Məhkəmə qərarları › İş №e-2(3-9)-678/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-678/2026

10.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-678/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçılar iddiaçı1, iddiaçı4, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı1 və iddiaçı3 cavabdehlər cavabdeh2, Kürdəmir regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 ** saylı Ucar Ərazi İdarəsi cəlb olunmaqla) “qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, miras əmlaka məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(041)- 2309/2025 saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı1 və iddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həbibova (Osmanova) Rəqsanə Həbib qızına verilmiş ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında və ##.##.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlak olan Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən ümumi sahəsi 82.4 kv.m olan daşınmaz əmlak və 0,39 ha olan torpaq sahəsi və 0,7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə olan vərəsələrin-iddiaçı2, iddiaçı4, iddiaçı1 və iddiaçı3 mərhum X1 və mərhum X2 qalan miras əmlaklardan məcburi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, ##.##.1963-cü ildən rəsmi nikahda olan X1 ##.##.2017-ci il tarixdə, X2 ##.##.2008-ci ildə vəfat etmişdir. Bu nikahdan ##.##.1957-ci il təvəllüdlü X16, ##.##.1965-ci il təvəllüdlü iddiaçı2, ##.##.1967-ci il təvəlüdlü iddiaçı4, ##.##.1969-cu il təvəllüdlü iddiaçı1 və ##.##.1971-ci il təvəllüdlü iddiaçı3 doğulmuşdur. Mərhum X1 ümumi birgə mülkiyyətində 0,7959 ha kənd təsərrüfatı təyinatlı torpaq və 0,39 ha torpaq sahəsi və onun üzərində yerləşən 82,4 kv.m olan fərdi yaşayış evindən olmuşdur. Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisində ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh X9 tam hissədə 0,7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə pay almışdır. İddiaçılar birinci dərəcəli vərəsələr olduqları halda onlar V-****/**** saylı vərəsəlik işi açılarkən dəvət olunmamış, məcburi paydan məhrum olmuşlar. Həmçinin cavabdeh Həbibova (Osmanova) Rəqsanə Həbib qızı ##.##.2018-ci il vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən ümumi sahəsi 82.4 kv.m olan daşınmaz əmlakın 1/2 hissəsinə və 0,39 ha torpaq sahəsindən düşən 1/2 hissə torpaq sahəsindən mərhum X1 düşən hissəsində miras əmlakdan pay almışdır. İddiaçılar nə atalarından, nə də analarından qalan miras əmlaklara olan paylarından imtina etməmişlər. İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı1 və iddiaçı3 Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisində açılmış ##.##.2012-ci il tarixli, 8V **** saylı notariat işində və ** saylı vərəsəlik işləri açılan zaman vərəsələr kimi göstərilmədiklərindən iddiaçılar ata və analarından qalan miras payından məhrum olmuşlar. Sonradan iddiaçıların nümayəndəsi və vəkili vəkil2 iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Həbibova (Osmanova) Rəqsanə Həbib qızına verilmiş ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında və ##.##.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi və miras əmlak olan Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən 0,39 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 82.4 kv.m və 271.6 kv.metr olan daşınmaz əmlak və 0,7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə olan vərəsələrin-iddiaçı2, iddiaçı4, iddiaçı1 və iddiaçı3 mərhum X1 qalan miras əmlakdan məcburi payların müəyyən edilməsi və mərhum X2 qalan miras əmlaklardan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia qismən təmin edilmiş, Kürdəmir rayon xüsusi notariat kontoru tərəfindən verilmiş ## #### 2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ## ### 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onların hüquqi nəticəsi olaraq, Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən, ümumi sahəsi 82.4 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışı, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən ümumi sahəsi 271.6 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışı, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və bununla bağlı dövlət qeydiyyatına alınmış digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manatın tutularaq iddiaçı iddiaçı3 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; - Kürdəmir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** saylı arayışından məlum olur ki, X1 ilə X2 arasında nikah ## ###### 1963-cü il tarixdə akt qeydi kitabında 38 nömrə ilə qeydə alınmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ##.##.1957-ci il tarixdə anadan olmuş, atası X1, anası X5r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.1965-ci il tarixdə anadan olmuş, atası X1, anası X2r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı4 ##.##.1967-ci il tarixdə anadan olmuş, atası X1, anası X2r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.1969-cu il tarixdə anadan olmuş, atası X1, anası X2r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ##.##.1971-ci il tarixdə anadan olmuş, atası X1, anası X2r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.1965-ci il tarixdə anadan olmuş, atası X1, anası X2r. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ##.##.1982-ci il tarixdə anadan olmuş, atası X17, anası X11r. - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X12 arasında nikah ##.##.1978-ci ildə bağlanmış, 23 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə cavabdeh2 arasında nikah ##.##.2004-cü ildə bağlanmış, 16 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ##.##.2010-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2010-cu il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən ümumi sahəsi 82.4 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə ½ hissədə X1, ½ hissədə X2 adına sövlət qeydiyyatına alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X1 və X2 adına sövlət qeydiyyatına alınmışdır. -Kürdəmir rayon Qeydiyyat şöbəsinin ##.##.2008-ci il tarixli, AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 ##.##.2008-ci tarixdə ölmüşdür. - ## ##### 2015-ci ildə tərtib edilmiş vəsiyyətnamə ilə X1 rayonu Şıxımlı kəndində yerləşən bütün daşınmaz əmlakını X9 vəsiyyət etmiş, qalan bütün vərəsələrini həmin paydan məhrum edilməsinə sərəncam vermişdir. -Kürdəmir rayon Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli, AZ-İ ****** nömrəli arayışına əsasən X1 ##.##.2017-ci il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndində ölmüşdür. Bu barədə ##.##.2017-ci il kitabının ölüm 02 səhifəsində qeydiyyat aparılmışdır. - cavabdeh2 Kürdəmir rayon xüsusi notariat kontoruna yazdığı *** nömrəli ##.##.2018ci il tarixli ərizəsində ##.##.2017-ci il tarixdə ölmüş qaynatasının atası X1 Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən fərdi yaşayış evindən düşən hissə və ½ hissədə torpaq sahəsindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - ## #### 2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakdan pay kimi Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən, ümumi sahəsi 82.4 kv.metr olan daşınmaz əmlakın ½ hissəsi, 0.39 ha torpaq sahəsindən düşən ½ hissə, torpaq sahələrindən düşən ½ hissə göstərilmişdir. - Həbibova (Osmanova) Rəqsanə Həbib qızı ## ### 2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək ##.##.2008-ci ildə vəfat etmiş X2 miras qalmış 0.7959 ha torpaq sahəsindən mərhuma məxsus hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - ## ### 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X2 miras qalmış 0.7959 ha torpaq sahəsindən tam hissədə Həbibova (Osmanova) Rəqsanə Həbib qızına X1 vərəsəsi kimi pay alması qeyd edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışından görünür ki, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən ümumi sahəsi 82.4 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. -Kürdəmir rayon İHB-nın Atakişili kənd İƏD üzrə icra nümayəndəliyinin *** nömrəli arayışına əsasən cavabdeh2 mərhum qohumu X1 qayonunun Şıxımlı kəndində onunla birlikdə yaşamış, ##.##.2017-ci il tarixdə ölmüşdür. Mərhumun aşağıdakı ailə üzvləri vardır: X6 (qızı), X8 (qızı), iddiaçı4 (qızı), X10 (qızı). -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışından görünür ki, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən ümumi sahəsi 271.6 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. - Kürdəmir rayon İHB-nın Atakişili kənd İƏD üzrə icra nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubuna əsasən, Kürdəmir rayonunun Şıxımlı kəndində: 1.cavabdeh2 mülkiyyətində olan 0.39 ha torpaq sahəsində 2(iki) fərdi yaşayış evi mövcuddur.

2. 2021-2025-ci illərə aid ** saylı təsərrüfatbaşına kitabının 2202 şəxsi hesab nömrəsinə əsasən 2019-cu il tarixdə inşa edilmiş 189.2 kv.m fərdi yaşayış evi cavabdeh2 adına qeydiyyata alınmışdır və ** saylı təsərrüfatbaşına kitabının 1769 şəxsi hesab nömrəsinə əsasən 1966-cı il tarixdə inşa edilmiş 82.4 kv.m fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır. 3.Sözü gedən evlər arasında hasar mövcuddur. Həmin evlərin sözü gedən torpaq sahəsinin hansı hissəsində tikildiyi onlara məlum deyil. 4.2019-cu ildə inşa edilmiş 189.2 kv.m fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadır. 1.cavabdeh2 – 1982. 2.X18 – 2005. 3.X13 – 2009. 1966-cı il tarixdə inşa edilmiş 82.4 kv.m fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadır. 1.X11 – 1959. X25 - 1982. İş materiallarına daşınmaz əmlaka dair texniki sənədlər, şəxsiyyət vəsiqələri, fotoşəkillər, 1 ədəd disk və digər sənədlər əlavə edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 ilə X2 rəsmi nikahlarından anadan olmuş qızları ##.##.1965-ci il təvəllüdlü iddiaçı2, ##.##.1967-ci il təvəlüdlü iddiaçı4, ##.##.1969-cu il təvəllüdlü iddiaçı1 və ##.##.1971-ci il təvəllüdlü iddiaçı3 və X1 bundan əvvəlki X5 ilə nikahından anadan olmuş oğlu ##.##.1957-ci il təvəllüdlü X16 olmaqla 5 nəfər birinci dərəcəli vərəsələri olmalarına baxmayaraq, valideynlərindən qalan miras əmlakdan tam məhrum edilmiş, həmin əmlaklar X1 verdiyi vəsiyyətnaməyə əsasən onun birinci nikahdan olan oğlu Seyfəddinin keçmiş gəlini cavabdeh2 adına sənədləşdirilmişdir. Hazırkı iş üzrə qanuni vərəsələrin ləyaqətsiz vərəsə hesab edilməsinə dair məhkəmə sənədi və ya digər sübut aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Kürdəmir rayon xüsusi notariat kontoru tərəfindən verilmiş ## #### 2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ## ### 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onların hüquqi nəticəsi olaraq Kürdəmir rayon Şıxımlı kəndində yerləşən ümumi sahəsi 82.4 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışı, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən ümumi sahəsi 271.6 kv.metr olan fərdi yaşayış evi və 0.39 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışı, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və bununla bağlı dövlət qeydiyyatına alınmış digər hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. İddia tələbinin iddiaçıların (vərəsələrin) mərhum X1 və mərhum X2 qalan miras əmlaklardan məcburi paylarının müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bununla bağlı vərəsələr aidiyyəti üzrə notariat orqanına müraciət etməmiş və bununla bağlı onlara imtina edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1, 1159.1.1, 1162, 1166, 1170.1, 1170.2, 1191, 1193, 1194, 1225.1, 1225.2, 1225.3, 1321.1, 1321.2, 1321.3cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ###### 2021-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları;

Apellyasiya şikayətinin dəlilləri

Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X1 həyat yoldaşı X2 ##.##.2008-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı iddiaçı4 iddiaçıların ailə qurub oradan köçdüklərini bildirərək X2 qalmış mirası faktiki olaraq qəbul etmədiklərini və mirasla əlaqədar olaraq notariat orqanına müraciət etmədiklərini bir daha təsdiq etmişdir. Mərhum ataları X14 rayonu Şıxımlı kəndində yerləşən 0.39 ha torpaq sahəsində 1966-cı ildə inşa edilmiş sahəsi 82.4 kv.metr olan fərdi yaşayış evində yaşadığından və miras kütləsinə daxil olan 0.7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə istifadə etdiyindən Quba Talıbovanın miras əmlakı X1 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Sonradan o, ##.##.2015-ci il tarixli vəsiyyətnamə ilə Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən bütün əmlakını Həbibova (Osmanova) Rəqsanə Həbib qızına vəsiyyət etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi X1 ##.##.2017ci il tarixdə vəfat etmişdir və həmin vaxtdan mirasın açıldığı iddiaçılara bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçılar qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, eyni zamanda cavabdehin ASAN xidmət mərkəzinə müraciət etdiyi 2018-ci il tarixdən 2025-ci ilədək keçən yeddi ildən artıq bir müddət ərzində bununla bağlı heç bir mübahisə açmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcələsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2023-ci il tarixli Qərarı dərc edildiyi günədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcələsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Quba Talıbovaya münasibətdə mirasın 2008-ci ildə, Çoban Osmanova münasibətdə isə mirasın 2017-ci ildə açılmasına baxmayaraq iddiaçıların qanunla müəyyən edilmiş müddətlərdə mirasların qəbul edilməsi üçün heç bir hərəkət etmədikləri işin faktiki halıdır və birinci instansiya məhkəməsinin qətnaməsində vərəsələrin (iddiaçıların) aidiyyəti üzrə notariat orqanına müraciət etmədiyi öz təsdiqini tapmışdır. Lakin iddiaçıların hazırkı iddianı irəli sürməyə subyektiv hüquqlarının olub-olmadığı məhkəmə tərəfindən müəyyən edilməmiş və əsassız olaraq onların iddiası üzrə hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş şəhadətnamələr ləğv edilmişdir. Bundan başqa məhkəmə mirasqoyan X1 X3 ilə nikahından olan iddiaçılarla yanaşı X5 ilə olan nikahından anadan olmuş oğlu ##.##.1957-ci il təvəlüdlü X17 olmaqla 5 nəfərin birinci dərəcəli vərəsə olduğunu və onlara valideynlərindən qalan miras əmlakdan tam məhrum edildiklərini, həmin əmlakların X1 verdiyi vəsiyyətnaməyə əsasən onun birinci nikahdan olan oğlu Seyfəddinin keçmiş gəlini cavabdeh2 adına sənədləşdirilməsini qətnaməsində xüsusi olaraq qeyd edərək səhv nəticəyə gəlmişdir. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcələsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli qərarında qeyd edilmişdir. Məcələnin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. İş materialarında olan sənədlərdən göründüyü kimi X17 ##.##.2010-cu ildə yəni atasından yeddi il əvvəl ölmüşdür. Belə ki, məhkəmə miras açılan zaman sağ olmayan şəxsin vərəsə olmasını qeyd edərək Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə zidd mövqe nümayiş etdirmişdir. Əlavə olaraq onu da qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən sahəsi 271,6 kv.m olan daşınmaz əmlakın tərkibinə 1966-cı ildə tikilmiş sahəsi 82.4 kv.m və 2019-cu ildə tikilmiş sahəsi 189.2 kv.m olan 2 (iki) fərdi yaşayış evi daxildir. Azərbaycan Respublikası Mülki Məcələsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki işdə olan sənədlərdən də göründüyü kimi sahəsi 189.2 kv.m olan fərdi yaşayış evi 2019-cu ildə tikilmişdir. cavabdeh2 bildirdiyinə görə həmin ev vəsiyyət üzrə ona miras qalmış Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən 0,39 ha torpaq sahəsi üzərində onun tərəfindən valideynlərinin köməkliyi ilə tikilərək təmir edilmişdir. Qeyd edilən səbəblərdən sahəsi 189.2 kv.m olan evin mübahisə predmeti olan miras kütləsinə daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məqamlar nəzərə alınmamış, işin halları tam olaraq araşdırılmamış və nəticədə əsassız olaraq qanunazidd qətnamə qəbul edilmişdir. Hesab edir ki, Kürdəmir Regional “ASAN XİDMƏT” Notariat ofisi tərəfindən tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Sözügedən şəhadətnamələrin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığından iddia tələbi əsassızdır və qanunamüvafiq olaraq təmin edilməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı4 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər iddiaçıların, cavabdeh cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDKR X7 ** saylı Ucar Ərazi İdarəsinin məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatları olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər (təmsil olunmamışlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarı;

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli qərarı;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş Həbibova (Osmanova) Rəqsanə Həbib qızına verilmiş ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında və ##.##.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar mərhum X1 qanun üzrə birinci növbə vərəsələri olmaqla, mirasın açıldığı yaşayış evinə və digər əmlaka hüquqları yaranmış, həmin əmlakın onların miras paylarına daxil olması üçün hüquqi əsaslar mövcud olmuşdur. Məhkəmə tərəfindən iddiaçıların mirasdan imtina etmədikləri, mirasın qəbulundan məhrum edən halların müəyyən olunmadığı və mübahisəli əmlakın vərəsəlik münasibətləri çərçivəsində qiymətləndirilməli olduğu nəzərə alınaraq onların vərəsəlik hüquqlarının tanınması zəruri hesab edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün iddiaçıların irəli sürdükləri tələblə bağlı subyektiv hüquqlarının mövcud olub-olmaması, habelə həmin hüquqların pozulması və ya mübahisələndirilməsi nəticəsində onların məhkəmə müdafiəsinə ehtiyaclarının yaranıb-yaranmadığı müəyyən edilməlidir. Odur ki, iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onunla əlaqəli sənədlərin etibarsız hesab edilməsini tələb etmələrinin onların hansı subyektiv hüquqlarının həyata keçirilməsinə və ya bərpasına yönəldiyi araşdırılmalıdır. Belə ki, iddiaçılar tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (və əlaqəli digər sənədlərin) etibarsız hesab edilməsi tələb olunmuşdur. Lakin məhkəmə tərəfindən qiymətləndirilməli olan əsas məsələ ondan ibarətdir ki, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi iddiaçılar üçün hansı hüquqi nəticəni doğuracaq və bu nəticə iddiaçıların subyektiv hüquqlarının bərpasına real imkan yaradacaqmı? Məhkəmə tərkibi hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (habelə vəsiyyətnamə üzrə vərəsəlik hüququ şəhadətnamənin) etibarsız hesab edilməsi mübahisənin yekun mərhələsi olmamaqla yalnız sonrakı hüquqi mərhələnin, mirasın qəbul edilib-edilməməsi məsələsinin qiymətləndirilməsi üçün ilkin şərtdir. Başqa sözlə, şəhadətnamənin etibarsız hesab edilməsi halında iddiaçıların mirası qəbul etmiş şəxs qismində tanınması üçün onların müvafiq subyektiv vərəsəlik hüququnun mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Bu nöqteyi-nəzərdən, yalnız formal sənədin etibarsızlığı deyil, iddiaçıların mirası qəbul etmək hüququnu qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirib-keçirmədiyi həlledici əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən ##.##.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa hazırkı işlə hüquqi mahiyyət etibarilə əlaqəli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı mövcuddur. Bu qərarda qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Çünki miras iddiaçılar tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbi üzrə subyektiv hüquqları yaranmış olacaqdır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilməlidir ki, Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə tərkibi yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçılar vərəsə olaraq miras əmlaka sahiblik etməməklə və həmin əmlakı idarə etməyə faktiki başlamamaqla, mirası qəbul etməmişdirlər. Məhkəmə tərkibi işin bu halına münasibətdə qeyd edir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Göründüyü kimi «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçılar isə miras əmlaka faktiki sahiblik etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdirlər. İş materiallarından və iddiaçıların məhkəməyə verdikləri izahatlardan görünür ki, onlar ailə qurduqdan sonra mirasın açıldığı Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən yaşayış evindən köçmüş, həmin əmlakda isə onların qardaşı Seyfəddin, onun arvadı Ofella, oğlu Seyfulla və sonuncunun arvadı Rəqsanə yaşamışlar. İddiaçıların həmin əmlakdan faktiki istifadə etmələri, ona sahiblik etmələri və ya əmlakın idarə olunmasında iştirak etmələri barədə iş materiallarında hər hansı mötəbər sübut müəyyən edilmir. Mülki Məcəllənin 1243.2-ci maddəsinin məzmununa görə, mirasın faktiki qəbul edilməsi vərəsənin miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması, bununla da mirası qəbul etmək iradəsini hərəkətləri ilə açıq şəkildə ifadə etməsi ilə bağlıdır. Hazırkı halda iddiaçıların miras əmlakın saxlanılması, istifadəsi, idarə edilməsi, həmin əmlakla əlaqədar ödənişlərin həyata keçirilməsi və ya vərəsəlik münasibətinin qəbulunu ifadə edən digər hüquqi əhəmiyyətli hərəkətləri yerinə yetirmələri müəyyən olunmamışdır. Eyni zamanda, iddiaçıların mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdirlər (sübut təqdim edilməmişdir). Onların qanun üzrə birinci növbə vərəsələri sırasına daxil olması özlüyündə mirasın qəbul edilməsi faktını təsdiq edən hüquqi əsas kimi qəbul edə bilməz. Mirasın açılması ilə vərəsəlik hüququnun yaranması və həmin hüququn həyata keçirilməsi, o cümlədən, mirasın qəbul edilməsi müxtəlif hüquqi nəticələr doğuran hallardır. İddiaçıların mirasın qəbuluna yönəlmiş nə notariat qaydasında, nə də faktiki xarakterli hərəkətləri sübuta yetirilmədiyindən, onların miras qoyanın əmlakını qəbul etmələri üçün qanunla müəyyən edilmiş əsasların formalaşmadığı qənaətinə gəlinir. Beləliklə iddiaçılar ümumilikdə bu iddianı qaldırmaq üçün tələb olunan subyektiv hüquqa malik deyildir. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi iddiaçıların hüquqi vəziyyətini dəyişməməklə onlara mirası qəbul etmək barədə subyektiv hüquq yaratmayacaq. Qeyd edilməlidir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmədiyi halda, həmin şəhadətnaməyə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarış, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli çıxarış, Kürdəmir rayon Şıxımlı kəndində yerləşən 0.7959 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdeh2 adına dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və bununla bağlı dövlət qeydiyyatına alınmış digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbləri əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu da tərəfin özünə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən tərəflər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar