Məhkəmə qərarları › İş №2(3-10)-333/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-333/2026

18.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-333/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma” tələbi, qüvvə) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Nemət qızının və cavabdeh cavabdeh2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, */*** saylı evin * saylı mənzilinə cavabdeh2 istifadə hüququna 5000 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdeh2 və cavabdeh1 2013-cü il təvəllüdlü X2 və 2014-cü il təvəllüdlü X4 adlı övladları ilə birlikdə mənzilindən çıxarılması və həmin mənzilə özünün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi */*** saylı evin, * saylı mənzil onun xüsusi mülküdür. Mülkiyyət hüquqları ##.##.2012-ci ildən qeydə alınmışdır. Cavabdeh cavabdeh2 oğlu, cavabdeh1 sonuncunun arvadıdır. Onlar 2013-cü ildə evlənmişlər. Evləndikdən sonra Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi */*** saylı evin, * saylı mənzilində yaşayırlar. Birgə evlilikdən onların 2013-cü il təvəllüdlü Nihad, 2014-cü il təvəllüdlü Nihal adlı uşaqları olmuşdur. Mənzil onun mülkiyyətində olmasına baxmayaraq cavabdehlər onu öz mənzilinə buraxmırlar. O, Mingəçevir şəhərinə gələndə mülkiyyətində olan mənzili olduğu halda başqa şəxslərin evində gecələməli olur. Bundan başqa cavabdehlər mənzilin kommunal və xidmət xərclərini ödəmədiklərindən borc məbləği yaranır və həmin borc mənzilin mülkiyyətçisi o olduğundan borc məbləği də ona yönəlir. Dəfələrlə cavabdehlərdən evini tərk etməyi tələb etməyinə baxmayaraq, qapını belə onun üzünə açmırlar.

3. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia təmin olunmuş, cavabdeh cavabdeh2 və uşaqları ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X2 12000 (on iki min) manat kompensasiya ödənilməklə, 902011000523-05101-****** reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1, onların uşaqları ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X2 ilə birlikdə 902011000523-05101-****** reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, iş üzrə ekspertiza xərci olan 400 manat cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC Qara Qarayev filialı, Kod 200145, VÖEN9900003611, SWIFT kod AIIBAZ2X, M/h:AZ37NABZ013501**********1944, VÖEN 1604059991, AZ90AIIB40060019440817272114) ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.3-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2024-cü il tarixli 27486 №li mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ##.##.2024-cü il tarixli 358 №li * saylı MIS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mənzil İddiaçı məxsusdur. Həmin evdə cavabdeh2, Rzayeva (Kərimova) Şəhrizad Rahat qızı, cavabdeh1, X2 və X5 da qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən */*** saylı evin * saylı mənzili ümumi sahəsi 43.55 kv.m. olmaqla xüsusi mülkiyyət növündə tam payla ##.##.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AZ-İ 802903 №li ##.##.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X3 ##.##.2012-ci il tarixdə Bərdə rayon, Güloğlular kənd IƏD üzrə icra nümayəndəliyində 28 №li nikah qeydi bağlamışdır. ##.##.2025-ci il tarixdə verilmiş 7886249 №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh2 ##.##.2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 811464 №li ##.##.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, cavabdeh2 ilə X1 ##.##.2013-cü ildə Mingəçevir şəhər Nikah evində 54 №li nikah qeydi bağlamışdır. AZ-III 708918 №li ##.##.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 ##.##.2016-cı ildə Bərdə rayonunda anadan olmuş, atası cavabdeh2, anası cavabdeh1dır. AZ-III 413331 №li ##.##.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2013-cü ildə Xırdalan şəhərində anadan olmuş, atası cavabdeh2, anası cavabdeh1dır. ##.##.2025-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən */*** saylı evin * saylı mənzilinə baxış keçirilmişdir. Mənzildə qeydiyyatda olan və yaşayan cavabdeh2 2012-ci ildən bugünə kimi ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayır. Rzayeva (Cəfərova) Serbiya Kərim qızı 2012-ci ildə ikinci dəfə ailə həyatı quraraq Bərdə rayon, Gərənə kəndinə ərə gedib və 2012-ci ildən bugünə kimi həmin mənzildə yaşamır. ##.##.2025-ci il tarixli **-***/** saylı “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən */*** saylı evin * saylı mənzilin ##.##.2025-ci il tarixə bazar dəyəri 45000 manat, orta aylıq kirayə haqqı 2023-cü il tarixə 100 manat, 2024-cü il tarixə 150 manat, 2025-ci il tarixə 200 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı İddiaçı onun, yəni cavabdeh2 anasıdır. Verilmiş iddia tələbi ilə bağlı bildirir ki, onlar ilkin olaraq Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən ** saylı evin ** saylı mənzilində yaşamışlar. Daha sonra həmin mənzili 39000 (otuz doqquz min) ABŞ dolları məbləğdə pula sataraq Mingəçevir şəhərinin Ə.Vahid küçəsində yerləşən mənzil almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları, Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən */*** saylı evin * saylı mənzilini almışlar. Elə mənzili alan kimi o cavabdeh1 ilə ## #### 2013-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra həyat yoldaşı cavabdeh1 onun yaşadığı, Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən */*** saylı evin * saylı mənzilinə gəlin köçmüş, özünə məxsus cehiz əmlaklarını qeyd olunan mənzilə yerləşdirmiş və hazırki vaxtadək birlikdə yaşayırlar. ## ###### 2013-cü il təvəllüdlü oğlu X2 və ## ###### 2016-cı il təvəllüdlü qızı X5 mənzildə dünyaya gəlmişlər. Anası İddiaçı isə 2012-ci ildə 2-ci dəfə ailə qurmuş və Bərdə rayonun Gərənə kəndinə gəlin köçərək hazırki vaxtadək orada yaşayır. Onun 2-ci əri rəhmətə gedəndən sonra miras qalmış əmlakı anası qəbuletmiş və hazırda yeni fərdi yaşayış evi inşa etdirmişdir. Anası 2012-ci ildən Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən */*** saylı evin * saylı mənzilində yaşamır. Qeyd olunan mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır. Onların başqa yaşamağa yeri yoxdur. X7 təklif etdiyi 12000 (on iki min) manat kompensasiya ilə o özünə və ailə üzvlərinə ayrıca yaşayış sahəsi ala bilmər. Onların həmin mənzildən başqa yaşamağa heç bir yeri yoxdur. Təklif olunan kompensasiyanın məbləği çox aşağı məbləğdədir. Hesab edir ki, ona təklif оlunаn kоmpensаsiyаnın məbləği, Mingəçevir şəhərinin ərаzisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə оnа oxşar şəraitdə dаvаmlı yaşamağa imkanı vermir və onun mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. Bildirirəm ki, iddiaçı ən azı ona və ailə üzvlərinə 20000 (iyirmi min) manat kompensasiya təklif etməlidir.

8. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Nemət qızı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

25. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

26. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri, 14-cü Bağ küçəsi, ** saylı bağ evi iddiaçıya məxsusdur. Iddiaçı həmin evi alqı-satqı müqaviləsinə əsasən almış və həmin evdə iddiaçının mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər cavabdeh2 onun oğlu, cavabdeh1 isə Şəhriyarın arvadı, iddiaçının gəlindir. ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X5 iddiaçının nəvələridir. Işin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2012-ci il tarixdə ikinci dəfə ailə həyatı qurmuş və Bərdə rayonuna köçmüşdür. Hazırda onun mülkiyyətində olan mənzilindən istifadə hüququna cavabdehlər tərəfindən maneələr yaradılmışdır. Cavabdeh cavabdeh2 iddiaçının 2012-ci ildə getdikdən sonra həmin mənzildə onların yaşadığını və veriləcək kompensasiya məbləği ilə yaşamağın mümkün olmadığını bildirmişdir. Məhkəmə qiymətləndirici rəyi almışdır. Həmin rəydə oxşar yaşayış evlərinin aylıq kirayə haqqının 200 manat olduğu qeyd olunmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçının oğlu və nəvələri iddiaçının ailə üzvü sayılır. Ona görə onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Cavabdehlərin müəyyən müddətə yaşayış sahəsi ilə təmin olunması üçün məhkəmə həmin mənzilə oxşar mənzillər üzrə kirayə qiymətini nəzərə alaraq kompensasiya məbləğini 12000 manat müəyyən etmişdir. Həmin məbləğin cavabdeh cavabdeh2 və nəvələrinə ödənilməsi iddiaçıya təklif edilmişdir. Iddiaçı həmin məbləğin cavabdeh cavabdeh2 ödənilməsinə etiraz etməmişdir. Beləliklə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Iddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləği cavabdehlərə Mingəçevir şəhərində ağlabatan müddət ərzində əvvəlki yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış evində yaşamaq imkanı verməklə yanaşı, hətta özlərinə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, 12000 manat kompensasiya məbləği mənzilin dəyərinin (işə əlavə edilmiş qiymətləndirici rəyə əsasən mənzilin bazar dəyəri 45000 manat təşkil edir) təxminən üçdə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir. Belə olan halda cavabdeh cavabdeh2 və onun uşaqlarına 12000 (on iki min) manat kompensasiya verilməklə qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Cavabdeh cavabdeh1 münasibətdə isə o, iddiaçının ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ mövcud olmamışdır. Ona görə də iddiaçı haqlı olaraq cavabdeh1 kompensasiya məbləği ödənilmədən mənzildən çıxarılmasını tələb etmişdir.

28. Cavabdeh cavabdeh2 şikayətində getməyə başqa yaşayış yerinin olmaması səbəbindən iddianın rədd edilməsini xahiş etsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi real bazar qiymətlərinə uyğun olaraq kifayət qədər kompensasiya məbləği müəyyən etmişdir.

29. Göründüyü kimi cavabdeh ailə üzvləri ilə birlikdə hazırki yaşayış sahəsinə uyğun və oxşar şəraitli yaşayış sahəsində yerləşə bilməsi üçün kifayət edəcək kompensasiya məbləği əldə edəcəkdir.

30. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

31. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub.

32. Yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər.

33. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar