Məhkəmə qərarları › İş №e-2-2(3-9)-157/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-157/2026

16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-157/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, cavabdeh Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə iştirakları ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2017-ci il tarixli “1690-GL/17” nömrəli nömrəli müqavilə üzrə 6340 (altı min üç yüz qırx) manat qalıq borc, 8747,76 (səkkiz min yeddi yüz qırx yeddi manat 76 qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 15087,76 (on beş min səksən yeddi manat 76 qəpik) manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 manat (beş yüz yetmiş altı manat 28 qəpik) pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” ASC (“xxxx”) ilə Cavabdeh arasında ##.##.2017-ci il tarixli “1690-GL/17” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan Cavabdeh lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh Cavabdeh ##.##.2017-ci il tarixli “1690-GL/17” nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixinə 6340 (altı min üç yüz qırx) manat qalıq borc, 8747,76 (səkkiz min yeddi yüz qırx yeddi manat 76 qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 15087,76 (on beş min səksən yeddi manat 76 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti (cəmiyyət) adlandırılmış, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə (agentlik) keçmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddır. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün İddiaçı ilə “xxxx” MMC arasında hüquq xidmətlərinin satın alınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş edib iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ****-GL/** nömrəli lizinq müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə 5460 (beş min dörd yüz altmış) manat pul ödənilmişdir. Göstərilən məbləğin ödənilməsi təqdim edilmiş maliyyə arayışında da öz əksini tapmışdır. Qeyd olunan fakt “1690-GL/17” saylı müqavilənin Cavabdeh tərəfindən bağlanıldığını, cavabdehin müqavilə üzrə öz öhdəliklərini bildiyini və müvafiq dövrdə öhdəliklərin bir qismini icra etdiyini sübut edir. Bundan başqa, qeyd olunan müqavilə cavabdeh tərəfindən bağlanmamış olsa belə, cavabdeh tərəfindən həmin müqavilə üzrə ödənişlər edilməsi, cavabdehin müqavilədən xəbərdar olduğunu, həmin müqaviləni bəyəndiyini göstərir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət yixdur. Təqdim olunan sənədlər iddianın əsaslılığını təsdiq edir. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh 6340 manat əsas borc, 300 manat cərimə olmaqla, cəmi 6640 (altı min altı yüz qırx) manat məbləğində borc və 300 (üç yüz) manat vəkil xərcinin tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə, dövlət rüsumuna görə 86,4 (səksən altı manat, qırx qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiyam məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, hazırki mübahisə mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının müddəaları əsasında həll edilməlidir. Cavabdeh tərəfindən ****-GL/** saylı müqavilə üzrə 5460 manat ödənilməsi faktı maliyyə arayışında öz əksini tapdığından, bu, müqavilənin cavabdeh tərəfindən bağlanıldığını, öhdəliklərdən xəbərdar olduğunu və onların bir qismini icra etdiyini təsdiqləyir. Məhkəmə Mülki Məcəllənin 357-ci maddəsinə (əqdin sonradan bəyənilməsi) istinad edərək, bu ödənişin əqdi geriyə təsir qüvvəsi ilə təsdiqlədiyi qənaətinə gəlmiş və nəticədə yuxarıda qeyd edilən qətnaməni qəbul etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin vəkili eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlilərlə sübut etmiş, lakin cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddianın əsassızlığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, o, əvvəlcə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu, iddiaçıya olan borcun tam şəkildə ödənildiyini, bununla bağlı iş üzrə icraata xitam verilməsi barədə sənədin elektron məhkəmə sisteminə yükləndiyini bildirmiş və bunu təsdiq edən sənəd kimi Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsini əlavə etmişdir. Bundan sonra cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, onun “1690 GL/17” nömrəli lizinq müqaviləsindən xəbərinin olmadığını bildirmiş və 1690- GL/** saylı lizinq müqaviləsində olan imzanın onun tərəfindən icra edilib edilməməsini yoxlamaq üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin dəlilərinə münasibət bildərərək qeyd edir ki, həmin dəlilər əsassızdır. Ona görə ki, cavabdeh tərəfindən təqdim edimiş Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı icra icra sənədinə əsasən, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi üzrə yaranmış 7085 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcun, həmçinin ödənilmiş 23 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi və “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd KR-14-4 markalı kotanın saz vəziyyətdə cavabdeh Cavabdeh alınaraq “xxxx” ASC-yə verilməlidir. Göründüyü kimi Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi ## ###### 2014-cü il tarixli, ****- L/** nömrəli lizinq müqaviləsindən irəli gələn mübahisəyə dair iş üzrə müvafiq məhkəmə qətnaməsinə aiddir. Məhkəmə, eyni zamanda cavabdehin ****-GL/** saylı lizinq müqaviləsində olan imzanın onun tərəfindən icra edilməməsi ilə bağlı dəlilini də əsassız hesab edir. Ona görə ki, iş materialarından görünür ki, ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən 5460 (beş min dörd yüz altmış) manat məbləğində pul ödənilmişdir. Göstərilən məbləğin ödənilməsi təqdim edilmiş maliyyə arayışında da öz əksini tapmışdır. Qeyd olunan fakt “1690- GL/17” saylı müqavilənin Cavabdeh tərəfindən bağlanıldığını, cavabdehin müqavilə üzrə öz öhdəliklərini bildiyini və müvafiq dövrdə öhdəliklərin bir qismini icra etdiyini təsdiq edir. Bundan əlavə, Mülki Məcələnin 357ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcələ ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Sadalananları nəzərə alaraq, məhkəmə prosessual qənaət prinsipi baxımından iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinə lüzum görmür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ## ###### 2017ci il tarixli, «1690-GL/17» nömrəli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair öhdəliyi yerinə yetirməli olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə və onun əsaslandırması ilə qətiyyən razı deyilik. Birinci instansiya məhkəməsi ## ###### 2017ci il tarixli, «1690-GL/17» nömrəli lizinq müqaviləsi əsasında cavabdeh Heydar Şükurovun lizinq obyektini alması qənaətinə gəlmişdir. Əslində isə məhkəmə qeyd olunan lizinq obyektinin nədən ibarət olması və həmin lizinq obyektinin Cavabdeh verilib verilməməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qeyd olunan yanaşması həqiqəti əks etdirmir. Belə ki, kommersiya iş materiallarında olan ## ###### 2014cü il tarixli, ****-L/** saylı lizinq müqaviləsi ilə ## ###### 2017ci il tarixli, «****-GL/** saylı lizinq müqaviləsinin obyekti eynidir, yəni 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd KR-14-4 markalı kotandır. ## ###### 2017ci il tarixli, «****-GL/** saylı lizinq müqaviləsi üzrə Cavabdeh 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd KR-14-4 təhvil verilməmişdir. Kommersiya iş materialarında ## ###### 2017-ci il tarixdən sonra lizinq obyektinin Cavabdeh təhvil verilməsinə dair hər hansı təhvil-təslim aktı yoxdur. Bu fakt isə onu deməyə əsas verir ki, lizinq obyekti ## ###### 2014-cü il tarixli, ****-L/** saylı lizinq müqaviləsi əsasında cavabdehə verilmiş və borc onun tərəfindən tam ödənildiyi üçün icra işi üzrə icraaata xitam verilmişdir. Birinci instansiya məhkəməsi ****-GL/** saylı lizinq müqaviləsində olan imzanın Cavabdeh tərəfindən icra edilməsi qənaətini onunla əsaslandırır ki, ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən 5460 (beş min dörd yüz altmış) manat məbləğində pul ödənilmişdir. Göstərilən məbləğin ödənilməsi təqdim edilmiş maliyyə arayışında da öz əksini tapmışdır. Qeyd olunan fakt “1690- GL/17” saylı müqavilənin Cavabdeh tərəfindən bağlanıldığını, cavabdehin müqavilə üzrə öz öhdəliklərini bildiyini və müvafiq dövrdə öhdəliklərin bir qismini icra etdiyini təsdiq edir. Birinci instansiya məhkəməsi bu xüsusat üzrə də, bir tərəfli qaydada iddiaçının mənafeyinə uyğun araşdırma aparmışdır. Maliyə arayışında göstərilən məbləğin ödəniş tarixçəsinə baxmaq və icra işi üzrə icraata xitam verilməsi tarixini müqayisə etmək lazımdır. Həmin ödənişin tarixi ilə Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı icra icra sənədinin icraata xitam verilməsi tarixini müqayisə etmək olar. Cavabdeh Cavabdeh ödənişindən sonra icra işi üzrə icraata xitam verilmişdir. Apelyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan apelyasiya şikayətinin dəlilərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparmaq üçün minimum səviyyədə icra işini sorğu verərək tədqiq etməli və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməlidir. Bununla da, həqiqət müəyyən edilərək ədalət mühakiməsi məqsədinə çata bilər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində cavabdeh öz mövqeyini yalnız müqavilələrin predmetinin eyni olması faktına əsaslandırmağa çalışsa da, eyni əmlakın müxtəlif hüquqi əsaslarla müqavilə predmeti olması özlüyündə sonradan bağlanmış müqavilənin etibarsızlığını və ya hüquqi nəticə doğurmamasını təsdiq etmir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu məsələyə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi tamamilə başqa hüquq münasibətindən, yəni ## ###### 2014-cü il tarixli, 1311- L*** nömrəli lizinq müqaviləsindən irəli gələn öhdəliklərə aiddir. Həmin məhkəmə aktı ilə həmin müqavilə üzrə yaranmış borcun tutulması və müqavilənin ləğv edilərək lizinq obyektinin "xxxx" ASC-yə qaytarılması müəyyən edilmişdir. Deməli, həmin icra sənədi ## ###### 2017-ci il tarixli, ****-GL/** nömrəli lizinq müqaviləsindən irəli gələn hüquq münasibətlərinə aid olmayıb, sonuncu müqavilə üzrə tərəflərin hüquq və vəzifələrini aradan qaldıran və ya həmin müqavilənin mövcudluğunu inkar edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdehin "****-GL/** nömrəli lizinq müqaviləsi üzrə lizinq obyekti ona təhvil verilməmişdir" arqumenti də iş materialları ilə uzlaşmır. Belə ki, iş materiallarında mövcud maliyyə sənədləri və arayışlardan müəyyən olunur ki, cavabdeh məhz ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə ümumilikdə 5.460 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdehin uzun müddət ərzində müqavilə üzrə ödənişlər etməsi onun həmin müqavilənin bağlanmasından, məzmunundan və üzərinə götürdüyü öhdəliklərdən xəbərdar olduğunu, müqaviləni qəbul etdiyini və onu icra etdiyini açıq şəkildə təsdiq edir. Əgər cavabdehin iddia etdiyi kimi, həmin müqavilə üzrə lizinq obyekti ona təhvil verilməmiş və müqavilə münasibəti ümumiyyətlə yaranmamış olsaydı, onun həmin müqavilə üzrə müntəzəm ödənişlər etməsi məntiqi və hüquqi baxımdan izaholunan olmazdı. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehin həm müqavilədəki imzanın ona məxsus olmaması, həm də müqavilənin faktiki icra edilməməsi barədə iddialarını əsaslı şəkildə rədd etmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlər həyata keçirməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinin mənasında əqdin sonradan bəyənilməsi kimi qiymətləndirilməlidir. Həmin norma üzrə əqdin sonradan bəyənilməsi əqdin bağlandığı andan etibarən hüquqi nəticələr doğurur. Belə olan halda cavabdehin sonradan müqaviləni tanımaması və ya onun icra edilmədiyini iddia etməsi öz əvvəlki davranışı ilə açıq ziddiyyət təşkil edir və hüquqi baxımdan qəbul edilə bilməz. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində ## ###### 2017-ci il tarixindən sonra ayrıca təhvil-təslim aktının olmamasına istinad etməsi də iddianın rədd edilməsi üçün əsas yaratmır. Çünki həmin hal müqavilənin mövcud olmamasını və ya hüquqi qüvvəyə minməməsini sübut etmir. Əksinə, cavabdehin müqavilə üzrə uzun müddət ərzində ödənişlər etməsi onun müqavilə münasibətlərini faktiki olaraq qəbul etdiyini və icrasına başladığını göstərən ən mühüm sübutlardan biridir. Mülki hüquqda tərəfin müqavilənin icrasına yönəlmiş davranışları onun həmin müqaviləni qəbul etdiyini təsdiq edən hüquqi əhəmiyyətli hal kimi qiymətləndirilir. Buna görə də cavabdeh sonradan formal olaraq ayrıca təhviltəslim aktının olmamasına istinad etməklə özünün əvvəlki davranışının hüquqi nəticələrini aradan qaldıra bilməz. Beləliklə, cavabdehin ## ###### 2014-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi və icraata xitam verilməsi səbəbindən ## ###### 2017-ci il tarixli. ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə hər hansı öhdəliyin yaranmadığı barədə arqumenti hüquqi və faktiki əsaslardan məhrumdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları düzgün qiymətləndirərək haqlı nəticəyə gəlmişdir ki, ****-GL/** nömrəli lizinq müqaviləsi üzrə cavabdeh müqaviləni qəbul etmiş, həmin müqavilədən irəli gələn öhdəliklərin bir hissəsini icra etmiş, lakin qalan borcu ödəmədiyindən iddiaçının borcun tutulması barədə tələbi tam qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını sarsıtmır, həmin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ağcabədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən texnikaları “xxxx” ASC-yə qaytarmamışdır, belə ki, traktor xarab olmuşdu. Sonrakı tarixlərdə lizinq ödənişlərinin edilməsindən məlumatsızdır, bunun kim tərəfindən edilməsinə izah verə bilmir. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır, kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvin, iddianın rəddini xahiş etsə də, məzmun etibarı ilə qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən olunur. Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, texnikaların saz vəziyyətdə qaytarılması və lizinq ödənişinin tutulması” tələbinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi üzrə yaranmış 7085 manat əsas borc, 100 manat cərimə, həmçinin ödənilmiş 23 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi və “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd KR-14-4 markalı kotanın saz vəziyyətdə cavabdeh Cavabdeh alınaraq “xxxx” ASC-yə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı tələbkar “xxxx” ASC tərəfindən Ağcabədi rayon Icra şöbəsinə ##.##.2017-ci il tarixdə gönərilən məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli *** nömrəli ilə təsdiq edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”na əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına “xxxx” ASC-nin zərəri hesabına lizinqə verilən texnikaların ilkin dəyərinin 40%-dən çox olmamaq şərti ilə güzəşt tətbiq edilir. Ağcabədi rayon sakini Cavabdeh məhkəmə qətnaməsindən sonra Cəmiyyətin hesabına əsas borcundan ödəniş etmiş, həmin qaydalara müvafiq olaraq Xüsusi Komissiyaya müraciət etmiş, onun lizinqə götürdüyü texnikaya güzəşt tətbiq olunaraq yeni lizinq müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə qalan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazırda onun cəmiyyətə borcu yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, lizinq obyekti olan texnikalara güzəşt tətbiq olunması ilə əlaqədar icra haqqında qanunun 18.1.6-cı bəndinə əsasən qətnamənin icrasını dayandırmağınızı Sizdən xahiş edirəm. “xxxx” ASC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış ## ###### 2017-ci il tarixli, "1690-GL/17" nömrəli “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə Müqavilə”nin: - 1.1-ci bəndindən görünür ki, Lizinq verən ümumi məbləği 11800 manat olan və Spesifikasiyasında (Əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%- nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; - 1.2-ci bəndindən görünür ki, Lizin alan texnikaların dəyərini ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - 1.3-cü bəndindən görünür ki, texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizin verənə məxsusdur. ## ######## 2014-cü il tarixli aktdan və ## ###### 2017-ci il tarixli "1690-GL/17" nömrəli müqavilənin Spesifikasiyasından (Əlavə № *-dən) görünür ki, “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları –1 ədəd “Traktor Belarus-892” və 1 ədəd “Kotan 4 gövdəli AG-14-4” cavabdehin istifadəsinə verilmişdir. "1690-GL/17" nömrəli müqavilənin 4.1 bəndinin ödəniş qrafiki (Əlavə №*) üzrə sonuncu ödəniş tarixi ##.##.2024-cü il kimi qeyd olunmuşdur. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2017-ci il tarixli "1690-GL/17" nömrəli müqavilə üzrə qalıq borcu 6340 manat, hesablanmış gecikdirilmiş borc 6340 manat və cərimə borcu 8747.76 manat olmaqla, cəmi 15087.76 manat borcu vardır. Iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, “xxxx” ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyi ilə “xxxx” MMC arasında hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, lizinq və borcların yığımı üzrə məhkəmələrdə hüquqi yardım və təmsilçilik xidmətləri nəzərdə tutulmuşdur. Təqdim edilmiş fəaliyyət cədvəlinə əsasən xidmət vahidinin dəyəri 576.28 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 121. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Cavabdeh apellyasiya şikayətində ##.##.2017-ci il tarixli ****-GL/** saylı müqavilə üzrə texnikaların ona təhvil verilmədiyini bildirsə də, iş materialları ilə müəyyən olunur ki, həmin texnikalar ##.##.2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi üzrə cavabdehə təhvil verilən texnikalardır. Cavabdeh ##.##.2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı cavabdehə qarşı “lizinq müqaviləsinin ləğvi, texnikaların saz vəziyyətdə qaytarılması və lizinq ödənişinin tutulması” tələbinə dair Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmış, qanuni qüvvəyə minmiş ##.##.2017-ci il tarixli *(***)- ****/**** saylı qətnamə ilə iddia qismən təmin olunaraq, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi üzrə yaranmış 7085 manat əsas borc, 100 manat cərimə, həmçinin ödənilmiş 23 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi və “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd KR-14-4 markalı kotanın saz vəziyyətdə cavabdeh Cavabdeh alınaraq “xxxx” ASC-yə verilməsi qət edilmişdir. Qeyd olunan iş üzrə hələ yekun məhkəmə aktı çıxarılmadan cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli *** nömrəli ilə təsdiq edilmiş ““xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”na istinadla cəmiyyət nəzdində fəaliyyət göstərən xüsusi komissiyaya müraciət etmiş, əsas borcundan ödəniş etmiş, onun lizinqə götürdüyü texnikaya güzəşt tətbiq olunaraq yeni lizinq müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə qalan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Sonrakı tarixlərdə isə cavabdeh ##.##.2017-ci il tarixindən başlayaraq ##.##.2023-cü il tarixinədək ##.##.2017-ci il tarixli ****-GL/** saylı müqavilə üzrə mütəmadi ödənişlər etməklə ümumilikdə 5460 (beş min dörd yüz altmış) manat lizinq ödənişləri etmişdir. Beləliklə texnikalar qüvvədə olan qətnamənin icrası qaydasında cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış, əksinə güzəşt tətbiq olunmaqla tərəflər arasında yeni lizinq müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh 6 il ərzində lizinq ödənişləri etmişdir. Kollegiya Mülki Məcəllənin 357-ci maddəsinə istinadla “1690-GL/17” saylı müqavilənin Cavabdeh tərəfindən bəyənilərək icrası istiqamətində 6 il ərzində ödənişlər edilməsini, prosessual qənaət prinsipi baxımından iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının tərin edilməsinə lüzum olmamasını nəzərə alan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh ##.##.2017 ci il tarixli, «1690-GL/17» nömrəli lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini yerinə yetirməli olduğundan, iddiaçı ödənilməmiş lizinq məbləğini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən ödənilməsi tələb edilən lizinq ödənişlərindən formalaşan əsas borc müqavilə müddəti ərzində cavabdehin etməli olduğu ödənişlərdir, müqavilə müddəti isə 2024-cü ilin ## ######## tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar