Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1171/2026 21.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə; Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Cavabdeh cavabdeh8 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh8, cavabdeh3, cavabdeh5, cavabdeh6, cavabdeh4, cavabdeh9, cavabdeh7 və Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən, mərhum X2na məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən birinci növbə üzrə varis kimi payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh8, cavabdeh3, cavabdeh5, cavabdeh6, cavabdeh4, cavabdeh9, cavabdeh7 və Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən X2nın mülkiyyətində olan və ümumi sahəsi 0.489992 ha olan torpaq sahələrinin birinci növbə üzrə vərəsə kimi payın müəyyən edilərək, paya uyğun dövlət reyestrindən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə məhkəmə hazırlıq iclasında məhkəməyə yeni iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbindən cavabdehlər sırasından Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Beyləqan Ərazi Idarəsini çıxarmış, iddia tələbini isə Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən X2nın mülkiyyətində olan və ümumi sahəsi 0.489992 ha olan torpaq sahələrinin birinci növbə üzrə vərəsə kimi payın müəyyən edilərək, paya uyğun dövlət reyestrindən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsinə həvalə edilməsi barədə tələbini dəyişərək Ağcabədi rayon Hacıbədəlli kəndində yerləşən, mərhum anası X5 məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ************ reyestr nömrəli dövlət çıxarışa əsasən 0.24582 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ************ reyestr nömrəli dövlət çıxarışa əsasən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ************ reyestr nömrəli dövlət çıxarışa əsasən 0.074172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən birinci növbə üzrə varis kimi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağcabədi rayon Hacıbədəlli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. X6 onun anasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli dövlət çıxarışa əsasən mərhumə X2na məxsus olan 0.24582 ha torpaq sahəsi, ************ reyestr nömrəli dövlət çıxarışına əsasən 0.17 ha torpaq sahəsi və ************ reyestr nömrəli dövlət çıxarışına əsasən isə 0.074172 ha torpaq sahələri mövcuddur. X2 ##.##.2001-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onun mülkiyyətində torpaq sahələrinin hamısını faktiki olaraq o, istifadə etmişdir. Hazırda da, torpaq sahələri tam olaraq onun istifadəsindədir. Həmin torpaq sahələri digər vərəsələr tərəfindən qəbul edilmədiyi və istifadə edilmədiyindən o, həmin mirası faktiki olaraq tək qəbul etmişdir. Onun mirası faktiki olaraq tək qəbul etməyinə heç bir vərəsə etiraz etməmişdir. Bu, Ağcabədi rayon IHB-nın Hacıbədəlli kənd IƏDÜ-ə nümayəndəliyi və Muğanlı Bələdiyyəsi tərəfindən verilmiş arayışlarda da öz təsdiqini tapmışdır. O, vərəsəliklə bağlı X3 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin cavabdehlərin bir qismi Bakı şəhərində yaşadıqları üçün vaxt ayırıb gəlib imza etmədiklərinə görə bu hal ixtilaf kimi qiymətləndirilmiş və ona imtina cavabı verilmiş, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, X3 Xidmət Mərkəzində Notariat Ofisinin imtinası əsassızdır və ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Ona görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, mərhum X5 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri – İddiaçı, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan – Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyster nömrəsi ************, qeydiyyat nömrəsi 170700602, tarixi ##.##.2007-ci il tarixli Çıxarışa əsasən 0.24582 ha torpaq sahəsindən, ************ reyestr nömrəli, ********* qeydiyyat nömrəli, tarixi ##.##.2007-ci il tarixli Çıxarışa əsasən 0.17 ha torpaq sahəsindən, ************ reyestr nömrəli, 170700603 qeydiyyat nömrəsi, tarixi ##.##.2007-ci il tarixli Çıxarışa əsasən 0.074172 ha torpaq sahəsindən – İddiaçı 1/8 pay, cavabdeh9 1/8 pay, cavabdeh8 1/8 pay, cavabdeh7 1/8 pay, cavabdeh6 1/8 pay, cavabdeh5 1/8 pay, cavabdeh4 1/8 pay, cavabdeh3 1/8 payının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. ## ######## 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iddiaçı İddiaçı elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası iddiaçı İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-cu maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı geri qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1171/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1171/2026
21.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver