Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-499/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh1, Cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 vəkili və nümayəndəsi İsmayılov Səlimxan İsa oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025- ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında bağlanmış nikah ##.##.2003-cü il tarixli qətnamə əsasında pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Qayıbxanova soyadı verilmişdir.
2. ##.##.2022-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, ümumi sahəsi 54.53 kv/m olan, ünvan 2 ünvanında yerləşən ** saylı mənzil, tam hissə ilə cavabdeh3 Oruc oğlu tərəfindən İddiaçı bağışlanmışdır. MH seriyalı, ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Naxçıvanski küçəsi, ** saylı evin, ** saylı mənzili cavabdeh3 Oruc oğlunun adına xüsusi mülkiyyət kimi ##.##.1997-ci il tarixdə qeydiyyatdan keçirilmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı cavabdeh3 Oruc oğlunun cavabdeh İddiaçı qarşı bağışlama müqaviləsindən imtina edilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı cavabdeh3 Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, cavabdeh1, cavabdeh3 və cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
5. Daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ofisinin rəhbəri Mustafayev İlqar Mütvəli oğlu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən ** saylı binada 3 otaqlı mənzilin aylıq kirayə haqqı 750-800 manat təşkil edir.
6. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MEB-***-**** saylı Qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin hal-hazırda olan bazar dəyəri 131,500 manat, likvid qiyməti isə 118,300 manat təşkil edir. ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin orta aylıq kirayə dəyəri 540 manat təşkil edir.
7. AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh1, cavabdeh3 və cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 19440 manat kompensasiya verilməklə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ** saylı binanın ** saylı mənzilindən 18000 manat kompensasiya verilməklə çıxarılması və ödədiyi 100 manat dövlət rüsümunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ** saylı binanın, ** saylı mənzil onun xüsusi mülkiyyətindədir. Bu mənzil ona atası cavabdeh3 Oruc oğlu tərəfindən 2022-ci ildə bağışlanılmışdır. Həmin müqavilənin surətini ərizəsinə əlavə edir. Hal-hazırda mənzildə onun keçmiş həyat yoldaşı cavabdeh1 və onun iki övladı cavabdeh3 ilə cavabdeh2 da qeydiyyatda olmaqla yaşayırlar. O, keçmiş həyat yoldaşı cavabdeh1 ilə rəsmi olaraq boşanmış və bu barədə nikahın pozulması haqqında Nizami Rayon Məhkəməsinin qətnaməsidə vardır. Həmin qətnamənin surətini ərizəsinə əlavə edir. Onlar rəsmi olaraq boşanmışlar və cavabdehlərin onun şəxsi mülkiyyətində olan mənzilində qeydiyatda qalması və yaşaması qanunvericilliyin tələblərinə uyğun gəlmir. Buna görədə o, cavabdeh1, cavabdeh3 ilə cavabdeh2 kompensasiya verməklə onların mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025- ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh1, cavabdeh3 ünvan 2 ünvanında yerləşən ** saylı mənzildən istifadə hüquqlarına ümumilikdə 19440 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh1, cavabdeh3 əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzilindən çıxarılması, İddiaçı 19440 manat kompensasiya məbləğinin alınıb cavabdeh1, cavabdeh3 verilməsi ilə cavabdeh1, cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X1).
11. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri cavabdehlərin mübahisəli mənzildə yaşadıqları vaxtdan başlanmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 1997-ci ildən etibarən yarandığından və belə mübahisələr köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə analoji məhkəmə işləri üzrə təcrübəni nəzərə alaraq hesab etmişdir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi 19440 manat kompensasiya ilə cavabdehlər təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Analoji məhkəmə işləri üzrə məhkəmə təcrübəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 19440 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Məhkəmə əlavə olaraq mövcud məhkəmə tərübəsini nəzərə alaraq qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi, cavabdehlərin həmin mənzildə faktiki yaşamaları ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdehlərdən X5 həmin mənzildə pasport qeydiyyatında olsa da, faktiki həmin mənzildə yaşayaraq təsərrüfat aparmır, o, ailə quraraq başqa mənzilə köçmüşdür. Hazırki iş üzrə tətbiq edilən 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. və iddia tələbi cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi baxımından əsaslıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Əlavə olaraq, məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələbində cavabdehlərin mənzildən çıxarılmalarını da tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh2 həmin mənzildə faktiki olaraq yaşamaması nəzərə alınmaqla, iddia tələbi həmin hissədə qismən təmin edilməklə, cavabdehlər cavabdeh1 və cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxarılmalıdırlar.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, 43-cü maddələrinə, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü, 54-cü, 60-cı, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci, 34.1-ci, 152.1-ci, 152.3-cü, 152.5-ci, 228-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» ##.##.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizamirayonu, C.Naxçıvanski küçəsində yerləşən ** saylı binada 3 otaqlı mənzilin aylıq kirayə haqqı 750- 800 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MEB-***-**** saylı Qiymətləmdirmə hesabatından göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 21 ünvanında yerləşən ** saylı mənzilin hal-hazırda olan bazar dəyəri 131,500 manat, likvid qiyməti isə 118,300 manat təşkil edir. ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin orta aylıq kirayə dəyəri 540 manat təşkil edir. “xxxx” MMC tərəfindən mənzilə baxış keçirilmədən məhkəməyə təqdim etdiyi rəy həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləğində mübahisə olduğu halda, təqdim edilmiş rəylər də ziddiyətin olması, habelə cavabdeh cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqları olduğu halda, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ** saylı mənzildən Məmmədazadə Humay Yalçın qızının istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsinə düzgün hüquqi qiymət verilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili, eyni zamanda cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş və izahatına əlavə olaraq bildirmişdir ki, o, müəyyən edilmiş qiymətlə razı deyildir. Evlərin qiymətləri hər kəsə məlumdur. Ən azından hər birilərinə ayrı-ayrılıqda 25.000 manat versin ki, onlara uyğun ev ala bilsinlər.
17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, təkliflə razılaşmır. Barışıqla bağlı o, 25.000 maksimum 30.000 manat verə bilər. Ev onun atasına məxsus olub. Ev artıq satılıb. Bugün sabah yeni sahibləri evə qeydiyyata düşəcək.
d) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyasının: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1 maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. e) Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Cavabdehlər tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
27. Hazırkı işin faktiki hallarına əsasən mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil ona atası tərəfindən bağışlama müqaviləsi əsasında bağışlanmışdır. Hazırkı cavabdehlərdən cavabdeh1 iddiaçı ilə nikaha 1992-ci ildə daxil olmuş, digər cavabdehlər Veyisova Humay Yalçın qızı ##.##.1996-cı ildə və cavabdeh3 ##.##.1993-cü ildə doğulmuşlar. Sözügedən mənzil isə iddiaçının atasının adına 1997-ci il tarixdən rəsmi qeydə alınmışdır. Hazırda iddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehlərə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
28. Cavabdehlərin ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadıqlarının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur.
29. Həmin mənzil isə 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 54.53 kv.m.-dir. Cavabdeh cavabdeh1 1992-ci ildə mübahisəli mənzilə gəlin köçmüş, hal-hazıradək övladları ilə birlikdə orada yaşayır.
30. Beləliklə, cavabdehlərə qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu ## ######## 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
31. İddiaçı ümumi sahəsi 54.53 kv.m-dan ibarət olan ona məxsus 3 otaqlı həmin mənzildə cavabdehlərlə birlikdə yaşaması mümkün olmadığı üçün tərəfindən cavabdeh1, cavabdeh3 və cavabdeh2 ümumilikdə 19440 manat məbləğində kompensasiya ödənilməklə həmin mənzil üzərində cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almış, və hesab etmişdir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 19440 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2007ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir.
32. Lakin məhkəmə kollegiyası kompensasiya məbləği ilə bağlı qeyd edir ki, mübahisəli mənzil 3 otaqdan ibarət olmaqla 54.53 kv.m sahəyə malikdir. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin # ##### 2026-cı il tarixinə: Bazar dəyəri: 138.000 manat, Kirayə haqqı: 550.0 manat təşkil edə bilər. Apellyasiya baxışı zamanı İddiaçı tərəfindən cavabdehlərə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq onların istifadə hüququna 25.000 manat müqabilində xitam verilməsini istəmişdir. Kollegiya qeyd edir ki, ümumilikdə 25000 manat kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, mülkiyyətçinin cavabdehlərə təklif etdiyi kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.
33. Kollegiya qeyd edir ki, kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə baxılarkən kompensasiyanın məbləği ayrıca olaraq iddianın predmeti hesab edilmir. Bu kimi hallarda kompensasiya sadəcə nəticəni deyil, onun tımin edilməsinin zəruri şərtidir. Məhkəmə kollegiyası tərəfindən cavabdehlər cavabdeh1, cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya kimi 35000 manat ödənilməsini iddiaçıya təklif etmiş, iddiaçı isə ümumiyyətlə həmin təklifi qəbul etmədiyini və ödəməyəcəyini bildirmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə də iddiaçı evin mülkiyyətçisi olduğundan, həmin ev cavabdehlərlə birlikdə birgə mülkiyyətdə olmadığından, cavabdehlərin mənzildən yalnız istifadə hüququ olduğundan iddia tələbi kompensasiya məbləğinin itiriləcək istifadə hüququnun ədalətli əvəzinə bərabər olmadığı üçün Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına müvafiq olaraq təmin edilməməlidir. Yəni hazırki halda iddiaçı məhkəmənin təklif etdiyi kompensasiyanı ödəmək niyyətinin olmadığını bildirdiyindən istifadə huququna xitam verilməsi üçün qanunla tələb edilən şərt mövcud olmamışdır.
34. Cavabdehlərin isə tələb etdiyi hər birinə 25000 manat məbləğində kompensasiyaya münsibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğ iddiaçıya məxsus mənzilin qiymətinin təqribən yarısından çoxunu təşkil edir. Halbuki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Qeyd edilməlidir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Nə qədərki, sözügedən mənzildən birlikdə istifadə etməklə yaşamışlar və ödənilən kompensasiya da bu kimi mənzildə birgə yaşamanı istisna etmir.
35. Bundan əlavə məhkəmə kollegiyası cavabdehlərdən X5 dair hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, sonuncu mübahisəli mənzildə pasport qeydiyyatında olsa da, faktiki həmin mənzildə yaşayaraq təsərrüfat aparmır, o, ailə quraraq başqa mənzilə köçmüşdür. Hazırki iş üzrə tətbiq edilən 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Cavabdeh cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermədiyindən ona dair hissədə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
36. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh1 və cavabdeh3 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabdehlərə ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh1 vəcavabdeh3 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabdehlər cavabdeh1 və cavabdeh3 ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin aparılmasına sərf edilmiş mütəxəssis xərci kimi 600 manat məbləğində pul İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.