Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-109/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Mehdi qızı və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Mehdi qızı və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 03.06.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(001)-951/2021 saylı qərardadı ilə İddiaçı hüquqi varisi müəyən edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan da göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Mehdi qızı iddiaçının uşaqları, Cavabdeh2 isə iddiaçının gəlini olmuşdur. Belə olan halda həmin şəxslərin iddiaçının hüquqi varisi qismində müəyyən edilməsi ağlabatan deyil, digər hüquqi varis ola biləcək şəxsin mövcud olmasına dair isə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-ci maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı öldüyündən və onun hüquqi varisinin müəyən edilməsi mümkün olmadığından, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Mehdi qızı və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-109/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-109/2022
19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver