Məhkəmə qərarları › İş №2(1-8)-1769/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1769/2026

11.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1769/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və mənzilə dair çıxarışın etibarsızlığı, nikaha faktiki xitam verilməsi halında vərəsəliyin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X11 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum edilmə, vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** nömrəli mənzilə dair X7 mülkiyyət hüququ ##.##.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

2. X7 ##.##.2024-cü il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, vərəsə cavabdeh3 miras əmlak qismində Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzildən tam hissədə miras payı almışdır.

4. Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** nömrəli mənzil hazırda vərəsə (mərhumun əri) cavabdeh3 mülkiyyətindədir.

5. İddiaçı İddiaçı miras qoyan X7 qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdehlər cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri ** saylı Notariat ofisinə (bundan sonra cavabdehlər, yaxud, ad, soyadı, * saylı Bakı Ərazi İdarəsi, Notariat Ofisi) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 mərhum Səidə Qurbanovanın adına olan, ünvan 5 ünvanına yerləşən mənzilə olan vərəsəlik hüququnun ləğv edilməsi və yeganə həqiqi vərəsə kimi qardaşı İddiaçı hesab edilməsi, ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 cavabdeh cavabdeh3 ilə ##.##.1996-cı ildə formal olaraq nikaha daxil olmuşlar və nikahları qeydiyyat kitabında VII-JT № ****** nömrəsi ilə qeydiyyata alınmışdır. Nikahları formal xarakter daşıdığından tərəflər birgə nikah münasibətlərində olmamış, birgə ailə təsərrüfatı aparmamışlar. 1999-cu ildə iddiaçı İddiaçı maddi imkanları vasitəsilə Bakı şəhəri, Yasamal rayonunda mənzil satın alınmış, lakin həmin mənzilin orderini bacısı Səidə Qurbanovanın adına rəsmiləşdirilmiş və həmin evi müvəqqəti yaşayış üçün ona və digər iki bacısına vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2000-ci il qərarı ilə verilmiş order əsasında ünvan 5 ünvanına yerləşən həmin mənzil ##.##.2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Mənzil alındıqdan Səidə Qurbanovanın vəfatına qədər həmin mənzildə Səidə Qurbanova və iki bacısı birlikdə yaşamışlar. Formal nikahda olduğu cavabdeh3 isə o mənzildə yaşamamışdır. Onun yaşayış yeri birinci ailəsinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsində yerləşən ev olmuşdur. Səidə Qurbanova sağlığında həmin evi qardaşı qızı, yəni iddiaçı Xaliq Qurbanovun qızının adına rəsmiləşdirməyi qərarlaşdırmış, vəsiyyətnamə yazacağını dəfələrlə söyləmiş, lakin qəfil vəfat etdiyinə görə bu, mümkün olmamışdır. Səidə Qurbanova ##.##.2024-cü il tarixində “kardiogen şok” diaqnozu ilə vəfat etmişdir. Onun ölümü ilə bağlı Bakı şəhəri, * saylı “ASAN Xidmət” Mərkəzində AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Səidə Qurbanovanın vəfatından sonra yeganə həqiqi vərəsəsi İddiaçı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün * saylı “ASAN Xidmət” Mərkəzinə müraciət etmişdir. Lakin Mərkəzdən bildirilmişdir ki, birinci növbə vərəsə kimi mərhumun əri cavabdeh3 olduğundan, ikinci növbə vərəsəlik dairəsinə daxil olan qardaşı vərəsə kimi qeydə alına bilməz. Beləliklə, onun müraciətinə imtina verilmişdir. Cavabdeh cavabdeh3 nikaha daxil olduğu gündən Səidə Qurbanovanın vəfatına qədər heç vaxt onunla birlikdə yaşamamışdır. Ölüm günündə belə onun yanında olmamış, yalnız dəfndən bir neçə gün sonra yas mərasiminə gəlmişdir. İşin hallarından və çoxsaylı şahid ifadələrindən görünür ki, həqiqətən də onların nikahı formal xarakter daşımış, aralarında heç bir birgə ailə təsərrüfatı olmamışdır. Qeyd olunan mənzil faktiki olaraq iddiaçı tərəfindən alınmış, bacılarının yaşaması üçün müvəqqəti onlara verilmişdir. cavabdeh3 və Səidə Qurbanova aralarında olan formal nikahı pozmaq üçün 2009-cu ildə məhkəməyə müraciət etmişlər, daha sonra laqeydlikdən iş davam etdirilməmiş, nikahın rəsmi pozulması baş tutmamışdır. Səidə Qurbanovanın övladı yoxdur. İşin hallarını və mülki qanunvericiliyin tələblərini əsas götürərək cavabdeh cavabdeh3 vərəsəlik hüququ ləğv edilməli, ikinci növbə vərəsələr dairəsindən yeganə vərəsə olan İddiaçı vərəsəlik şəhadətnaməsi verilməlidir.

8. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh (ər) miras qoyan (arvad) üçün bazarlıq etmiş, müvafiq qidalar almaqla həftədə, 10 gündə bir dəfə olmaqla evinə gətirib ona vermiş, lakin, cavabdeh həmin hərəkətləri özünün maddi maraqları naminə etmişdir. Belə ki, cavabdeh həmin bazarlıqlar üzrə çəkdiyi xərci artıqlaması ilə miras qoyandan almışdır. Həmçinin, miras qoyanın pensiya kartı da cavabdehin sərəncamında olmuş, cavabdeh hər ay kartdan pensiya vəsaitlərini çıxararaq miras qoyana vermişdir. Burada da cavabdeh məqsədi maddi xarakterli olmuşdur. Deməli, motivdən asılı olmayaraq ər-arvad bir evdə yaşamasalar da onlar arasında olsa hüquqi və faktiki baxımdan ailə münasibətləri olmuşdur.

9. Məhkəmə iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh tərəf yazılı etirazını məhkəməyə təqdim etmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş miras qoyan Səidə Qurbanovanın yaşamış olduğu binanın komendantı X12 ifadə verərək bildirmişdir ki, cavabdeh cavabdeh3 və miras qoyan Səidə Qurbanovanı tanımışdır. Cavabdeh cavabdeh3 miras qoyanın yaşadığı evə gəlib-getmiş, lakin həmin ünvanda daimi yaşamamışdır. Cavabdeh cavabdeh3 miras qoyan vəfat edən günü də həmin ünvana gəlmiş, dəfn mərasimində iştirak etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahidlər X12, şahid1, X3 və Süleymanova Lamiyə İkram qızı isə miras qoyanın ailəli olduğunu bilmədiklərini, onun cavabdehlə nikah münasibətlərində olmasından məlumatlı olmadıqlarını bildirsələr də, məhkəmə müəyyən edir ki, ər-arvad arasında daimi ünsiyyət olmuşdur.

12. “xxxx” MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən cavabdeh cavabdeh3 istifadəsində olan 055-828-71-16 mobil nömrəsi ilə miras qoyan mərhum Səidə Qurbanovanın istifadəsində olmuş 055-828-71-15 mobil nömrəsi arasında ##.##.2023-cü ildən ##.##.2024cü il il tarixədək olan daxil olan və çıxan zənglər, 055-828-7116 və 055-828-71-15 mobil nömrələrinin sahibi barədə məlumatlar təqdim edilmişdir. Müəyyən edilir ki, sözügedən mobil nömrələr oxşar nömrələr (cüt nömrə kimi 1 rəqəm fərqi ilə) olmaqla miras qoyanın xahişi ilə onun qohumu Süleymanova Lamiyə İkram qızı tərəfindən alınmaqla miras qoyana verilmiş, miras qoyan da həmin nömrələrin birini özünün, digərini isə əri - hazırkı mülki iş üzrə cavabdeh cavabdeh3 istifadəsinə vermişdir. Təqdim edilmiş məlumatlar üzrə telefon danışıqlarına əsasən tərəflər arasında mütəmadi uzun müddətli (8-10-15 dəqiqəlik) telefon danışıqları aparılmış və miras qoyanla əri daimi ünsiyyətdə olmuşlar. Yəni miras qoyan əvvəlcədən həmin qoşa nömrələri özü və ərinin istifadəsi üçün almışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (Hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur

14. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, miras qoyan Səidə Qurbanova ##.##.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı İddiaçı miras qoyan Səidə Qurbanovanın qardaşıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzil miras qoyan Səidə Qurbanovanın mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ ##.##.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzil hazırda vərəsə (mərhumun əri) İddiaçı mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüququnun yaranma əsası qismində Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsə İddiaçı miras əmlakı qismində Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzildən tam hissədə miras payı almışdır. “xxxx” MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən cavabdeh cavabdeh3 istifadəsində olan 055-828-71- 16 mobil nömrəsi ilə miras qoyan mərhum Səidə Qurbanovanın istifadəsində olmuş 055-828- 71-15 mobil nömrəsi arasında ##.##.2023-cü ildən ##.##.2024-cü il il tarixədək olan daxil olan və çıxan zənglər, 055-828-71-16 və 055-828-71-15 mobil nömrələrinin sahibi barədə məlumatlar təqdim edilmişdir.

15. Həmçinin müəyyən edilmişdir ki, sözügedən mobil nömrələr oxşar nömrələr (cüt nömrə kimi 1 rəqəm fərqi ilə) olmaqla miras qoyanın xahişi ilə onun qohumu Süleymanova Lamiyə İkram qızı tərəfindən alınmaqla miras qoyana verilmiş, miras qoyan da həmin nömrələrin birini özünün, digərini isə əri hazırki mülki iş üzrə cavabdeh cavabdeh3 istifadəsinə vermişdir. Təqdim edilmiş məlumatlar üzrə telefon danışıqlarına əsasən tərəflər arasında mütəmadi uzun müddətli (8-10-15 dəqiqəlik) telefon danışıqları aparılmış və miras qoyanla əri daimi ünsiyyətdə olmuşlar. Yəni, miras qoyan əvvəlcədən həmin qoşa nömrələri özü və ərinin istifadəsi üçün almışdır.

16. Məhkəmə iddia tələbi ilə bağlı öz hüquqi mövqeyinin əsaslandırılması baxımından ilk növbədə işin faktiki hallarına, eləcə də iddiaçının məhkəmə prosesində verdiyi izahata həmçinin şahid ifadələrinə istinad edərək qeyd etmişdir ki, ər-arvad münasibətləri şəxsi münasibət olmaqla şahid ifadələrindən asılı edilə bilməz. Nikah institutu ciddi hüquqi nəticə yaratmaqla həmin nəticələrin tətbiq edilməsi və nəticələrə hörmət edilməsi subyektlərin və məhkəmənin vəzifəsidir. “Hüquqi müəyyənlik” prinsipinin tələbləri nöqteyi-nəzərdən ər-arvad rəsmi nikaha daxil olduqdan nikah pozulana qədər qarşılıqlı hüquq və vəzifələri yaranmaqla bir-birinin 1-ci dərəcə vərəsəsi qismində çıxış etməlidirlər. Sözügedən imperativ şərti əsassız dəyişkənliyə məruz qoymaq hüquq normasının təsir gücünün zəifləməsinə səbəb ola bilər. Nikahın pozulmasını arzu edən tərəf bununla bağlı məhkəməyə müraciət etməkdə sərbəstdir. Miras qoyanın iradəsi məlum olmadan onun ərinin hüquqi-faktiki baxımdan ər kimi dəyərləndirilməməsi və mirasdan məhrum edilməsi ədalətsiz nəticələrə səbəb ola bilər. Miras predmeti olan mənzilin faktiki olaraq miras qoyanın qardaşı (iddiaçı) tərəfindən alınması sübuta yetirilmir. Bundan əlavə, Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlak hüququ qeydə alınmış şəxsə (miras qoyan) məxsusdur.

17. Məhkəmə daha sonra qeyd etmişdir ki, Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər hazırkı mübahisə üzrə sübuta yetirilmir. Bundan əlavə, həmin norma imperativ deyil, dispozitiv normadır. Müəyyən edilən hallar isə cavabdehin ər kimi vərəsəlik hüququndan məhrum edilməsi üçün yetərli deyildir. Qanunun imperativ tələbi və subyektlərin qanuna uyğun davranışı, həmin davranışların nəticələrinin proqnozlaşdırılması riski subyektlərin öz üzərinə düşür. Qanunun konkret tələbini situasiyaya uyğun dəyişmək qanunçuluq prinsipinin tələblərinə ziddir.

18. Məhkəmə Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə istinad edərək, həmçinin bildirmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əleyhinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbində göstərilən xüsusatlar, ər-arvadın azı 3 il birgə təsərrüfat aparmaması xüsusatı sübuta yetirilmir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1159, 1160 və 1164-cü, Mülki Prosessual Məcəllənin 77.1 və 119.1ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” # ### 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. İddiaçının nümayəndəsi və vəkili vəkil4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmamış, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınmamış, iddia tələbində qeyd olunanlar lazımi qaydada araşdırılmamış, işin bütün hallarına formal yanaşılmışdır. İddia tələbində göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin vərəsəlik hüququndan məhrum edilməsi üçün əsaslar olduğundan cavabdeh cavabdeh3 vərəsəlik hüququ olmayan şəxs hesab edilməlidir. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmədiyindən, qətnamə ilə razı deyil, məhkəmənin həmin qətnaməsi qeyri- 21. obyektivdir, buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. xxxx MMC-dən daxil olmuş CD diskdəki məlumatlara əsasən cavabdeh cavabdeh3 istifadəsində olan 055-828-71-16 mobil nömrəsi ilə miras qoyan mərhum Səidə Qurbanovanın istifadəsində olmuş 055-828-71-15 mobil nömrələri ilə bağlı oxşar nömrələr kimi 1 rəqəm fərqi ilə bağlı bildirir ki, həm miras qoyanın həm də cavabdehin istifadəsində başqa fərqli nömrələr də mövcud olmuşdur. Bundan əlavə, həmin nömrələr Səidənin və Faiqin adında deyil, Lamiyə Süleymanova adlı şəxsin qanuni istifadəsində olmuşdur. Məhkəmə işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Rəsmi qeydə alınan mobil nömrələrin adına qeyd aparılan şəxsdən qeyrisi tərəfindən istifadə edildiyini yalnız şəxsin özü etiraf və təsdiq edə bilər. Bunu başqa heç bir üsulla dəqiq sübut etmək mümkün deyil. Həmin şəxs isə vəfat etmişdir. Bu mənada həmin nömrənin məhz Səidə Qurbanovanın istifadə etməsi barədə məhkəmənin gəldiyi nəticənin heç bir hüquqi əsası yoxdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı olaraq bildirir ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdırmamışdır. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən lakin məhkəmə tərəfindən araşdırılmayan əsas hallarından biri odur ki, mərhum Səidə Qurbanova 2024-cü ilin yanvar ayının sonunda iddiaçı olan qardaşına və qardaşının həyat yoldaşına məlumat verərək səhhətinin pisləşdiyini, bu səbəbdən artıq yaşaya bilmədiyini, digər xəstə bacısına da baxa bilmədiyini, köməksiz vəziyyətdə qaldığını bildirmiş və onlardan yardım istəmişdir. Bu məqamda sual yaranır. Səidə Qurbanova cavabdeh3lə gerçək ər-arvad münasibətində olmuşdursa, münasibətlərinə faktiki xitam verilməmişdisə onda nə üçün kömək üçün ərinə yox, qardaşına və qardaşının arvadına müraciət etmişdir. İşin digər bir təkzibolunmaz halı odur ki, iddiaçı və onun həyat yoldaşı Səidə Qurbanovanın yardım müraciətindən sonra fevral ayının ilk günündən Səidə Qurbanovanın yaşadığı evə getmişlər və həm Səidəyə, həm də onun digər xəstə bacısına baxmışlar. Bu vəziyyət Səidə Qurbanovanın vəfat etdiyi ## ###### 2024-cü ilədək davam etmişdir. Həmin gün Səidə vəfat edərkən onun yanında xəstə bacısı, qardaşı və qardaşının həyat yoldaşından başqa heç kim olmamışdır. Cavabdeh cavabdeh3 də olmamışdır. Səidə Qurbanovanın qardaşından (iddiaçıdan) yardım istədiyi gündən vəfat etdiyi günə qədər cavabdeh cavabdeh3 bir dəfə də olsun Səidəni ziyarət etməmiş, vəziyyəti ilə maraqlanmamış, heç bir yardım göstərməmiş, ümumiyyətlə vəziyyətdən xəbərsiz olmuşdur. Cavabdeh cavabdeh3 mərhum Səidə Qurbanova ilə formal nikah bağladığı 1996-cı ildən Səidə Qurbanova vəfat etdiyi vaxta qədər (və elə halhazırda da) faktiki olaraq ünvan 2 ünvanda ailə üzvləri – faktiki olaraq ər-arvad münasibətində olduğu X5, oğlu Əliyev Güləli Faiq oğlu, nəvəsi X1, nəvəsi X8, ailə üzvü Əliyeva İradə Əliəkbər qızı və nəvəsi X14 ilə birlikdə yaşayır. Həmin ünvan cavabdehin daimi yaşadığı ünvandır. Cavabdeh qeyd olunan ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, ailə təsərrüfatını idarə edir və konkret adı çəkilən şəxslə faktiki nikah münasibətindədir. Hesab edir ki, bu məlumatlar cavabdehin mərhum Səidə Qurbanova ilə nikahının formal xarakter daşıdığını təsdiq edən vacib əhəmiyyətli məlumatlardır. Səidə Qurbanova bacıları Zita və Tamilla ilə birlikdə 2008-ci ilə kimi ünvan 3 ünvanda yaşamışdır. Həmin mənzildən onlar yeni mənzil alınması ilə əlaqədar olaraq köçmüşlər və qeyd olunan ** saylı mənzildə 2008-ci ildən 2021-ci ilə kimi yaşayış olmamışdır. İşin bu hallarını B.Sərdarov küçəsi ev 2, mənzil 53 ünvanda yaşayan qonşu X2 da təsdiq edir. Həmin şəxsin şahid kimi dindirilməsi üçün şərait yaradılmasını məhkəmədən xahiş edir. İşin bu halı Səbail rayon MKTB * saylı MKİS-in ##.##.2025-ci il tarixli məktubu da təsdiq edir. Cavabdeh cavabdeh3 hüquqdan sui-istifadə edərək və yalan məlumat verməklə həmin mənzili ələ keçirmişdir. Belə ki, mərhum Səidə Qurbanova evə dair sənədləri iddiaçıya vermiş və cavabdehə verilməməsini tapşırmışdır. Həmin sənədlər bu gün də iddiaçıdadır (sənəd əlavə olunur). Cavabdeh həmin sənədlərin itməsi barədə dövlət orqanlarına yalan məlumat verərək onların dublikatını almaq yolu ilə mənzili ələ keçirmişdir. İşin bu halı, yəni mənzilə dair və digər sənədlərin (nikah və ölüm şəhadətnamələri) Səidə Qurbanova tərəfindən iddiaçıya verilməsi, cavabdehə etibar edilməməsi bir daha sübut edir ki, onunla cavabdeh arasında ər-arvad münasibəti və bundan doğan qarşılıqlı inam və etimad hissi olmamışdır. İşin bu faktiki halları da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mübahisəli mənzildə mərhum Səidə Qurbanovanın bacıları Zita Qurbanova və Tamilla Qurbanova ilə birlikdə yaşaması, digər şəxsin və ya şəxslərin həmin mənzildə yaşamaması mənzil yerləşən binanın istismarını həyata keçirən “AzNKİ-4” MTK tərəfindən verilən ##.##.2025-ci il tarixli arayışla da təsdiq edilir. Arayışda qeyd olunur ki, vətəndaş Səidə Qurbanova 2008-ci ildən vəfat etdiyi günə qədər ünvan 4 ünvanda bacıları ilə yaşamışdır. Yəni həmin sənədlə də müəyyən olunur ki, cavabdeh cavabdeh3 mərhum Səidə Qurbanova ilə birlikdə yaşamamışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi),Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmış, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görməyərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 19, 1133, 1151.1, 1159, 1160 və 1164-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” # ### 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

25. Qətnamədən iddiaçı (vəkil vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə qanunu səhv təfsir etmişdir. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslanmışdır. Belə ki, iddiaçı miras qoyanın qardaşı olaraq varisidir və o, mirasdan imtina etməmişdir. Məhkəmə varisin hüquqlarını məhdudlaşdırmamalıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.

28. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı birinci instansiya məhkəməsində şahidlər dəvət etmiş, şahidlər X12, şahid1, X3 və Süleymanova Lamiyə İkram qızı aşağıda göstərilən məzmunda ifadələr vermişlər. Belə ki, şahid qismində dindirilmiş miras qoyan Səidə Qurbanovanın yaşamış olduğu binanın komendantı X12 ifadə verərək cavabdeh cavabdeh3 və miras qoyan Səidə Qurbanovanı tanıdığını cavabdehin miras qoyanın yaşadığı evə gəlib-getməsini, lakin həmin ünvanda daimi yaşamamasını, cavabdehin miras qoyan vəfat edən günü də həmin ünvana gəldiyini, dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Digər şahidlər şahid1 göstərmişdir ki, Səidə xanımla qonşu olmuş, heç vaxt onu kişi ilə görməmişdir. Yalnız bacıları ilə birlikdə görmüşdür. Evli olmasını bilməmişdir. X6 ifadəsində göstərmişdir ki, o, Səidə xanımın yaşadığı binada təmizlik işləri ilə məşğul olur. Onlar evdə üç qadın yaşayıblar, onların bacı olduqlarını bilirdi. 2007-ci ildən binada işləyir. Hər gün iş yeri kimi həmin binaya getmişdir. Səidə xanım vəfat edəndən sonra evli olduğunu bilmişdir. Faiq adlı şəxsi tanımamış və görməmişdir. Şahid şahid2 ifadəsində göstərmişdir ki, Səidə xanım anasının dayısı qızıdır. O, evli olmamışdır. Onların gediş-gəlişləri olub. Səidə xanımın evli olmasını bilməmişdir. Həyat yoldaşı kimi bilinən şəxsi görməmişdir. Telefon nömrələri 5-6 il olar ki, onun şəxsiyyət vəsiqəsi ilə alınmışdır. Nömrələri şəxsən özü üçün almamışdır.

29. Məhkəmələr müəyyən etmişlər ki, miras qoyan Səidə Qurbanova ##.##.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı İddiaçı miras qoyan Səidə Qurbanovanın qardaşıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzil miras qoyan Səidə Qurbanovanın mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ ##.##.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzil hazırda vərəsə (mərhumun əri) cavabdeh3 mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüququ Notariat Ofisi tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən yaranmışdır.

30. Məhkəmələr daha sonra qeyd etmişlər ki, ər-arvad münasibətləri şəxsi münasibət olmaqla şahid ifadələrindən asılı edilə bilməz. Nikah institutu ciddi hüquqi nəticə yaratmaqla həmin nəticələrin tətbiq edilməsi və nəticələrə hörmət edilməsi subyektlərin və məhkəmənin vəzifəsidir. “Hüquqi müəyyənlik” prinsipinin tələbləri nöqteyi-nəzərdən ər-arvad rəsmi nikaha daxil olduqdan nikah pozulana qədər qarşılıqlı hüquq və vəzifələri yaranmaqla bir-birinin 1-ci dərəcə vərəsəsi qismində çıxış etməlidirlər. Sözügedən imperativ şərti əsassız dəyişkənliyə məruz qoymaq hüquq normasının təsir gücünün zəifləməsinə səbəb ola bilər. Nikahın pozulmasını arzu edən tərəf bununla bağlı məhkəməyə müraciət etməkdə sərbəstdir. Miras qoyanın iradəsi məlum olmadan onun ərinin hüquqi-faktiki baxımdan ər kimi dəyərləndirilməməsi və mirasdan məhrum edilməsi ədalətsiz nəticələrə səbəb ola bilər.

31. Daha sonra birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MM-in 1164-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər hazırkı mübahisə üzrə sübuta yetirilmir. Bundan əlavə, həmin norma imperativ deyil, dispozitiv normadır. Müəyyən edilən hallar isə cavabdehin ər kimi vərəsəlik hüququndan məhrum edilməsi üçün yetərli deyildir. Qanunun imperativ tələbi və subyektlərin qanuna uyğun davranışı, həmin davranışların nəticələrinin proqnozlaşdırılması riski subyektlərin öz üzərinə düşür. Qanunun konkret tələbini situasiyaya uyğun dəyişmək qanunçuluq prinsipinin tələblərinə ziddir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya kollegiyası isə apellyasiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmamışdır. Belə ki, ailə qanunvericiliyinin əsas məqsədi ailənin sağlam və etibarlılığını təmin etməkdir. Qanunverici ailə birliyinin mənafeyini, ilk növbədə, onun üzvlərinin mənafeyini qorumaqla təmin etmiş olur. Bunun üçün zəruri olan hüquqi mühitin yaradılması isə dövlətin üzərinə düşən vəzifədir. Bu səbəbdən Konstitusiyada ailə münasibətlərinin tənzimlənməsi ilə bağlı təməl prinsip və birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Konstitusiyanın 17 və 34-cü maddələrində, eləcə də Ailə Məcəlləsində öz əksini tapmış prinsiplərdən çıxış edərək qeyd etmişdir ki, Konstitusiyanın 17ci maddəsinin İ hissəsinə müvafiq olaraq, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İ və II hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 1.4-cü maddəsində təsbit olunmuş digər mühüm prinsipə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Beləliklə, qanunvericiliyin imperativ göstərişinə görə, ailə münasibətlərinə könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2010-cu il # ###### tarixli Qərarı).

32. Kassasiya şikayəti verən iddiaçı hesab edir ki, cavabdeh miras qoyanın mirasını qəbul edə bilməzdi, çünki mərhumla onun nikahı formal olmuş, onlar birlikdə ailə olaraq təsərrüfat idarə etməmiş, 2009-cu ildə onlar arasında nikahın pozulmasına dair iddia olmuş, lakin laqeyidlik göstərilməsi səbəbindən nikahın pozulmasına dair iddiaya mahiyyəti üzrə baxılmamış, cavabdeh bütün nikah müddətində faktiki nikahda olan qadın və həmin nikahdan olan uşaqları ilə başqa ünvanda yaşamışdır. Göstərilən və digər əsaslarla cavabdehin vərəsəlikdən məhkəmə qaydasında mərhum edilməli olması tələb olunur. Cavabdeh tərəf isə etirazlarının hər hansı birində miras qoyanla nikah rəsmləşdirildiyi vaxtdan daimi olaraq birgə yaşamaları, ümumi təsərrüfat idarə etmələri, faktiki ər-arvad münasibətlərində olmalarını aydın və inandırıcı qaydada əsaslandıran sübutlara malik olmamış və belə mötəbər sübutlar təqdim etməmişdir.

33. Cavabdeh yalnız ayrı-ayrı vaxtlarda mərhumun yaşadığı ünvana gəlməsi, onun və digər ailə üzvləri üçün bazarlıq etməsi, digər məişət problemlərini həll etməsi, mərhum tərəfindən ona mobil telefon nömrəsi alınması, həmin nömrə ilə müntəzəm onunla əlaqə saxlaması, daim onun qayğıları ilə maraqlanması, evin, həyətin açarlarının onda olması, evdən istifadəsi üçün heç bir maneənin olmaması, mərhumun yas mərasimində iştirak etməsi, onun dəfn olunmasında iştirak etməsinə istinad edərək onların daimi olaraq bir yerdə olmamasının isə mərhumun yanında bacılarının yaşaması səbəbindən mümkün olmamasını, onlarla birlikdə yaşamanın milli mentalitetə uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdeh miras qoyanla göstərilənlər baxımından ailə münasibətlərinin davam etməsində, birgə təsərrüfatı idarə etdiklərində israrlıdır.

34. İşi mahiyyəti üzrə həll edən apellyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 1164-cü maddəsinin tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmin maddənin məzmunundan görünür ki, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Qeyd edilməlidir ki, birinci növbə vərəsələrə aid edilən ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlilik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərarı). Mülki Məcəllənin 1159-cu maddəsindən göründüyü kimi, ər (arvad) birinci növbə üzrə vərəsələr sırasına daxildir. Bununla bağlı qeyd olunmalıdır ki, yalnız miras qoyanla qanuni nikahda olan şəxs, yəni ər-arvad vərəsə ola bilər. Ər-arvad dedikdə, dövlətin tələb etdiyi qayda üzrə nikaha daxil olmuş şəxslər başa düşülür. Belə ki, ancaq qanuni nikah tərəflər üçün hüquq və vəzifələr, o cümlədən vərəsəlik hüququ yaranır. Nikahın bağlanması, nikaha xitam verilməsi, onun etibarsız sayılması qaydaları və şərtləri, eləcə də ailə münasibətinin iştirakçılarının hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada bağlanmış nikahdan əmələ gələn münasibətlərinə müəyyən hüquqi faktlar əsasında son qoyulması nikahın xitamına səbəb olur. Nikaha xitam verilməklə ər-arvadın hüquqi statusu ləğv edilərək onun dövlət qeydiyyatına alındığı andan tərəflər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrinə son qoyulur. Nikaha xitam verilməsi əsasları Ailə Məcəlləsinin 14-cü maddəsində təsbit edilmişdir. Qanunverici Ailə Məcəlləsində nikaha xitam verilməsinin qaydalarını müəyyən edərkən nikahın könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, həmçinin nikahın pozulmasının azadlığı, ər-arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması prinsipləri, habelə uşaqların hüquqlarının müdafiəsi baxımından çıxış etmişdir.

35. Ər-arvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa görə sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.

36. İrəli sürülmüş iddia tələbləri üzrə iddiaçı göstərmişdir ki, mərhum bacısı ilə cavabdeh uzun müddətdir (faktiki olaraq nikah bağlanan andan) formal nikah münasibətlərində olmuş, onların yaşayışları ərlə-arvadın birgə yaşayışı ilə əsaslı olaraq fərqlənmişdir. Belə ki, onlar birgə təsərrüfat idarə etməmiş, ailə dəyərlərinə malik olan münasibətləri olmamış, cavabdeh faktiki nikahda olduğu şəxslə və başqa ünvanda yaşamış, cavabdehin etirazının dəlilləri isə onların ər arvadın qarşılıqlı öhdəliklərinin mövcudluğu kimi qiymətləndirilə bilməz.

37. İddiaçı öz dəlilləri ilə bağlı şahid ifadələrini təqdim etmiş, həmin ifadələr ilə isə mərhumla cavabdehin ər-arvad münasibətlərində olmaları, birgə təsərrüfat aparmaları təsdiq olunmur. İddiaçının göstərilən dəlilləri (faktiki nikah münasibətinin mövcud olmaması, ailənikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını və.s) faktiki olaraq cavabdehin etirazında göstərdiyi bəzi dəlillərlə (onun başqa ünvanda yaşaması, mübahisəli evdə daimi yaşamaması, ara bir mərhuma baş çəkməsi, ona ayrı-ayrı vaxtlarda bazarlıq etməsi, müntəzəm olaraq telefon əlaqəsi saxlaması, onun pensiya karından pul çəkərək mərhuma verməsi və.s) təsdiq olunur.

38. Digər tərəfdən, işə baxan birinci instansiya məhkəməsi cavabdehin son altı ay ərzində yerləşmə yerinə dair məlumatları əldə etmiş, cavabdehin həmin müddət ərzində mübahisəli mənzilin yerləşdiyi ərazidə deyil, iddiaçının istinad etdiyi ünvan 1 ünvanda və həmin ünvanın əhatə dairəsində olması müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı cavabdehin və onunla birlikdə yaşayan şəxslərin qeydiyyatları barədə arayış təqdim etmişdir. Cavabdeh tərəf iddiaçının göstərdiyi ünvanda yaşamaması barədə hər hansı sübut təqdim etməmiş və bu dəlillərə etiraz etməmişdir. Apellyasiya məhkəməsi göstərilən xüsusatlara diqqət yetirməmiş, bunlarla bağlı çoxsaylı sübutların mövcudluğunu nəzərə almamışdır.

39. Nikahda olan ərin mirasdan məhrum edilməsinə dair işə baxan məhkəmə miras qoyanla nikahda olan ərin hansı müddətdə birgə yaşamadıqları, bu ayrılığın səbəbləri, onların davam etdirdikləri münasibətlərin ər-arvad münasibətlərindən və ya digər hər hansı bir münasibətdən irəli gəlməsi aydınlaşdırılmalı olduğu halda bununla bağlı hər hansı bir araşdırma aparılmamışdır. Cavabdehin etirazında göstərdiklərinə əsaslanmaqla iddia rədd edilərkən nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələri və bu növ qarşılıqlı münasibətləri digər birgə yaşayış növlərindən fərqləndirilməli olması nəzərə alınmamışdır. Bu halda nəzərə alınmalıdır ki, ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

40. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 izahatında göstərmişdir ki, o, keçmiş həyat yoldaşı ilə 1993-cü ildə boşanmış, 1996-cı ildə mərhum Səidə xanımla birbirlərini sevib evlənmişlər. 2019-2020-ci illərdə müalicə olunduğu dövrdə Səidə xanımla qalarkən sonuncu ona demişdir ki, “mən də xəstəyəm, bacım da xəstədir, sənə qulluq lazımdır, uşaqlarının yanına get, onlar sənə qulluq etsinlər.” Səidə xanımın bacısı da xəstə olmuş və onlarla qalmışdır. Evin bütün bazarlıqlarını 28 il ərzində o, etmişdir. Səidə xanımın onun övladları ilə də arası yaxşı olmuşdur. Səidə xanımın vəfatından əvvələ qədər həm sonuncunun evində, həm də övladlarının evində qalmışdır. Onun vəfatından sonra isə Binə qəsəbəsində yaşamış, hazırda da orada yaşayır. Binə qəsəbəsində həyətdə 2 ev tikilib, keçmiş həyat yoldaşı həyətdə olan digər evdə yaşayır. Şəxsi əşyaları hər iki evdə də olub. O, son günlərinə qədər Səidə xanımın yanında olmuşdur. Hüzr mərasimində Səidə xanımın qardaşı onunla dalaşaraq bildirmişdir ki, notariusla danışıb, evi qızı Fidanın adına keçirəcək, o, da bununla razılaşmamış, ona böhtan atmaq istədiklərini gördüyü üçün evdən uzaqlaşmışdır. Keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra birlikdə yaşamamışdır. O, yalnız Səidə xanımla birgə yaşamış, sonuncunun pensiya kartı da onda olmuşdur.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Səidə Qurbanovadan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzilə dair Notariat Ofisi tərəfindən cavabdeh3 adına verilmiş ## ###### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət olunmuşdur.

42. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən müəyyən olunur ki, miras qoyan Səidə Qurbanova ## ###### 2024-cü il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 221, ünvanında yerləşən ** saylı mənzil sonuncunun mülkiyyətində olmuşdur. Cavabdehin həmin mənzil üzərində mülkiyyət hüququ Notariat Ofisi tərəfindən təsdiq edilmiş ## ###### 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən yaranmışdır. İddiaçı İddiaçı miras qoyan Səidə Qurbanovanın qardaşıdır, yəni 2-ci dərəcəli vərəsədir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” # ### 2019-cu il tarixli Qərarında əks olunan mövqeyə əsasən ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Buna görə də iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ vardır.

44. Hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 1164-cü maddəsi təşkil edir. Həmin normanın məzmununa əsasən sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi, ər-arvadın ayrı yaşamaları, qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. İddiaçı hesab edir ki, cavabdeh miras qoyanın mirasını qəbul edə bilməzdi, çünki mərhumla onun nikahı formal olmuş, onlar birlikdə ailə olaraq təsərrüfat idarə etməmiş, 2009-cu ildə onlar arasında nikahın pozulmasına dair iddia olmuş, lakin laqeydlik göstərilməsi səbəbindən nikahın pozulmasına dair iddiaya mahiyyəti üzrə baxılmamış, cavabdeh bütün nikah müddətində faktiki nikahda olan qadın və həmin nikahdan olan uşaqları ilə başqa ünvanda yaşamışdır.

45. Məhkəmə kollegiyası mərhumla cavabdehin formal olaraq nikahda olması barədə iddiaçının arqumenti ilə razılaşmamışdır. İlkin olaraq iddiaçı tərəfindən bu arqument, yəni nikahın hansı səbəbdən formal olaraq bağlanması əsaslandırıla bilmir, digər tərəfdən bu xüsusat işin halları ilə təsdiqini tapmır. Belə bir halın mövcudluğu vəziyyətində mərhumun bu nikahın etibarsızlığı və ya ləğvi ilə bağlı müraciət etməsi imkanı olsa da, səhhətinin normal olduğu vaxtlarda da bununla bağlı 28 il ərzində heç bir müraciət etməmişdir. Həmin şəxslərin münasibətlərinin normal olması işin halları ilə də təsdiqini tapır. Lakin yuxarıda qeyd olunan normanın məzmununa əsasən müəyyən edilməli əsas hal tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsidir.

46. Kassasiya instansiyası məhkəməsinin qərarına əsasən müəyyən olunmuş hallar ondan ibarətdir ki, cavabdeh etirazlarının hər hansı birində miras qoyanla nikah rəsmiləşdirildiyi vaxtdan daimi olaraq birgə yaşamaları, ümumi təsərrüfat idarə etmələri, faktiki ər-arvad münasibətlərində olmalarını aydın və inandırıcı qaydada əsaslandıran sübutlara malik olmamış və belə mötəbər sübutlar təqdim etməmişdir. Yalnız ayrı-ayrı vaxtlarda mərhumun yaşadığı ünvana gəlməsi, onun və digər ailə üzvləri üçün bazarlıq etməsi, digər məişət problemlərini həll etməsi, mərhum tərəfindən ona mobil telefon nömrəsi alınması, həmin nömrə ilə müntəzəm onunla əlaqə saxlaması, daim onun qayğıları ilə maraqlanması, evin, həyətin açarlarının onda olması, evdən istifadəsi üçün heç bir maneənin olmaması, mərhumun yas mərasimində iştirak etməsi, onun dəfn olunmasında iştirak etməsinə istinad edərək onların daimi olaraq bir yerdə olmamasının isə mərhumun yanında bacılarının yaşaması səbəbindən mümkün olmamasını, onlarla birlikdə yaşamanın milli mentalitetə uyğun olmaması ilə əsaslandırmışdır.

47. İddiaçı öz dəlilləri ilə bağlı şahid ifadələrini təqdim etmiş, həmin ifadələrlə isə mərhumla cavabdehin ər-arvad münasibətlərində olmaları, birgə təsərrüfat aparmaları təsdiq olunmur. İddiaçının göstərilən dəlilləri (faktiki nikah münasibətinin mövcud olmaması, ailənikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını və s.) faktiki olaraq cavabdehin etirazında göstərdiyi bəzi dəlillərlə (onun başqa ünvanda yaşaması, mübahisəli evdə daimi yaşamaması, ara bir mərhuma baş çəkməsi, ona ayrı-ayrı vaxtlarda bazarlıq etməsi, müntəzəm olaraq telefon əlaqəsi saxlaması, onun pensiya kartından pul çəkərək mərhuma verməsi və s.) təsdiq olunur.

48. Digər tərəfdən, işə baxan birinci instansiya məhkəməsi cavabdehin son altı ay ərzində yerləşmə yerinə dair məlumatları əldə etmiş, cavabdehin həmin müddət ərzində mübahisəli mənzilin yerləşdiyi ərazidə deyil, iddiaçının istinad etdiyi ünvan 2 ünvanında və həmin ünvanın əhatə dairəsində olması müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı cavabdehin və onunla birlikdə yaşayan şəxslərin qeydiyyatları barədə arayış təqdim etmişdir. Cavabdeh tərəf iddiaçının göstərdiyi ünvanda yaşamaması barədə hər hansı sübut təqdim etməmiş və bu dəlillərə etiraz etməmişdir.

49. Şahid qismində dindirilmiş miras qoyan Səidə Qurbanovanın yaşamış olduğu binanın komendantı X12 ifadə verərək cavabdeh cavabdeh3 və miras qoyan Səidə Qurbanovanı tanıdığını, cavabdehin miras qoyanın yaşadığı evə gəlib-getməsini, lakin həmin ünvanda daimi yaşamamasını, cavabdehin miras qoyanın vəfat etdiyi gün də həmin ünvana gəldiyini, dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Digər şahid şahid1 göstərmişdir ki, Səidə xanımla qonşu olmuş, heç vaxt onu kişi ilə görməmişdir. Yalnız bacıları ilə birlikdə görmüşdür. Evli olmasını bilməmişdir. X6 ifadəsində göstərmişdir ki, o, Səidə xanımın yaşadığı binada təmizlik işləri ilə məşğul olur. Onlar evdə üç qadın yaşayıblar, onların bacı olduqlarını bilirdi. 2007-ci ildən binada işləyir. Hər gün iş yeri kimi həmin binaya getmişdir. Səidə xanım vəfat edəndən sonra evli olduğunu bilmişdir. Faiq adlı şəxsi tanımamış və görməmişdir. Şahid şahid2 ifadəsində göstərmişdir ki, Səidə xanım anasının dayısı qızıdır. O, evli olmamışdır. Onların gediş-gəlişləri olub. Səidə xanımın evli olmasını bilməmişdir. Həyat yoldaşı kimi bilinən şəxsi görməmişdir. Telefon nömrələri 5-6 il olar ki, onun şəxsiyyət vəsiqəsi ilə alınmışdır. Nömrələri şəxsən özü üçün almamışdır.

50. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən araşdırma apararaq və əvvəl tədqiq olunmuş sübutları, həmçinin kassasiya instansiyası tərəfindən müəyyən olunmuş halları qiymətləndirərək hesab etmişdir ki, miras qoyanla nikahda olan ər mirasın açıldığı vaxtdan 3 il əvvəl ayrı yaşamaqla nikah münasibətləri mövcud olmamışdır, cavabdehin ayrı ünvanda yaşaması da bu xüsusatı təsdiq edir. Buna görə də iddia vərəsəlik şəhadətnaməsinin ləğvi hissəsində təmin olunmalıdır.

51. İrəli sürülən 2-ci tələb isə yeganə həqiqi vərəsə kimi miras qoyanın qardaşı İddiaçı hesab edilməsi, ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlıdır. Bu tələbə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsinin ləğv olunduğu təqdirdə başqa 1-ci dərəcəli vərəsələr olmadığından mülki qanunvericiliyə əsasən müəyyən olunmuş növbəliliyə əsasən hüquq 2-ci dərəcəli vərəsələrə keçir və iddiaçı da bu kateqoriyaya aiddir. Lakin digər 2-ci dərəcəli vərəsələrin mövcud olub-olmaması, olduğu təqdirdə onlara düşən paydan imtina edib-etməməsi və digər xüsusatlar hazırkı məhkəmə araşdırmasının predmeti ola bilməz. Hazırkı qətnamə qanuni qüvvəyə minərsə, vərəsəlik şəhadətnaməsi ləğv olunur və bundan sonra 2-ci dərəcəli vərəsələrin mirasın qəbulu üçün müraciət etmək hüququ yaranır və qeyd olunan xüsusatlar həmin zaman araşdırılır. Buna görə də məhkəmə kollegiyası bu hissədə iddianın rədd olunması qənaətinə gəlmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 1133.1, 1151.1, 1159.1, 1159.1.1, 1164, 1243.1, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” # ### 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 384.0.2, 385.1, 389 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

53. Qətnamədən cavabdeh cavabdeh3 (vəkil vəkil2 Zeynalabid qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, yaxud iş üzrə yeni qərar qəbul edilərək iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının və onun ailə üzvlərinin hələ mərhumun sağlığında ikən tərəflərin daxili ailə münasibətlərinə üçüncü tərəf kimi davamlı və aqressiv şəkildə müdaxilə etməsi, boşanma təzyiqləri göstərməsi Konstitusiyanın qoruduğu fundamental prinsipləri birbaşa tapdalamışdır. Ailə üzvlərindən birinin vəfat etməsindən dərhal sonra sağ qalan həyat yoldaşının (cavabdehin) əleyhinə əsassız iddialar qaldıraraq əmlakı onun əlindən almaq üçün edilən bu hüquqi cəhdlər Konstitusiya ilə qadağan olunmuş “hüquqdan sui-istifadə” və “ailə həyatına qanunsuz müdaxilə” cəhdinin bariz nümunəsidir. Dövlətin ali qanunu ailə bağlarını kənar şəxslərin maddi maraqlara söykənən müdaxilələrindən qorumağı tələb etdiyi halda, apellyasiya məhkəməsinin bu cür konstitusiyaya zidd və qərəzli əmlak ambisiyalarına hüquqi don geyindirərək qətnamə çıxarması konstitusion normaların kobud şəkildə pozulması deməkdir və bu ədalətsiz aktın ləğvini zəruri edir.

55. Qeyd edilmiş maddi hüquq normalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçının hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün formal olaraq subyektiv hüququ olsa da, o, bu iddianın maddi-hüquqi əsaslılığını və reallığını heç bir vəchlə sübuta yetirməmişdir. İş üzrə birinci instansiya və ## ### 2025-ci il tarixli apellyasiya instansiyası məhkəməsinin qətnamələrində məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələrinə hüquqi qiymət verilmiş, lakin bu qiymətləndirmə tamamilə qeyri-obyektiv və birtərəfli aparılmışdır. Belə ki, iş materiallarında əksini tapan və məhkəmədə dindirilən heç bir şahidin ifadəsində cavabdeh cavabdeh3 ilə mərhum Səidə Qurbanova arasında nikaha faktiki xitam verildiyi və ər-arvadın ayrı yaşadığı faktı təsdiq edilməmişdir. Şahidlərin heç biri tərəflərin birgə təsərrüfatı tamamilə dayandırdıqlarını və ya bir-biri ilə bağlarını tam qırdıqlarını təsdiq edən real, vizual və mötəbər faktlar ortaya qoya bilməmişdir. Məhkəmə mülki mühakimə icraatının fundamental prinsiplərini pozaraq sübutetmə yükünü əsassız olaraq cavabdeh tərəfin üzərinə qoymuş və iddiaçının təqdim etdiyi şahidlərin real faktlara deyil, yalnız fərziyyələrə söykənən ifadələrini qətnaməyə əsas götürmüşdür. Ortada iddianın mahiyyətini təsdiq edən bir dənə də olsun mötəbər hüquqi sübut olmadığı halda, apellyasiya məhkəməsinin faktları təhrif edərək qətnamə çıxarması həmin qətnamənin əsassız olduğunu göstərir və onun ləğv edilərək işin yenidən araşdırılması üçün əsas yaradır.

56. Hərçənd ki, xarici hüquq normaları yerli məhkəmələr üçün birbaşa məcburi qüvvəyə malik olmasa da, Azərbaycan mülki hüquq sisteminin kontinental hüquq ailəsinə mənsubluğunu və qardaş Türkiyə Cümhuriyyətinin analoji qanunvericilik təcrübəsini nəzərə alaraq, TMM-nin (TMK) 499-cu maddəsinin tətbiqi fəlsəfəsi, yəni rəsmi nikah müddətində sağ qalan ərin/arvadın sadəcə ayrı yaşamasının onun vərəsəlik hüququnu sıfırlamaması prinsipi hazırkı mübahisədə hüququn ümumi analogiyası və ədalət mülahizələri baxımından mühüm doktrinal nümunədir. Bu maddəyə əsasən, sağ qalan həyat yoldaşı, miras qoyanın neçənci dərəcəli vərəsələri ilə birgə mirasçı olmasından asılı olmayaraq, qanuni vərəsədir. Türk hüququnda ərin və ya arvadın sadəcə ayrı yaşaması, başqa ünvanda qeydiyyatda olması və ya birgə təsərrüfatın kənardan vizual olaraq görünməməsi onun vərəsəlik hüququnu əlindən almır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” # ### 2019-cu il tarixli Qərarı məhkəmələr üçün imperativ rəhbərlik olmaqla hüquqi müstəvidə kəsintili tətbiq edilə bilməz. Həmin qərara əsasən, sağ qalmış ərin vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi, ər-arvadın ayrı yaşamaları və qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi kimi halların məcmusu, yəni kumulyativliyi təsdiq edilməlidir. Sonuncu apellyasiya instansiyası məhkəməsi isə bu fundamental maddi hüquq formulasını və imperativ şərtləri kobud şəkildə pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə cavabdeh cavabdeh3 və onun mərhum həyat yoldaşı Səidə Qurbanovanın faktiki ayrı yaşamış olmaları və bunun xronologiyası heç bir halda ətraflı araşdırılmamışdır. Əksinə, cavabdeh özü məhkəmə iclasında mərhum Səidə Qurbanova ilə faktiki ailə münasibətlərində olmasını, bu münasibətlərin nə qədər uzun müddət davam etməsini, iş üzrə iddiaçı Xaliq Qurbanovun və onun həyat yoldaşının bu evliliyə illərlə qarşı olmalarına rəğmən bu bağları necə qoruyub saxladıqlarını ətraflı izah etmişdir.

58. Cavabdeh öz izahatında açıq şəkildə bildirmişdir ki, mərhum Səidə Qurbanova öz azad iradəsi ilə qardaşının və onun ailəsinin bütün kənar müdaxilələrinə və təzyiqlərinə baxmayaraq, cavabdehlə ailə münasibətlərinin davam etdirilməsində qətiyyətli olmuşdur. Ailə münasibətlərinin son günə qədər bitmədiyini və iddiaçının kənar maddi maraqlarını elə iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında faktiki olaraq etiraf etmişdir. Belə ki, iddiaçının nümayəndəsi açıq şəkildə bildirmişdir ki, iddiaçı öz bacısının və cavabdehin ailə münasibətlərinin davam etdirilməsinə tamamilə narazı idi, hətta özü də dəfələrlə mərhum Səidə Qurbanovaya boşanmağı və mənzilin özlərinin qızlarına yazılmasını təklif və tələb etmişdir. X9 bu təzyiqlərə boyun əyməmiş və nikahın pozulmasına qətiyyən razı olmamışdır.

59. Mülki hüququn əsas prinsiplərinə görə, əgər bir qadın kənar şəxslərin əmlakı ələ keçirmək məqsədilə etdikləri “boşan” təzyiqlərinə illərlə müqavimət göstərib nikahını saxlayırsa, bu, ailə münasibətlərinin xitamını deyil, əksinə, ailə bağlarının nə dərəcədə möhkəm və real olduğunu göstərən mühüm haldır.

60. Apellyasiya məhkəməsi isə Ali Məhkəmənin qərarına əsasən iş üzrə yenidən araşdırma aparmalı olduğu halda, qanunun və MPM-in 420-ci maddəsinin tələblərindən tamamilə kənara çıxmışdır. Məhkəmə mahiyyəti üzrə heç bir yeni hüquqi araşdırma aparmamış, sadəcə əvvəlki birinci və apellyasiya məhkəmə iclaslarında müzakirə edilmiş formal məsələləri eynilə təkrar müzakirə etməklə kifayətlənmişdir. Eyni zamanda, iddiaçı tərəfindən irəli sürülən iddialar heç bir maddi-hüquqi fakta, rəsmi sənədə və ya mötəbər sübuta söykənməyən, yalnız subyektiv mülahizələrdən və qərəzli fərziyyələrdən ibarət olmuşdur. Məhkəmə öz qətnaməsində iddiaçının bu iddialarının hüquqi əsas təşkil etmədiyini və sadəcə mülahizə xarakteri daşıdığını özü də qeyd etdiyi halda, nəticə hissəsində tamamilə qanunsuz və özü-özünü təkzib edən qərar çıxarmışdır.

61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fundamental presedenti olan “Marckx Belçikaya qarşı” (Marckx v. Belgium, Ərizə No. 6833/74) işində ərizəçilər nikahdankənar doğulmuş uşaq və onun anası olmuşdur. Belçika mülki qanunvericiliyindəki formal məhdudiyyətlərə görə uşağın anasının mirasından tam pay almaq hüququ qeyri-mütənasib şəkildə məhdudlaşdırılırdı. İHAM bu işdə müəyyən etmişdir ki, İnsan Hüquqlarının və X22 haqqında Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş “ailə həyatına hörmət hüququ” anlayışı təkcə mənəvi və ya emosional bağlardan ibarət deyil; bura eyni zamanda sosial, iqtisadi və mülkiyyət xarakterli münasibətlər, o cümlədən miras hüququ da daxildir. Məhkəmənin formalaşdırdığı əsas doktrina ondan ibarətdir ki, ortada real ailə bağları və münasibətləri mövcuddursa, daxili qanunvericiliyin formal standartları və subyektiv meyarları bu real ailə birliyinin iqtisadi nəticələrini, o cümlədən miras hüququnu əsassız şəkildə yox edə bilməz. Hazırkı mülki işimizlə “Marckx” presedenti arasındakı hüquqi əlaqə məhz ailə həyatının toxunulmazlığı və onun iqtisadi tərəflərinin müdafiəsi kontekstindədir. İş materiallarından göründüyü kimi, cavabdeh cavabdeh3 ilə mərhum Səidə Qurbanova arasında rəsmi və pozulmamış qanuni nikah mövcud olmuş, tərəflərin mütəmadi mənəvi və maddi bağlılığı – kəsilməz zəng tarixçələri, pensiya kartının idarə edilməsi, məişət qayğıları və digər hallar – sübuta yetirilmişdir. “Marckx” qərarının fəlsəfəsinə görə, bu cür real mənəvi-sosial bağlar və qanuni nikah statusu birbaşa Konvensiyanın 8-ci maddəsinin müdafiə dairəsinə düşür.

62. Apellyasiya məhkəməsi isə ailə həyatının daxili muxtariyyətinə və mülkiyyət münasibətlərinə kobud şəkildə müdaxilə etmişdir. Məhkəmə tərəflərin sırf səhhət və məişət zərurətindən irəli gələn müvəqqəti ünvan fərqliliyini əsas gətirərək, bu real ailə ittifaqının iqtisadi nəticəsini – sağ qalan ərin vərəsəlik hüququnu – sıfırlamışdır. Bu yanaşma İHAM-ın müəyyən etdiyi “ailə həyatının mülkiyyət və miras müstəvisində davam etməsi” prinsipinə ziddir. Qanuni həyat yoldaşının sağlığında nikahın qorunması yönündə nümayiş etdirdiyi qəti iradəyə və daxili ailə bağlarına məhkəmə tərəfindən bu cür formal və dağıdıcı müdaxilə edilməsi Konvensiyanın 8-ci maddəsinin tələbləri ilə uzlaşmır və qətnamənin ləğvini zəruri edir.

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət institutunun qorunması baxımından mühüm əhəmiyyət kəsb edən digər qərarı “Mazurek Fransaya qarşı” (Mazurek v. France, Ərizə No. 34406/97, # ###### 2000-ci il) işidir. Bu işdə Fransa məhkəmələri daxili qanunun formal tələblərinə söykənərək nikahdankənar doğulmuş uşağın miras payını qanuni nikahdan doğulan uşaqla müqayisədə yarıbayarı azaltmışdı. İHAM bu iş üzrə çıxardığı qərarda prinsipial olaraq müəyyən etdi ki, qanunvericilikdən və ya rəsmi statusdan doğan vərəsəlik payı və miras hüququ sadəcə mücərrəd bir ailəvi gözlənti deyil, Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət hüququ” təşkil edir. Məhkəmə qəti şəkildə bəyan etmişdir ki, daxili məhkəmə orqanları hüquq normalarını tətbiq edərkən şəxslərin bu legitim mülkiyyət maraqlarını əsassız, qeyri-mütənasib və formal bəhanələrlə məhdudlaşdıra və ya tamamilə əllərindən ala bilməzlər. Hazırkı işimizdə apellyasiya məhkəməsinin yol verdiyi hüquqi pozuntu “Mazurek” presedentində pislənilən mülkiyyətə qanunsuz müdaxilə halı ilə mahiyyət etibarilə eyniyyət təşkil edir.

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən, rəsmi nikahda olan cavabdeh cavabdeh3 həyat yoldaşının vəfatından sonra yaranan vərəsəlik statusu onun üçün Konvensiya səviyyəsində qorunan legitim mülkiyyət marağı formalaşdırmışdır. Apellyasiya məhkəməsi isə “Mazurek” işindəki payın azaldılmasından da qat-qat ağır hüquq pozuntusuna yol verərək, cavabdehin bu hüququnu 100 faiz həcmində tamamilə yox etmiş və onu mirasdan məhrum etmişdir.

65. Məhkəmə bu radikal və mülkiyyət hüququnu faktiki olaraq məhv edən addımı atarkən heç bir mötəbər maddi-hüquqi sübuta və ya qanuni əsasa söykənməmiş, yalnız iddiaçı tərəfin subyektiv fərziyyələrinə hüquqi status tanımışdır. “Mazurek” doktrinasına görə, rəsmi statusu, yəni nikahı davam edən şəxsin qanuni mülkiyyət gözləntilərinin bu dərəcədə qeyri-mütənasib şəkildə sıfırlanması Konvensiyanın * nömrəli Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnun pozulması baxımından qiymətləndirilməlidir. Məhkəmə mülki mühakimə icraatında qorunmalı olan mülkiyyətin sabitliyi və toxunulmazlığı balansını tamamilə alt-üst etdiyindən, çıxarılmış qətnamə qanunsuz və əsassızdır və kassasiya instansiyası tərəfindən ləğv edilməlidir.

66. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) mənasına görə, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən ağlabatan müddətdə işinin ədalətlə baxılması hüququ vardır. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, ədalətli məhkəmə araşdırması hüququ məhkəmələrin öz qərarlarını kifayət qədər əsaslandırmaq və tərəflərin irəli sürdüyü mühüm arqumentləri diqqətsiz qoymamaq vəzifəsini də ehtiva edir.

67. Hazırkı işdə isə apellyasiya məhkəməsi iddiaçı tərəfin həm mərhumun sağlığında onun daxili ailə münasibətlərinə üçüncü tərəf kimi davamlı və aqressiv şəkildə müdaxilə etməsini, boşanma təzyiqləri göstərməsini, həm də onun ölümündən dərhal sonra əmlakı sağ qalan həyat yoldaşının (cavabdehin) əlindən almaq üçün etdiyi hüquqi cəhdləri nəzərə almamışdır. Konvensiyanın 6-cı maddəsinin və * nömrəli Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) tələblərinə zidd olaraq, məhkəmə kənar şəxslərin maddi maraqlara söykənən bu cür müdaxilələrinə və hüquqdan sui-istifadə hallarına hüquqi qiymət verməmiş, əsassız və qərəzli əmlak ambisiyalarına yol açan qətnamə çıxarmışdır. Bu yanaşma ədalətli məhkəmə araşdırması prinsipini və tərəflərin bərabərliyi (“equality of arms”) balansını pozduğundan, çıxarılmış qanunsuz aktın Ali Məhkəmə tərəfindən ləğv edilməsini zəruri edir.

68. Qanunun qeyd olunan tələbinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qeyd olunan normanın tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı olaraq bildiririk ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları obyektiv və hərtərəfli qiymətləndirməmişdir. Məhkəmə çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozaraq sübutetmə yükünü əsassız olaraq cavabdeh tərəfə yükləmiş, iddiaçının heç bir maddi sübuta söykənməyən, yalnız subyektiv ehtimallardan ibarət şahid ifadələrinə birtərəfli üstünlük vermişdir.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, işə kassasiya qaydasında baxmış məhkəmənin qərarında şərh edilən göstərişlər bu işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə mülki işi ləğv edərək tərəflərin faktiki münasibətlərinin xronologiyasının ətraflı araşdırılmasını tapşırdığı halda, apellyasiya məhkəməsi bu imperativ göstərişə əməl etməmiş, heç bir yeni və hərtərəfli araşdırma aparmadan formal və əsassız mövqe sərgiləmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi izahata isə lazımi hüquqi qiymət verməmişdir.

70. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarı ilə müəyyən edilmiş məcburi vahid məhkəmə təcrübəsindən də kənara çıxmışdır. Plenum Qərarı Mülki Məcəllənin 1164-cü maddəsinin tətbiqi üçün üç şərtin kumulyativ, yəni eyni vaxtda mövcudluğunu tələb etdiyi halda, apellyasiya məhkəməsi tərəflərin daxili ailə bağlarını, zəng tarixçələrini, qarşılıqlı maddi və məişət münasibətlərini və digər sübutları lazımi qaydada qiymətləndirməyərək, yalnız “fərqli ünvanlarda qeydiyyatda olmaq” və ya ayrı ünvanda yaşamaq kimi formal meyarı əsas götürməklə vahid məhkəmə təcrübəsinin tələblərini pozmuşdur.

71. Beləliklə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulan halların məcmusunu tam və hərtərəfli müəyyən etmədən, yalnız tərəflərin ayrı ünvanda yaşamaları barədə nəticəyə əsaslanaraq cavabdehin vərəsəlik hüququndan məhrum edilməsinə dair nəticəyə gəlmişdir. Halbuki həmin nəticənin əldə edilməsi üçün ailə münasibətlərinə faktiki xitam verilməsi, ər-arvadın ayrı yaşamaları və bu halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi eyni zamanda və mötəbər sübutlarla təsdiq edilməli idi. Bu hallar tam şəkildə sübuta yetirilmədiyindən, cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

72. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

73. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

74. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

75. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

76. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

77. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

78. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

79. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

80. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

81. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.

82. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

83. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

84. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” # ### 2019-cu il tarixli Qərarı.

85. “... Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər.

86. Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir:

87. tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi;

88. ər-arvadın ayrı yaşamaları;

89. qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.

90. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı.

91. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur.

92. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgə yaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ər-arvadın birgə yaşayışından tamamilə fərqləndirir (X17rşı iş üzrə 2008-ci il ## ##### tarixli Qərar).

93. Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir.

94. ... Nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ər-arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

95. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

96. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

97. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

98. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

99. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

100. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

101. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

102. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

103. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

104. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

105. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

106. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

107. Maddə 420. İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Kassasiya baxışının hədləri:

108. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

109. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

111. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

112. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyasının da qeyd etdiyi kimi, işə baxan birinci instansiya məhkəməsi cavabdehin son altı ay ərzində yerləşmə yerinə dair məlumatları əldə etmiş, cavabdehin həmin müddət ərzində mübahisəli mənzilin yerləşdiyi ərazidə deyil, iddiaçının istinad etdiyi əvvəlki ailəsinin yaşadığı ünvan 2 ünvanında və həmin ünvanın əhatə dairəsində olması müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı cavabdehin və onunla birlikdə yaşayan şəxslərin qeydiyyatları barədə arayış təqdim etmişdir. Cavabdeh tərəf iddiaçının göstərdiyi ünvanda yaşamaması barədə hər hansı sübut təqdim etməmiş və bu dəlillərə etiraz etməmişdir.

113. Apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən araşdırma apararaq və əvvəl tədqiq olunmuş sübutları, həmçinin kassasiya instansiyası tərəfindən müəyyən olunmuş halları qiymətləndirərək hesab etmişdir ki, miras qoyanla nikahda olan ər mirasın açıldığı vaxtdan 3 il əvvəl ayrı yaşamaqla nikah münasibətləri mövcud olmamışdır, cavabdehin ayrı ünvanda yaşaması da bu xüsusatı təsdiq edir. Buna görə də iddia vərəsəlik şəhadətnaməsinin ləğvi hissəsində təmin olunmalıdır.

114. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

115. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

116. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

117. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

118. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

119. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar