Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-224/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil vəkil2 İlqar oğlu, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X1, Ağazadə Əminə Ramin qızı, Nurəddnova Mirvari Rəcəb qızı, X2, Nəsirova Leyla Həsən qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı əvvəllər iddiaçı Nurəddinova Mirvari Rəcəb qızının xüsusi mülkiyyətində olmuşdur.
3. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, mənzil 29 tam mülkiyyət hüququ üzrə ## ####### 2021-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. ## ####### 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Nurəddinova Mirvari Rəcəb qızı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67,57 kv/m, yaşayış sahəsi 46,36 kv/m olan 3 otaqlı mənzili X3 bağışlamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdehlər Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı, Nurəddinova Mirvari Rəcəb qızı və üçüncü şəxs * saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AS **-***/** nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60 ünvanında yerləşən ** saylı mənzilin halhazırkı orta bazar dəyəri ## ######## 2025-ci il tarixinə 107000 manat, orta aylıq kirayə dəyəri 350 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60 ünvanında yerləşən ** saylı mənzilin hazırkı dövrdən 3 il üzrə aylıq kirayə dəyəri 12600 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh X1, Ağazadə Əminə Ramin qızı və Cavabdeh ödəniş günü manata olan rəsmi məzənnə ilə 10000 məbləğində kompensasiya verilməklə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60 ünvanında yerləşən ** saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh 12600 manat məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsini və X1, Ağazadə Əminə Ramin qızı və Cavabdeh həmin mənzildən çıxarılmalarını məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60 ünvanında yerləşən ** saylı mənzil ##.##.2021-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçı X3 məxsusdur. 2020-ci ildə iddiaçının nənəsi Nurəddinova Mirvari Rəcəb qızı insult keçirmiş və səhhətinin ağırlaşması səbəbilə vəfat edəcəyi ehtimalını nəzərə alaraq, mülkiyyətində olan ünvan 2 ünvanındakı evi iddiaçının mülkiyyətinə keçirmək qərarına gəlmişdir. Bunun üçün o, mənzili ona bağışlama müqaviləsi əsasında təhvil vermiş və bu müqavilə müvafiq qaydada rəsmi sənədləşdirilmişdir. Bundan əlavə, bağışlanma müqaviləsi imzalanmazdan əvvəl, Misir Ərəb Respublikasında yaşayan və 2013-cü ildən bəri onunla heç bir əlaqəsi olmayan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi üçün Sumqayıt şəhər məhkəməsinə müraciət edilmişdir. Bu proses başa çatdıqdan sonra mənzil mülkiyyətinə keçmişdir. Cavabdeh Cavabdeh 2013-cü ildən etibarən tam 11 il ərzində Azərbaycanda olmamışdır və həmin müddətdə mənzildən heç bir formada istifadə etməmişdir. Lakin 2022-ci ildə o, yenidən Azərbaycana qayıtdıqdan sonra, ona humanistlik edərək müvəqqəti olaraq bu mənzildə yaşamağa icazə vermiş, hətta rəsmi şəkildə qeydiyyata almışdır. Bu müddət ərzində cavabdeh mənzildə yaşayış hüququ əldə etdiyini iddia etməyə başlayaraq, evdən çıxmaqdan imtina etmişdir. Halbuki, o, mənzilə heç bir hüquqi əsasla sahib çıxmaq səlahiyyətinə malik deyil. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddiası təmin edilmiş və cavabdehin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə ##.##.2024- cü il tarixli, e-2- *(***)-****/**** nömrəli qərar ləğv olunmuşdur. İddiaçı İddiaçı mənzilin yeganə qanuni sahibi olaraq, mülkiyyət hüququndan istifadə edərək, mənzildə qeydiyyatda olan Cavabdeh, X1 və Ağazadə Əminə Ramin qızının mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmasını tələb edir. İddiaçı hal-hazırda bu tələbini kompensasiya verməklə həyata keçirmək niyyətindədir. Yəni cavabdeh qeydiyyatdan çıxmaq şərti ilə, ona müəyyən kompensasiya ödəməyə razıdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh cəmi 12600 (on iki min altı yüz) manat kompensasiya verilməklə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, ** saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh, X1 və Ağazadə Əminə Ramin qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, ** saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Vəfa Şirəliyeva).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, ** saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## ####### 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı iddiaçının xalası Cavabdeh da qeydiyyatdadır. Hal-hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh kompensasiya verilməklə sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən kompensasiya verilmək yolu ilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürüldüyündən, məhkəmə tərəfindən cavabdehin sözügedən mənzil üzərində istifadə hüququnun mövcud olub-olmamasının müəyyən edilməsi zərurəti də aradan qalxmışdır. Başqa sözlə, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun mövcud olduğunu qəbul edərək, bu hüquqa kompensasiya verilməsi yolu ilə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh Cavabdeh kompensasiya verilməsi yolu ilə onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürməyə hüququ vardır. Kompensasiyanın məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, kompensasiya mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AS **-***/** nömrəli ekspert rəyində mübahisəli mənzilin kirayə haqqı olaraq göstərilmiş məbləğ nəzərə alınmalı, iddia təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 152, 157.2, 228.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri
13. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki hallarının ciddi təhrifi, maddi hüquq normalarının səhv tətbiqi, prosessual hüquq qaydalarının kobud pozulması və iş üçün həlledici əhəmiyyət daşıyan mühüm faktiki halların araşdırılmaması nəticəsində formalaşmışdır. Məhkəmə onun və azyaşlı övladlarının konstitusiya ilə təmin olunmuş hüquqlarını, sosial-iqtisadi vəziyyətini, mənzil üzərində istifadə hüququnun yaranma və qanuni bərpa edilməsi prosesini nəzərə almamış, yalnız iddiaçının mənafeyini əks etdirən birtərəfli mövqe tutmuşdur. Mübahisə predmeti olan mənzil - ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 67,57 kv/m, yaşayış sahəsi 46,36 kv.metr olan yaşayış sahəsi uzun illər boyu anası Nurəddinova Mirvari Rəcəb qızının xüsusi mülkiyyətində olmuşdur. O, bu mənzildə ailə üzvü kimi qanuni əsaslarla yaşamış, burada ailə həyatı qurmuş və rəsmi qaydada qeydiyyatda olmuşdur. Bu mənzil onun üçün yalnız yaşayış yeri deyil, həm də doğulub böyüdüyü,ailə qurduğu və iki azyaşlı övladının dünyaya gəldiyi yeganə yuva olmuşdur. 2020-ci ildə anası Nurəddinova Mirvari Rəcəb qızı ciddi xəstəlik - insult keçirmiş və onun səhhəti kəskin şəkildə pisləşmişdir. Səhhətinin ağırlaşması və ehtimal olunan vəfat etmə riskinə görə anası öz mülkiyyətində olan mənzili nəvəsi Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızına bağışlamaq qərarına gəlmişdir. Lakin bu proseslər onun xaricdə olduğu dövrdə baş vermişdir və onun bu barədə heç bir məlumatı olmamışdır. O, xaricdə ikən, iddiaçı İddiaçı və anası Nurəddinova Mirvari Rəcəb qızı onun xəbəri, razılığı və iştirakı olmadan Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun mənzilə istifadə hüququnun ləğv edilməsi tələbi ilə iddia qaldırmışlar. Həmin məhkəmə prosesi zamanı o, Misir Ərəb Respublikasında olduğu üçün məhkəməyə çağırış vərəqələri ona qanuni qaydada çatdırılmamış, prosessual müdafiə hüquqndan məhrum edilmişdir və məhkəmə qərarının qəbul edilməsi zamanı öz mövqeyini bildirmək və dəlillərinə istinad etmək imkanı olmamışdır. Nəticə etibarilə məhkəmə onun iştirakı və razılığı olmadan onun qeydiyyatdan çıxarılması və mənzilə istifadə hüququnun itirilməsi barədə qərar çıxarmışdır. Bu qərar prosessual hüquq normalarının pozulması şəraitində qəbul edilmişdir və ədalət prinsiplərinə tam zidd olmuşdur. Məhkəmə qərarının qəbulundan sonra, ## ####### 2021-ci il tarixində anası Nurəddinova Mirvari Rəcəb qızı ilə iddiaçı İddiaçı arasında bağışlama müqaviləsi imzalanmış və bu əsasda mübahisəli mənzil ## ####### 2021-ci il tarixində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bütün bu hüquqi prosedurlar onun xəbəri və razılığı olmadan, iştirakı və hüquqlarının müdafiəsi təmin edilmədən reallaşdırılmışdır. 2022-ci ildə o, Misir Ərəb Respublikasından Azərbaycana qayıtmış və qayıtdıqdan sonra öyrənmişdir ki, onun qeydiyyatı birtərəfli qaydada ləğv edilmiş və mənzil artıq bacısının qızı Sevincin mülkiyyətinə keçmişdir. Bu vəziyyəti dərk etdikdən sonra o, dərhal hüquqi məsləhət almağa və öz hüquqlarını bərpa etməyə çalışmışdır. O, Sevinclə əlaqə saxlamış və ona müvəqqəti olaraq mənzildə yaşamağa icazə verəcəyini bildirmişdir. Ona etibar edərək ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Hətta Sevinc onu rəsmi qaydada qeydiyyata almışdır. O, düşünmüşdür ki, ailə üzvləri arasında məsələ mehribanlıq çərçivəsində həll olunacaq və o və azyaşlı övladları öz doğma evində sabit yaşayış qura biləcək. Lakin onun qeydiyyata alınmasından qısa müddət keçdikdən sonra Sevinc Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun qeydiyyatdan çıxarılması barədə iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, e- *-*(***)-****/**** nömrəli qərarı ilə iddiası təmin edilmiş və onun qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilmişdir. O bu qərara qarşı dərhal apellyasiya şikayəti vermişdir və ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərarını ləğv etmişdir. Beləliklə, onun qeydiyyatı qanuni qaydada bərpa olunmuş və mənzildə yaşayış-istifadə hüququ apellyasiya məhkəməsi tərəfindən tanınmışdır. Bu, onun hüququnun qanuniliyinin və əsaslılığının əyani sübutudur. Qeydiyyatı bərpa olunduqdan sonra o, iddiaçıya qarşı mənzilə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə mülki iddia qaldırdı. İddia onunla əsaslandırılırdı ki, bağışlanma müqaviləsi onun xəbəri, razılığı və iştirakı olmadan bağlanmışdır və onun qanuni hüquqlarını pozur. Məhkəmə prosesi davam edərkən iddiaçı və anası onunla danışdılar və ona əmin-amanlıq verdilər ki, əgər o iddiasını geri götürsə, mənzili satacaqlar və satışdan əldə olunan vəsaitin yarısını ona verəcəklər. Onlar bildirdilər ki, məsələni ailə daxilində sülh yolu ilə həll edəcəklər. O bu vədə inanaraq iddianı geri götürdü və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmədi və iş baxılmamış saxlanıldı. Lakin iddiaçı və anası ona verdikləri sözü yerinə yetirmədilər və onu aldatdılar. Mənzil satılmadı və ona vəd olunan pul ödənilmədi. Əksinə,çox qısa müddət keçdikdən sonra iddiaçı məhkəməyə növbəti iddia qaldıraraq, ona kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasını tələb etdi. İddiaçı öz tələbini təqdim edərkən məhkəmədən ekspertiza təyin edilməsini xahiş etdi. "xxxx" MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AS 09- ***/** nömrəli ekspert rəyinə əsasən, mübahisəli mənzilin hal-hazırkı orta bazar dəyəri 107.000 manat, orta aylıq kirayə dəyəri 350 manat təşkil edir. Ekspert rəyində həmçinin qeyd edilmişdir ki, mənzilin 3 il üzrə aylıq kirayə dəyəri cəmi 12.600 manat təşkil edir. Məhkəmə prosesi zamanı o və vəkili vəkil1 ardıcıl şəkildə bildirdilər ki, iddia tələbini qəbul etmirlər və təklif olunan kompensasiya məbləği ilə razı deyillər. O, məhkəməyə izah etdi ki, onun 2 azyaşlı övladı vardır - X1 və Ağazadə Əminə Ramin qızı. Onun maddi-iqtisadi vəziyyəti son dərəcə ağırdır. O, gündəlik yaşayış xərclərini, uşaqlarının qidalanmasını və digər zəruri tələbatlarını çətinliklə ödəyir. Onun və ailəsinin başqa yaşamağa heç bir yeri yoxdur və 12.600 manat məbləğində kompensasiya ilə heç bir yaşayış sahəsi əldə etmək mümkün deyildir. Bu məbləğ mənzilin real bazar dəyərinin yalnız 11,7%-ni təşkil edir. Mənzilin hətta 1/4 hissəsi 26.750 manat olmasına baxmayaraq, təklif olunan məbləğ bundan da aşağıdır. Bu məbləğ ilə nəinki Sumqayıt şəhərində, hətta Bakı şəhərində də heç bir yaşayış sahəsi əldə etmək mümkün deyildir. Bu məbləğ kiçik bir mənzilin ilkin ödənişi üçün də kifayət etmir. O və vəkili məhkəməyə təklif etdilər ki, mənzil açıq bazarda satılsın və satışdan əldə olunan vəsait tərəflər arasında ədalətli şəkildə bölünsün. Belə həll yolu həm iddiaçının, həm də onun və azyaşlı övladlarının mənafeyini təmin edərdi. Lakin məhkəmə bu təklifi nəzərə almadı. Məhkəmə qətnamədə göstərdi ki, kompensasiya müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Lakin məhkəmə bu prinsipi tətbiq edərkən yalnız ekspert rəyində göstərilən 3 il üzrə kirayə dəyərinə istinad etdi və bu məbləğin onun və iki azyaşlı övladının real yaşayış hüququnu təmin edib-etməyəcəyini araşdırmadı. Məhkəmə nəzərə almadı ki, 12.600 manat məbləği yalnız məhdud 3 il müddətinə kirayə mənzildə yaşamaq üçün nəzərdə tutulmuşdur. Üç il keçdikdən sonra o və azyaşlı övladları heç bir sığınacaq yerə malik olmayacaqlar. Məhkəmə onun sosial-iqtisadi vəziyyətini, iki azyaşlı övladının olmasını, maddi imkanlarının məhdudluğunu, başqa yaşayış yerinin mövcud olmadığını nəzərə almadı. Məhkəmə həmçinin nəzərdən qaçırdı ki, o bu mənzildə uzun illər yaşamışdır və onun istifadə hüququ Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən rəsmi qaydada bərpa edilmişdir. Məhkəmə diqqətdən kənarda qoydu ki, bağışlanma müqaviləsi onun xəbəri və iştirakı olmadan bağlanmışdır və o bu müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir, lakin iddiaçı və anası onu aldadaraq vədlər verməklə iddianı geri götürməyə məcbur etmişdilər. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi maddi hüquq normalarının səhv tətbiqi, prosessual hüquq normalarının pozulması və iş üçün həlledici əhəmiyyət daşıyan mühüm faktiki halların araşdırılmaması nəticəsində qəbul edilmişdir. Qətnamə qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
16. Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi vəkil vəkil2 İlqar oğlu isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixli iclasında məhkəmə kollegiyasının təklifini nəzərə alaraq iddiaçının nümayəndəsi mənzilə istifadə hüququnun xitam verilməsi ilə əlaqədar iddiaçının 15.000 manat məbləğində kompensasiya verməsinə razı olduğunu bildirdi.Cavabdeh isə həmin təkliflə razı olaraq etiraz etmədiyini bildirdi.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
21. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2007-ci il tarixli qərarı:
Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və onun uşaqlarına ödəniləcək kompensasiya məbləği hər biri üçün 5.000 manat olmaqla, cəmi 15.000 manat təşkil etməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkili iddiaçı ilə əlaqə saxlayaraq məhkəmə tərfindən təklif edilmiş cəmi 15.000 manat kompensasiya ilə razılaşdığını bildirmişdir.
24. Belə ki, cavabdeh və onun uşaqlarına həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AS **-***/** nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60 ünvanında yerləşən ** saylı mənzilin hal-hazırkı orta bazar dəyəri ## ######## 2025-ci il tarixinə 107000 manat, orta aylıq kirayə dəyəri 350 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60 ünvanında yerləşən ** saylı mənzilin hazırkı dövrdən nisbəti 3 il üzrə aylıq kirayə dəyəri 12600 manat təşkil edir.
25. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdeh və onun uşaqlarına istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab edir.
26. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd olunur ki,”... Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərar).
27. Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”.
28. İşin hallarına əsasən də müəyyən olunur ki, iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində cavabdehlərə 12600 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etsə də, iddiaçının nümayəndəsi həmçinin məhkəmə iclasında cavabdeh və onun uşaqlarına hər birinə 5.000 manat olmaqla cəmi 15.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən kompensasiya məbləğinin məbləği barədə düzgün nəticəyə gəlmədiyindən qətnamə dəyişdirilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, ** saylı mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh, X1 və Ağazadə Əminə Ramin qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 60, ** saylı mənzildən cəmi 15.000 (on beş min) manat kompensasiya məbləğinin verilməsi ilə eyni vaxtda çıxarılsınlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.