənd kəndində yerləşən digər evlə bağlı izahatını da qiymətləndirmişdir. Iş materiallarında X1 Cəlilkənd kəndində hər hansı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən heç bir yazılı sübut olmadığı, əksinə, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və digər sənədlərlə yalnız ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinin mərhuma məxsus olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə mərhumdan qalmış miras əmlakın yalnız həmin daşınmaz əmlakdan ibarət olması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki halları, tərəflərin izahatlarını, şahid ifadələrini və yazılı sübutları məcmu halda qiymətləndirərək hesab etmişdir ki, iddiaçı İddiaçı X1ndan qalmış miras əmlakı Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələblərinə uyğun olaraq faktiki qəbul etmiş, digər vərəsələr cavabdeh2 və cavabdeh1 isə mirası nə hüquqi, nə də faktiki qaydada qəbul etməmişlər. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

20. Həmin qətnamə ilə razılaşmayan cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 vasitəsilə ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verərək Naxçıvan MR Şərur Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normalarını düzgün tətbiq etməmiş və həmin normaların həqiqi mənasını təhrif etmişdir. Məhkəmə müəyyən etmişdir ki, X1 qanun üzrə birinci növbəli vərəsələri onun həyat yoldaşı İddiaçı, qızı cavabdeh2 vəqızı cavabdeh1 olmuşlar. Bu hal iş materialları ilə təsdiq edilmiş və məhkəmə tərəfindən də qəbul olunmuşdur. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinin tələblərinə əsasən həmin şəxslər qanun üzrə birinci növbəli vərəsələr olmaqla bərabər pay hüququna malik olmuşlar. Lakin məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi nəticəsinə gələrək birbaşa olaraq bütün miras əmlak üzərində tam pay hüququnun iddiaçıya məxsus olması qənaətinə gəlmişdir. Halbuki Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinin məzmunundan görünür ki, həmin normalar yalnız mirasın qəbul edilməsi qaydasını müəyyən edir və heç bir halda digər qanuni vərəsələrin hüquqlarının avtomatik olaraq aradan qalxmasını nəzərdə tutmur. Məhkəmə qətnaməsində digər birinci növbəli vərəsələrin hansı hüquqi əsasla vərəsəlik hüquqlarını itirmələrini əsaslandırmamışdır. Məhkəmə həmçinin Mülki Məcəllənin1133.1, 1133.2, 1159.1 və 1159.1.1-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmənin özü tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan vəsiyyətnamə etibarlı və mötəbər sübut hesab edilə bilməz və mübahisə qanun üzrə vərəsəlik qaydasında həll olunmalıdır. Bu halda isə bütün birinci növbəli vərəsələrin hüquqları bərabər şəkildə qiymətləndirilməli olduğu halda məhkəmə yalnız bir vərəsənin mənafeyini üstün tutmuşdur. Bundan başqa, məhkəmə cavabdeh1 mirası qəbul etməməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin tətbiq dairəsini həddindən artıq geniş şərh etmiş və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlərin prosessual mövqeləri tamamilə fərqli olmuşdur. Cavabdeh cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini, iddiaçı İddiaçı onun analığı olduğunu, atası X7 həyat yoldaşı kimi 1992-ci ildəonunla ailə qurduğunu və həmin vaxt onu evə gətirdiyini bildirmişdir. O, anası X4 1991-ci ildə vəfat etdiyini, bundan sonra atası ilə birlikdə yaşadığını, özünün 1993-cü ildə ailə quraraq ata evindən ayrıldığını, atasının ölümündən sonra yas mərasiminin iddiaçı tərəfindən təşkil edildiyini, həmin mərasimlərdə iştirak etdiyini, atasından sonra yalnız mübahisəli evin qaldığını, həmin evdə iddiaçının yaşadığını və əmlakla bağlı iddiaçı ilə heç bir mübahisəsinin olmadığını bildirmişdir. Lakin digər cavabdeh cavabdeh1 tam əks mövqe tutaraq iddia tələbini qəbul etmədiyini, X1 qızı olduğunu və qanun üzrə birinci növbəli vərəsə kimi miras əmlakda pay hüququna malik olduğunu bildirmişdir. O, iddiaçı ilə arasında miras əmlakla bağlı mübahisənin mövcud olduğunu, anası ilə atasının rəsmi nikahda olmadığını, təxminən 13-14 yaşınadək atasının yanında yaşadığını, sonradan Bakı şəhərinə köçdüyünü göstərmişdir. Eyni zamanda o, mərhumun digər əmlaklarının da mövcud olduğunu bildirmiş, miras əmlak üzərində hüquqlarını açıq şəkildə müdafiə etmiş və həmin hüquqlardan imtina etmədiyini birmənalı şəkildə ifadə etmişdir. Belə olan halda cavabdeh1 mirasdan imtina etməsi, vərəsəlik hüququndan könüllü surətdə əl çəkməsi və ya öz pay hüququnu itirməsinə səbəb ola biləcək hər hansı hərəkət etməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, onun bütün prosessual davranışı və məhkəmədə verdiyi izahatlar miras əmlak üzərində hüquqlarını müdafiə etməsinə və həmin hüquqların tanınmasını tələb etməsinə dəlalət edir. Buna baxmayaraq məhkəmə cavabdeh2 iddianı qəbul etməsinə dair mövqeyini faktiki olaraq digər cavabdehə də şamil etmiş, cavabdeh1 etirazlarını, hüquqi arqumentlərini və vərəsəlik hüququna dair iddialarını lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə onun qanun üzrə birinci növbəli vərəsə olduğunu qəbul etdiyi halda, həmin hüququnun hansı maddi hüquq normasına əsasən aradan qalxdığını göstərməmiş, bununla da həm maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həm də qətnamənin əsaslandırılması ilə nəticə hissəsi arasında daxili ziddiyyət yaratmışdır. Məhkəmə eyni zamanda Mülki Məcəllənin1151.1-ci maddəsinin tələblərini də düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh cavabdeh1 mərhumun Şərur rayonunun Cəlilkənd kəndində digər daşınmaz əmlakının da mövcud olduğunu bildirsə də, məhkəmə miras kütləsinin tam həcmini müəyyən etmədən yalnız bir daşınmaz əmlakı miras kütləsinə daxil etmişdir. Halbuki mirasın tərkibinin tam müəyyən olunması vərəsəlik mübahisəsinin düzgün həlli üçün zəruri şərtdir. Beləliklə, məhkəmə qanun üzrə birinci növbəli vərəsə olan cavabdeh1 hüquqlarını nəzərə almadan, Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müddəalarını düzgün tətbiq etmədən və qanunda nəzərdə tutulmayan hüquqi nəticəyə gələrək maddi hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, Şərur Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, Şərur Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh cavabdeh1 vəkil-nümayəndəsi vəkil1 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası

26. 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.

30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1 və 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

34. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. d) “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum Qərarı

46. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. e) “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı

47. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. V. Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 və onun vəkil-nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

53. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

54. Iş materialları, birinci instansiya məhkəməsində araşdırılmış yazılı sübutlar, tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, X7 ilə Abbasova Zəhra Ismayıl qızı ##.##.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuş, X17 ##.##.2005-ci il tarixdə vəfat etmiş, onun ölümü ilə miras açılmış, ölüm anına onun birinci növbəli qanuni vərəsələri həyat yoldaşı Abbasova Zəhra Ismayıl qızı, qızları cavabdeh2 qızı və Nəsirova Arzu Rza qızı olmuş, miras kütləsinə ünvan 3 ünvanında yerləşən 0,0702 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi daxil olmuşdur.

55. Iddiaçı İddiaçı Ismayıl qızı isə miras qoyanın ölümündən sonra həmin yaşayış evində fasiləsiz yaşamaqla, əmlaka faktiki sahiblik və ondan istifadə etməklə, onun saxlanılması və sığortası ilə bağlı xərcləri ödəməklə mirası faktiki qəbul etdiyini təsdiq edən hərəkətlər etmişdir. Iş materiallarından həmçinin müəyyən olunur ki, digər vərəsələr Cəfərova Qönçə Rza qızı və cavabdeh1 Rza qızı miras açıldıqdan sonra mübahisəli əmlaka faktiki sahiblik etməmiş, onu idarə etməmiş, əmlakın saxlanılması və istifadəsi ilə bağlı xərclər çəkməmiş və mirasın qəbulunu təsdiq edən digər hərəkətlər həyata keçirməmişlər. Eyni zamanda, işdə olan sənədlərdən mübahisəli fərdi yaşayış evinin İddiaçı qızına vəsiyyət edilməsi barədə sənədin mövcudluğu görünməsinə baxmayaraq, həmin vəsiyyətnamənin notariat qaydasında təsdiq edilməsi və müvafiq reyestrdə qeydiyyata alınması səlahiyyətli notariat orqanlarının məlumatları ilə təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni vəsiyyətnamə əsasında deyil, qanun üzrə vərəsəlik və mirasın faktiki qəbulu qaydaları əsasında həll etmişdir.

56. Kollegiya qeyd edir ki, iş üzrə mübahisəli hallar isə əsasən iddiaçının mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada faktiki qəbul edib-etməməsi, digər vərəsələrin mirasdan pay əldə etmək üçün mirası qəbul etmiş hesab olunub-olunmamaları, iddiaçının həyata keçirdiyi faktiki hərəkətlərin mirasın qəbuluna yönəlmiş iradənin ifadəsi kimi qiymətləndirilib-qiymətləndirilməməsi və nəticə etibarilə iddiaçının miras əmlak üzərində tam paya hüququnun müəyyən edilməsinin qanuni olub-olmaması məsələlərindən ibarətdir.

57. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edir ki, mirasın açılması miras qoyanın ölümü ilə baş verir və mirasın tərkibinə miras qoyanın öldüyü anda malik olduğu əmlak hüquqları və vəzifələri daxildir. Hazırkı işdə Səfiyev Rza Məmmədqulu oğlunun ##.##.2005-ci il tarixdə vəfat etməsi və həmin tarixdə onun mülkiyyətində Şərur şəhəri, Hüseyn Cavid küçəsi 10 ünvanında yerləşən 0,0702 hektar torpaq sahəsinin, həmçinin iki otağı, balkonu 62.2 m², o cümlədən yaşayış sahəsi 47.8 m² ibarət olan H.Cavid küçəsi 10 ünvanında yerləşən yaşayış evi (evin bir hissəsi) olması iş materiallarında olan ölüm haqqında akt qeydiyyatından çıxarış, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsinin və yaşayış evinin texniki pasportunun surətindən təsdiq edilir. Beləliklə, göstərilən əmlakın miras qoyanın ölüm anında onun mülkiyyətində olması və ölüm nəticəsində miras kütləsinə daxil olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına və sübutlara uyğun olmadığı barədə hər hansı əsas müəyyən edilmir.

58. Iş materiallarından həmçinin görünür ki, Abbasova Zəhra Ismayıl qızı ilə X18 arasında ##.##.1992-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bu hal İddiaçı qızının miras açıldığı anda miras qoyanın arvadı olmaqla qanun üzrə birinci növbəli vərəsə statusunda olmasını təsdiq edir. Eyni zamanda, ##.##.2025-ci il tarixli ** nömrəli arayışla mərhumun vərəsələrinin Abbasova Zəhra Ismayıl qızı, cavabdeh2 qızı və Nəsirova Arzu Rza qızı olması müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin həmin şəxslərin qanun üzrə birinci növbəli vərəsələr olması barədə nəticəsi işin faktiki hallarına uyğundur.

59. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın arvadı (əri), uşaqları bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab edilirlər. Deməli, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və cavabdeh1 qanun üzrə eyni növbəli vərəsələr olmaqla miras əmlak üzərində hüquq əldə etmək imkanına malik olmuşlar. Lakin mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından miras əmlak üzərində hüququn yaranması üçün təkcə vərəsə olmaq kifayət etmir, vərəsə mirası qanunla müəyyən edilmiş qaydada qəbul etməlidir.

60. Bu baxımdan Mülki Məcəllənin 1243.2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Həmin normaya əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mirasın açıldığı dövrə münasibətdə). Qanunverici mirasın qəbul edilməsinin formal və faktiki üsullarını eyni hüquqi nəticə yaradan üsullar kimi müəyyən etmişdir. Buna görə də mirasın qəbul olunmasının müəyyən edilməsi zamanı əsas araşdırılmalı məsələ vərəsənin miras əmlaka münasibətdə özünü mülkiyyətçi kimi aparıb-aparmaması, həmin əmlak üzərində faktiki hakimiyyət həyata keçirib-keçirməməsi və bununla mirası qəbul etmək iradəsini aşkar şəkildə nümayiş etdirib-etdirməməsidir.

61. Hazırkı iş üzrə iddiaçı İddiaçı qızının miras qoyanın ölümündən sonra mübahisəli yaşayış evində yaşamağa davam etməsi yalnız onun həmin ünvanda faktiki yaşayışını təsdiq edən hal kimi deyil, işin digər halları ilə birlikdə qiymətləndirildikdə miras əmlakına faktiki sahiblik və ondan istifadə etmə hərəkəti kimi çıxış edir. Belə ki, onun həmin əmlakdan istifadə etməsi ilə yanaşı, yaşayış evinin saxlanılması ilə bağlı xərcləri çəkməsi, kommunal xidmətlərdən istifadə etməsi, daşınmaz əmlakın icbari sığortası üzrə ödənişləri həyata keçirməsi və miras qoyanın ölümündən sonra həmin əmlaka faktiki sahiblik etməsi iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə təsdiq edilmişdir. Bu hallar ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirildikdə Abbasova Zəhra Ismayıl qızının miras əmlakına münasibətdə faktiki sahiblik və idarəetmə iradəsinin mövcudluğunu göstərir.

62. Iş üzrə digər cavabdeh Cəfərova Qönçə Rza qızının izahatından onun 1993-cü ildə ailə qurduğu, 1994-cü ildə ata evindən ayrıldığı, atasının ölümündən sonra yalnız yas mərasimində iştirak etdiyi və sonradan həmin evdə yaşamaması müəyyən olunur. Daha mühüm olan isə odur ki, həmin cavabdeh atasının ölümündən sonra mübahisəli evdə Abbasova Zəhra Ismayıl qızının yaşadığını təsdiq etmişdir. Bu izahat mirasın açılmasından sonra onun mübahisəli əmlaka faktiki sahiblik etmədiyini və onu idarə etmədiyini göstərən hal kimi düzgün qiymətləndirilmişdir.

63. Həmçinin birinci instansiya məhkəməsi zamanı izahat verən şahidlər də, mübahisəli evdə Abbasova Zəhra Ismayıl qızının yaşadığını təsdiq etmişdir.

64. X5 Ramiz oğlu mübahisəli evin yaxınlığında yaşadığını, Rza Məmmədqulu oğlunun ölümündən sonra həmin evdə Abbasova Zəhra Ismayıl qızının yaşadığını və hazırda da onun həmin evdə yaşadığını bildirmişdir. Şahid X2 da Abbasova Zəhra Ismayıl qızının mübahisəli evdə yaşadığını və miras əmlakı ilə bağlı hər hansı mübahisənin mövcudluğundan xəbərdar olmadığını göstərmişdir. Əsgərov Qənimət Allahverdi oğlunun ifadəsi də miras qoyanın ölümündən sonra mübahisəli evdə İddiaçı Ismayıl qızından başqa şəxsin yaşamaması barədə nəticəni təsdiq edən sübut kimi qiymətləndirilə bilər.

65. Kollegiya hesab edir ki, cavabdeh cavabdeh1 vəziyyəti ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Onun atasının vəfatından sonra qəbrini ziyarət etməsi, öz yaşadığı evdə yas mərasimi keçirməsi və mərhumun ruhuna Quran oxutdurması mənəvi xarakter daşıyan hərəkətlər olmaqla, öz-özlüyündə miras əmlakına sahiblik etmə və ya onu idarə etmə hərəkətləri hesab edilə bilməz. Mirasın faktiki qəbul edilməsi üçün vərəsənin miras qoyanın ölümündən sonra məhz miras əmlakına münasibətdə faktiki sahiblik və ya idarəetmə xarakterli hərəkətlər etməsi tələb olunur. Nəsirova Arzu Rza qızının belə hərəkətləri həyata keçirməsi isə iş materialları ilə təsdiq olunmur.

66. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi X1 qanun üzrə birinci növbəli vərəsələrinin İddiaçı, cavabdeh2 və cavabdeh1 olduğunu müəyyən etdiyi halda, həmin vərəsələrin bərabər pay hüququna malik olmalarını nəzərə almamış və iddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi nəticəsinə gəlməklə bütün miras əmlak üzərində mülkiyyət hüququnu iddiaçıya vermişdir.

67. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, mərhumun ölüm anında qanun üzrə birinci növbəli vərəsələrin dairəsinin müəyyən edilməsi həmin şəxslərin avtomatik olaraq miras əmlakında pay sahibi olmaları anlamına gəlmir. Vərəsəlik hüququnun yaranması ilə yanaşı, vərəsənin mirası qəbul etməsi də zəruri hüquqi şərtdir. Bu baxımdan birinci instansiya məhkəməsi vərəsələrin yalnız dairəsini müəyyən etməklə kifayətlənməmiş, hər bir vərəsənin miras qoyanın ölümündən sonra mirasa münasibətdə konkret davranışını ayrıca araşdırmışdır.

68. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı gündən üç ay ərzində və ya vərəsə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsində, lakin bu müddət altı aydan az olduqda, həmin müddətdə mirası qəbul edə bilər. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə isə vərəsə miras əmlakına faktiki sahiblik etməyə və ya onu idarə etməyə başladıqda, miras qəbul edilmiş sayılır. Deməli, qanunvericilik mirasın qəbulunun yalnız notariat orqanına ərizə verilməsi ilə məhdudlaşmadığını, miras əmlakına faktiki sahiblik və onun idarə edilməsinin də mirasın qəbulunun müstəqil forması olduğunu müəyyən edir.

69. Hazırkı iş üzrə iddiaçı İddiaçı qızının mirası qəbul etməsi onun sadəcə miras qoyanın həyat yoldaşı olması ilə deyil, miras qoyanın ölümündən sonra həyata keçirdiyi konkret faktiki hərəkətlərin məcmusu ilə müəyyən edilmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, o, miras qoyanın ölümündən sonra mübahisəli yaşayış evində yaşamağa davam etmiş, həmin evdən və torpaq sahəsindən faktiki istifadə etmiş, əmlakın saxlanılması ilə bağlı xərcləri çəkmiş, kommunal xidmətlərdən istifadə etmiş və daşınmaz əmlakın icbari sığortası üzrə ödənişləri həyata keçirmişdir. Göstərilən hallar miras əmlakına münasibətdə faktiki sahiblik və idarəetmənin mövcudluğunu təsdiq edən bir-biri ilə əlaqəli və qarşılıqlı tamamlanan sübutlardır.

70. Apellyasiya şikayətində digər vərəsələrin hansı hüquqi əsasla vərəsəlik hüquqlarını itirmələrinin qətnamədə göstərilmədiyi də qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, burada məsələ vərəsəlik hüququnun itirilməsi deyil, konkret vərəsələrin mirası qəbul edib-etməmələrinin müəyyən edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi cavabdeh2 və cavabdeh1 qızının mirası qəbul etmədiklərini müəyyən etməklə onların miras əmlakından pay almalarının hüquqi əsasının yaranmadığı nəticəsinə gəlmişdir. Buna görə vərəsəlik hüquqlarının itirilməsindən söhbət getmir, məsələ vərəsələrin miras kütləsini qəbul edib-etməməsindən gedir.

71. Apellyatorun atasının ölümündən sonra onun qəbrini ziyarət etməsi, öz yaşadığı evdə yas mərasimi keçirməsi və mərhumun ruhuna Quran oxutdurması barədə izahatlarına da eyni hüquqi qiymət verilməlidir. Göstərilən hərəkətlər mərhumla qohumluq və ailə münasibətlərindən irəli gələn mənəvi xarakterli hərəkətlər olmaqla, miras əmlakına sahiblik və ya onun idarə olunması kimi qəbul edilə bilməz. Iş materiallarında Nəsirova Arzu Rza qızının miras qoyanın ölümündən sonra mübahisəli yaşayış evində yaşaması, həmin əmlakı idarə etməsi, onun saxlanılması ilə bağlı xərcləri ödəməsi, kommunal və digər ödənişləri həyata keçirməsi və ya əmlaka faktiki sahiblik etdiyini göstərən digər konkret sübutlar yoxdur.

72. Apellyasiya şikayətində cavabdeh2 qızının iddianı qəbul etməsinə dair mövqeyinin Nəsirova Arzu Rza qızına da şamil edildiyi və bununla sonuncunun müstəqil prosessual mövqeyinin nəzərə alınmadığı bildirilmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi cavabdeh2 qızının və Nəsirova Arzu Rza qızının prosessual mövqelərini eyniləşdirməmiş, onların hər birinin izahatlarını ayrıca qiymətləndirmişdir. cavabdeh1 qızının iddia tələbini qəbul etməməsi və mübahisəli əmlakda pay hüququna malik olduğunu bildirməsi də qətnamədə nəzərə alınmışdır. Lakin məhkəmə onun bu mövqeyini mirasın qəbul edilməsini təsdiq edən hüquqi fakt kimi deyil, hazırkı məhkəmə mübahisəsindəki prosessual mövqe kimi düzgün qiymətləndirmişdir.

73. Apellyasiya şikayətində Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələrin bərabər pay hüququna malik olması barədə dəlil də hazırkı iş üzrə nəticəni dəyişmir. Bərabər pay hüququ mirası qəbul etmiş eyni növbəli vərəsələr arasında mirasın bölüşdürülməsi zamanı tətbiq olunan qaydadır. Hazırkı işdə isə məhkəmə digər iki vərəsənin mirası qəbul etmədiyini müəyyən etdiyindən, onların miras əmlakında paylarının hesablanması üçün hüquqi əsasın yaranmadığı qənaətinə gəlmişdir. Başqa sözlə, bərabər pay hüququ vərəsəlik statusunun mövcudluğundan irəli gəlsə də, həmin hüququn konkret miras əmlakına münasibətdə həyata keçirilməsi mirasın qəbul edilməsi ilə şərtlənir.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətində Mülki Məcəllənin 1151.1-ci maddəsinə istinad edilərək mirasın tərkibinin tam müəyyən edilmədiyi barədə irəli sürülmüş dəlilə də qiymət verərək hesab edir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsaslı deyildir. Belə ki, iş materiallarında mübahisəli miras kütləsinin tərkibinə daxil olan ünvan 2 ünvanında yerləşən 0,0702 hektar torpaq sahəsinin, eyni zamanda ünvan 1 ünvanında yerləşən iki otağı, balkonu 62.2 m², o cümlədən yaşayış sahəsi 47.8 m² ibarət olan H.Cavid küçəsi 10 ünvanında yerləşən yaşayış evinin (evin bir hissəsi) X1 mülkiyyətində olması dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsinin və yaşayış evinin texniki pasportunun surətindən təsdiq edilmişdir.

75. cavabdeh1 mərhuma məxsus Cəlilkənd kəndində digər yaşayış evinin olması barədə izahatına gəldikdə isə, həmin əmlakın həqiqətən mərhumun mülkiyyətində olduğunu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat sənədi və ya digər mötəbər yazılı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə yalnız tərəfin izahatına əsaslanaraq konkret daşınmaz əmlakı mərhumun miras kütləsinə daxil edə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin dövlət qeydiyyatı və digər sənədlərlə mövcudluğu təsdiq olunan əmlakı miras kütləsi kimi qəbul etməsi əsaslı olmuşdur.

76. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçının izahatlarına və ya bir cavabdehin iddianı qəbul etməsinə əsaslanmamışdır. Mirasın faktiki qəbul edilməsi barədə nəticə yazılı sübutların, daşınmaz əmlak sənədlərinin, sığorta ödənişlərinə dair sənədlərin, şahid ifadələrinin və tərəflərin izahatlarının məcmu qiymətləndirilməsi nəticəsində əldə edilmişdir. Məhkəmə tərəfindən hər bir sübuta ayrıca qiymət verilməklə yanaşı, onların qarşılıqlı əlaqəsi də nəzərə alınmışdır.

77. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən maddi hüquq normalarının pozulması barədə dəlillər öz təsdiqini tapmır, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları tam və hərtərəfli araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması üçün hüquqi əsas yoxdur.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar