Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1095/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 1901/0648 saylı “X4”nə xitam verilməsi, İddiaçı mülkiyyətində olan “KİA” markalı “Forte” modelli, **-PD-*** qeydiyyat nömrəli avtomaşını cavabdehin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, cavabdehdən onun xeyrinə 11.826 manat əsas lizinq borcu, 3.120 manat lizinqdən istifadəyə görə faiz borcu, 3.050 manat hesablanmış penya olmaqla, cəmi 17.997 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 1901/0648 saylı X3 əsasən İddiaçı Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilən və ümumi dəyəri 17.900 manat olan 1 ədəd “KİA” markalı “FORTE” modelli, **- PD-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, cavabdehə müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsində 12.530 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq müqaviləsinə 2 nömrəli Əlavədə (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı X2 14.1-ci maddəsinə əsasən, Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına Lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, cavabdeh cəmi 4 ay, hər ay 512 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, müqavilənin ləğv edilməsi və avtomobilin iddiaçıya qaytarılması tələbini qəbul edir, lakin pul tələbini qəbul etmir. Belə ki, xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı X4 bağlanarkən avtomobilin dəyərindən təqribən 8-9.000 manatı iddiaçıya ödəmişdir. Həmin məbləğə avtomobilin dəyərinin 30%-i, sığortası, qeydiyyata alınması xərcləri daxil olmuşdur. Lizinq ödənişləri 4 ay etmişdir. Daha sonra avtomobilin ödənişlərini digər şəxs edəcəkdi, lakin o, ödənişləri etməmiş və avtomobili özündə saxlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı X3 əsasən lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş “KİA Forte” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 17.900 manat təşkil edir. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 27% təşkil edir. Müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan hər ayın 13-ü tarixində bərabər miqdarda olmaqla xx xxxxxx 2022-ci il tarixədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəliyinə götürür. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan avtomobilin 30%-ni 5.370 manat məbləğində avansı bu müqavilə imzanladığı andan ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən alınan lizinq məbləği avtomobilin dəyərinin 70%-i, 12.530 manat təşkil edir. Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirdiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.5% məbləğində cərimə pulunun ödənilməsini tələb edir. Lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Qeyd olunan Müqaviləyə 1 saylı Əlavəyə əsasən “KİA Forte” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən İddiaçındən təhvil alınmışdır. Qeyd olunan Müqaviləyə 2 saylı Əlavəyə əsasən lizinq ödənişlərinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən başlamaqla, xx xxxxxx 2022-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur; AD seriyalı, 665619 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Forte” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir; İddiaçı tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışına əsasən Cavabdeh müqavilə üzrə verilən lizinq məbləği 12.530 manatdır, cavabdeh tərəfindən sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə 512 manat ödəniş edilmişdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 6580/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan “KİA Forte” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarının (buraxılış ili 2015, ban-KNAFK4A65G5573095) Cavabdeh və başqa şəxslərə qadağan edilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı X4 bağlanmış və həmin müqavilə üzrə Lizinq verən İddiaçı lizinq obyekti olan “KİA Forte” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alan Cavabdeh lizinqə verilmişdir. Lizinq alan 17.900 manat dəyəri olan avtomobilin 30%-ni, yəni 5.370 manatını lizinq verənə ödəmiş, avtomobilin dəyərinin 70%-ni, 12.530 manatını isə 36 ay müddətinə, 27 % dərəcəsinə lizinqə vermişdir. Cavabdeh iddiaçıya 4 ay müddətində 512 manat olmaqla cəmi 2.048 manat məbləğində ödəniş etmiş, qalan ödənişləri isə müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı mülkiyyətində olan “KİA Forte” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarının Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. Hazırda iddiaçı xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı Daxili lizinq müqavilənin ləğv edilməsini, avtomobilin iddiaçıya qaytarılmasını, habelə 11.826 manat əsas borcun, 3.120 manat faiz borcun, 3.050 manat hesablanmış penya, cəmi 17.997 manat borcun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla yanaşı, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, lizinq müqaviləsi ləğv edilərək lizinq obyekti olan avtomobil iddiaçıya geri qaytarılmalıdır. Lakin məhkəmə iddia tələbinin lizinq borcunun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, lizinq obyekti - “KİA Forte” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər cavabdehin istifadəsində olmuş və cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq 4 ay, hər ay 512 manat məbləğində olmaqla iddiaçıya ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə 2020-ci ilin noyabr ayında müraciət olunduğu nəzərə alınaraq müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 7 ay müddətində ödənişlər edilməmiş, bu isə cəmi 3.584 manat (7 ay x 512 manat) təşkil edir. Lizinq münasibətlərini tənzimləyən qanunvericiliyə əsasən cavabdeh istifadə etdiyi lizinq predmetinə görə müzd ödəməyi öhdəsinə götürür, iddiaçı isə məhkəməyə 2020-ci ilin noyabr ayında müraciət etmiş, eyni zamanda iddiaçının vəsatəti təmin edilərək lizinq predmetinin istifadəsi cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı isə hazırda cavabdehdən həmin vaxtdan sonra istifadə etmədiyi lizinq obyektinə görə də muzdun ödənilməsini tələb edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 3.050 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə əsas və faiz borcu olaraq 3.584 manat, cərimə olaraq 300 manat, cəmi 3.884 manat məbləğində borc tutulmalı olsa da, nəzərə alınmalıdır ki, lizinq predmeti alınarkən onun 30% dəyərini təşkil edən 5.370 manatı cavabdeh ödəmiş və hazırda lizinq predmeti iddiaçıya verilərkən o, həmin məbləğdə cavabdehin hesabına varlanmış olur. Bunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırda cavabdehdən iddiaçının xeyrinə 3.884 manat məbləğində borc tutulmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan “KİA Forte” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçınə qaytarılmalı, iddia digər hissədə təmin edilməməli, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 1901/0648 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan “KİA Forte” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1095/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1095/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver