Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1002/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-1002/2026

18.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1002/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X17 və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Lizinq verən qismində “xxxx” ASC ilə lizinq alan qismində Azərbaycan Milli Elmlər Akademiyası arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 70060 manat olan və spesifikasiyada (əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 14012 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; 2.2-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublikadaxili daşınma, saxlama, boşaltma, sığortalama (sığorta haqqı lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərinin ödənilməsini, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənilməsini öhdəsinə götürür; 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № *) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün * №-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab olunur; 6.3-cü bəndinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar; 9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Lizinq verən qismində “xxxx” ASC ilə lizinq alan qismində Azərbaycan Milli Elmlər Akademiyası arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 93450 manat olan və spesifikasiyada (əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (əlavə № *) göstərilən 18690 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; 2.2-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən Respublikadaxili daşınma, saxlama, boşaltma, sığortalama (sığorta haqqı lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərinin ödənilməsini, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənilməsini öhdəsinə götürür; 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № *) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün * №-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab olunur; 6.3-cü bəndinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar; 9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Lizinq verən qismində “xxxx” ASC ilə lizinq alan qismində Azərbaycan Milli Elmlər Akademiyası arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 29000 manat olan və spesifikasiyada (əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (əlavə № *) göstərilən 11600 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır; 2.2-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublikadaxili daşınma, saxlama, boşaltma, sığortalama (sığorta haqqı lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərinin ödənilməsini, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənilməsini öhdəsinə götürür; 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № *) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün * №-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab olunur; 6.3-cü bəndinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar; 9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Lizinq verən qismində “xxxx” ASC ilə lizinq alan qismində Azərbaycan Milli Elmlər Akademiyası arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 37424 manat olan və spesifikasiyada (əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; Həmin müqavilənin 1.2-ci lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənilməsini öhdəsinə götürür; 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № *) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün * №-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab olunur; 6.3-cü bəndinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar; 9-cu bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə ## ###### 2015-ci il tarixli, ** nömrəli aktdan müəyyən olunur ki, ##.##.2015-ci il tarixli, 1341- L/** nömrəli satınalma müqaviləsi ilə 09.04, 12.04, ##.##.2015-ci ildə nümayəndəliyə daxil olmuş, aktda adıçəkilən texnika (Yumşaldıcı roliklə asma, marka: AG-C9, buraxılış ili və rəngi: 2015, qırmızı, 1 ədədin qiyməti: 3300 manat, şassi nömrəsi: 151521; Yumşaldıcı roliklə asma, marka: AG-C9, buraxılış ili və rəngi: 2015, qırmızı, 1 ədədin qiyməti: 3300 manat, şassi nömrəsi: 151523; Qoşqu 4 təkərli özü boşaldan, buraxılış ili və rəngi: 2015, yaşıl-qırmızı, 1 ədədinin qiyməti: 6000 manat, şassi nömrəsi: 151357; Taxılsəpən gübrəsəpən, buraxılış ili və rəngi: 2015, yaşıl, 1 ədədinin qiyməti: 6000 manat, şassi nömrəsi: 150385; Ot presləyən, buraxılış ili və rəngi: 2015, qırmızı, 1 ədədinin qiyməti: 16000 manat, şassi nömrəsi: 151332) “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli, ****/ü nömrəli əmri əsasında saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.

6. “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə ## ######## 2015-ci il tarixli, *** nömrəli aktdan müəyyən olunur ki, ##.##.2014, ##.##.2015-ci il tarixli, **/** saylı, 22 sentyabr tarixli, **/** nömrəli satınalma müqaviləsi ilə ##.##.2015- ci il tarixdə nümayəndəliyə daxil olmuş, aktda adıçəkilən texnika (Traktor Belarus, markası: 892, buraxılış ili və rəngi: 2015-göy, miqdarı: 3, 1 ədədinin qiyməti: 29000 manat, şassiz (zavod) nömrəsi: 0006046, 0006083, 0006032, mühərrik nömrəsi: 915707, 915155, 916013; Kotan 4 gövdəli LK-400, markası: ALCP 4-14, buraxılış ili və rəngi: 2015-yaşıl, miqdarı: 3, 1 ədədinin qiyməti: 2150, şassi nömrəsi: RZ-0039, RZ-0035, RZ-0037) “xxxx” ASCnin##.##.2015-ci il tarixli, ****/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.

7. “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə ## ####### 2015-ci il tarixli, *** nömrəli aktdan müəyyən olunur ki, ##.##.2015-ci il tarixli, **/** nömrəli satınalma müqaviləsi ilə ##.##.2015-ci il tarixdə nümayəndəliyə daxil olmuş, aktda adıçəkilən texnika (Traktor Belarus, markası: 89.2, buraxılış ili və rəngi: 2015-göy, miqdarı: 1, 1 ədədinin qiyməti: 29000, şassi nömrəsi: 0006124, mühərrik nömrəsi: 920769) “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli, ****/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.

8. “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə ## ###### 2016-cı il tarixli, *** nömrəli aktdan müəyyən olunur ki, ##.##.2015-ci il tarixli, **/** nömrəli satınalma müqaviləsi ilə ##.##.2015-ci il tarixdə nümayəndəliyə daxil olmuş, aktda adıçəkilən texnika (Traktor Belarus, markası: 89.2, buraxılış ili və rəngi: 2015-göy, miqdarı: 1, 1 ədədinin qiyməti: 29000, şassi nömrəsi: 0006124, mühərrik nömrəsi: 920769) “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli, ****/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.

9. “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvil verilməsi barədə aktdan müəyyən olunur ki, ##.##.2014-cü il tarixli, **/** nömrəli satınalma müqaviləsi ilə ##.##.2015ci il tarixdə nümayəndəliyə daxil olmuş, aktda adıçəkilən texnika (Ot küləş presləyən, buraxılış ili və rəngi: 2015-qırmızı, miqdarı: 1, 1 ədədinin qiyməti: 19600, şassi nömrəsi: 10244) “xxxx” ASC-nin ##.##.2016-cı il tarixli, **/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda nümayəndəlikdən lizinq alana təhvil verilmişdir.

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının ## #### 2015-ci il tarixli, “1341-L/15” №-li nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 12956 manat, hesablanmış cərimə 22702,46 manat olmaqla, ümumilikdə 35658,46 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 29080 manat təşkil edir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının ## ######## 2015-ci il tarixli "1736-L/15” №-li nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 29388 manat, hesablanmış cərimə 23327 manat olmaqla, ümumilikdə 52715 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 26682 manat təşkil edir.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının ## ####### 2015-ci il tarixli "1846-L/15” №-li nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 4838 manat, hesablanmış cərimə 2624,88 manat olmaqla, ümumilikdə 7462,88 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 12562 manat təşkil edir.

13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının ## #### 2018-ci il tarixli, “2592-GL/16” №-li nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 25915 manat, hesablanmış cərimə 41631,74 manat olmaqla, ümumilikdə 67546,74 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 11509 manat təşkil edir.

14. Cavabdeh tərəfindən iş materiallarına Azərbaycan Milli Elmlər X18 ##.##.2022-ci il tarixli, **/* nömrəli qərarı, qeyd edilən qərara əlavə olan Azərbaycan Milli Elmlər X8 Aparatının strukturu adlı cədvəl, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin ##.##.2022-ci il tarixli, *** saylı sərəncamı, Azərbaycan Milli Elmlər X8 Aparatının hazırda ləğv olunmuş İşlər İdarəsi ilə “xxxx” ASC arasında bağlanmış lizinq müqavilələri əsasında alınmış kənd təsərrüfatı təyinatlı texika və avadanlıqlar barədə məlumat əlavə edilmişdir. Həmin məlumatda texniki avadanlıqların adı, sayı və hansı elmi müəssisəyə təhvil verildiyi qeyd edilmişdir.

15. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək, borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

16. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2015-ci il tarixli, “1341- L/15” nömrəli müqavilə üzrə 12956 manat qalıq borc, 22702,46 manat cərimə borcu olmaqla, cəmi 35658,46 manat, ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli müqavilə üzrə 25915 manat qalıq borc, 41631,74 manat cərimə borcu olmaqla, cəmi 67546,74 manat, ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli müqavilə üzrə 4838 manat qalıq borc, 2624,88 manat cərimə borcu olmaqla, cəmi 7462,88 manat, ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli müqavilə üzrə 29388 manat qalıq borc, 23327 manat cərimə borcu olmaqla, cəmi 52715 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli, ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli, ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli və ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan Azərbaycan Milli Elmlər Akademiyasına lizinqə verilmişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilələr üzrə öhdəliklərini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli müqavilə üzrə ##.##.2026-cı il tarixinə 12956 manat qalıq borc, 22702,46 manat cərimə borcu olmaqla, cəmi 35.658,46 manat, ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli müqavilə üzrə ##.##.2026-cı il tarixinə 25915 manat qalıq borc, 41631,74 manat cərimə borcu olmaqla, cəmi 67546,74 manat, ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli müqavilə üzrə ##.##.2026-cı il tarixinə 4838 manat qalıq borc, 2624,88 manat cərimə borcu olmaqla, cəmi 7462,88 manat, ##.##.2015ci il tarixli, “1736-L/15” nömrəli müqavilə üzrə ##.##.2026-cı il tarixinə 29388 manat qalıq borc, 23.327 manat cərimə borcu olmaqla, cəmi 52715 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “xxxx” MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 445.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

19. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına heç bir vəsait ayrılmadığı və bu istiqamətdə hər hansı bir vəsaitin ayrılması nəzərdə tutulmadığı halda, 2015 və 2018-ci illərdə müxtəlif tarixlərdə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq İşlər İdarəsinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## #### 2013-cü il tarixdən ## #### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdirinin müavini vəzifəsində işləmiş X1 və “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında razılaşdırılaraq kənd təsərrüfatı texnikalarının lizinqlə götürülmələri ilə bağlı bir sıra müqavilələr bağlanmış və həmin vaxt qeyd olunan müqavilələrə görə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya institutu, X2 və Xızı KTİK üçün 26 ədəd kənd təsərrüfatı texnikalarının lizinqə alınmaları iddia olunur. Bu halla bağlı ən əsası nəzərə alınmalıdır ki, iddiaçının tələblərinin əksinə olaraq, 2015 və 2018-ci, o cümlədən sonrakı illərdə Azərbaycan Milli Elmlər X19 iddiaçının qeyd etdiyi iddia olunan əmlakların lizinqə alınmaları üçün heç bir vəsait ayrılmamış və ayrılması da planlaşdırılmamışdır. Təbii ki, bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həmin iddia olunan mallarla bağlı faktiki heç bir sifariş verilməmişdir və verilə də bilməzdi. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən lizinq əsasında alınmış əmlaklara görə sonuncu ödəniş Azərbaycan Milli Elmlər Akademiyasının strukturları tərəfindən 2018-ci ildə həyata keçrilmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə görə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən lizinq əsasında alınmış əmlaklara görə ödənişlər, həmin ödəniş təyinatı üzrə dövlət tərəfindən müvafiq vəsait ayrılmasa da, Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## ### 2013-cü il tarixdən ## ###### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdiri vəzifəsində işləmiş Fətəli Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin digər sahələri üçün ayrılmış vəsaitlərin hesabına həyata keçirilmişdir. Araşdırma zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin qeyd olunan lizinq müqavilələrinin bağlanılması ilə bağlı heç bir sərəncam və ya yazılı göstərişi aşkar olunmamışdır. Eyni zamanda araşdırmalar zamanı qeyd olunan lizinq müqavilələrinin bağlanılmaları ilə əlaqədar Azərbaycan Milli Elmlər X18 lizinq müqavilələrinin bağlanılması ilə bağlı heç bir qərarı da aşkar olunmamışdır. Belə çıxır ki, Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## #### 2013-cü il tarixdən ## #### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdirinin müavini vəzifəsində işləmiş X1 Azərbaycan Milli Elmlər Akademiyasının sabiq İşlər İdarəsinin səlahiyyətli nümayəndəsi kimi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə aralarında Kənd Təsərrüfatı texnikalarının lizinqə götürülmələri ilə bağlı bir sıra müqavilələr bağlayarkən müvafiq səlahiyyətləri də olmamışdır. İddiaçı tərəf Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## #### 2013-cü il tarixdən ## #### 2020-ci il tarixə kimi işlər idarəsinin müdirinin müavini vəzifəsində işləmiş X1 lizinq müqavilələrinin bağlanılmasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq İşlər İdarəsinin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən isə Azərbaycan Respublikasının Prezidentinin ## #### 2022-ci il tarixli **** nömrəli Fərmanına və "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2022-ci il tarixli *** №-li qərarına əsasən təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və X2 adlı qurumlar yoxdur. Həmin Azərbaycan Respublikasının Prezidentinin ## #### 2022-ci il tarixli **** nömrəli Fərmanı və "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2022-ci il tarixli 374№-li qərarı əsasında Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu və X2 adlı qurumlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansına verilmişdir. Təsadüfi deyildir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən lizinqlə götürülmüş bir sıra kənd təsərrüfatı texnikaları istifadə olunmayaraq hazırkı vaxta kimi Azərbaycan Respublikasının Prezidentinin fərmanı və Nazirlər kabinetinin yuxarıda göstərilən qərarına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansına verilmiş Biofızika İnstitutunun həyətində təbii köhnəlmə prosesindədirlər. İddiaçının tamamilə əsassız olan iddia ərizəsinə baxılarkən ən azı nəzərə alınmalıdır ki, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi kimi hesab edir ki, iddiada göstərilən hallar reallığı əks etdirməyən fakt kimi qəbul olunmalı və iddia tələbi tamamilə əsassız hesab edilərək iddianın təmin olunmaması haqqında müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı 2015 və 2018-ci illərdə bağlanılmasını iddia etdiyi lizinq müqavilələri üzrə iddiasını həmin lizinq müqavilələrinə görə axırıncı ödəniş edilmiş 2018-ci ildən uzun müddət - 7 ildən artıq bir müddət keçdikdən sonra ## #### 2026- cı il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Belə ki, cavabdeh tərəfindən ## ####### 2018-ci il tarixdə sonuncu dəfə ödənişin həyata keçirilməsindən sonra iddiaçıya hüququnun pozulması bəlli olmuşdur. Cavabdeh tərəfin mübahisə tərəfinin Mülki Məcəllənin iddia müddəti ilə bağlı müddəaların tətbiq edilməsi barədə hazırda ərizə verməsi, iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır və iddia rədd olunmalıdır.

20. Daha sonra cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixdə təkrar ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası adından müqavilələr səlahiyyətli şəxs tərəfindən bağlanılmadığından imzalanmadığından, yəni belə bir müqavilələrin bağlanılmasına Azərbaycan Milli Elmlər Akademiyası heç bir kəsə səlahiyyət vermədiyindən, müqavilələr vəzifəli şəxslər tərəfindən özbaşına-xidməti vəzifə hədlərini aşmaqla həyata keçirildiklərindən hesab edir ki, həmin müqavilələrin hüquqi qüvvəsi yoxdur. "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə ## #### 2015-ci il tarixli, 1341-L/15 No-li, ## ######## 2015-ci il tarixli, 1736-L/15 No-li, ## ####### 2015-ci il tarixli, 1846-L/15 No-li və ## #### 2018-ci il tarixli, 2592-GL/15 No-li müqavilələrin (yalnız bir ## #### 2018-ci il tarixli, 2592- GL/15 No-li müqavilədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adından İdarə Heyətinin sədri X3 müqaviləni bağlamışdır) hamısında olan eyni məzmunlu ifadələrdən görünür ki, "Bu müqavilə bir tərəfdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri X3 və digər tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin **-*-*** nömrəli etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi X1 arasında qarşılıqlı razılaşma əsasında bağlanmışdır." İddiaçının nümayəndəsi dəfələrlə bildirmişdir ki, lizinq əsasında alınmış əmlaklara görə sonuncu ödəniş Azərbaycan Milli Elmlər Akademiyasının strukturları tərəfindən 2018-ci ildə həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə görə "xxxx” Açıq Səhmdar Cəmiyyətindən lizinq əsasında alınmış əmlaklara görə ödənişlər, həmin ödəniş təyinatı üzrə dövlət tərəfindən müvafiq vəsait ayrılmasa da, Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## ### 2013-cü il tarixdən ## ###### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdiri vəzifəsində işləmiş Fətəli Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin digər sahələri üçün ayrılmış vəsaitlərin hesabına həyata keçirmişdir. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi kimi hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, lizinq əməliyyatı qanunsuz və özbaşına həyata keçirildiyindən cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı verilmiş iddia tamamilə əsassız hesab edilərək, iddianın təmin olunmaması haqqında müvafiq məhkəmə qətnaməsi qəbul olunmalıdır. Əgər məhkəmə iddiaçının tamamilə əsassız iddiasının düzgün olmasını qəbul edərsə, bu zaman iddiaçı tamamilə əsassız iddia ərizəsini məhkəməyə iddia müddətləri keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq qətnamə qəbul edilməlidir.

21. Etiraza münasibətdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, ilk öncə tərəflər arasında bağlanmış müqavilələrin cavabdeh tərəfindən mübahisələndirilən "imzalanma” məsələsinə münasibət bildirərək qeyd edir ki, lizinq müqaviləsi tam hüquqi qaydada bağlanmış və imza edilərək möhürlənmişdir. Birincisi, Müqavilələr AMEA-nın müvafiq səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla yanaşı həmçinin həmin hüquqi şəxsin möhürü ilə möhürlənmişdir. Yəni şəxsin səlahiyyəti olmasaydı, hüquqi şəxs yəni AMEA-nın möhürü ilə təsdiqlənməzdi. Müqavilələr həm səlahiyyətli şəxs tərəfindən imzalanmış və həm də möhürləndiyi üçün tam hüquqi qüvvəyə malikdir. İkincisi lizinq müqavilələrinin bağlandığı tarixdən sonra 3 il ərzində həmin müqavilələr üzrə cavabdeh tərəfindən lizinq ödənişləri həyata keçirilmişdir. Əgər müqavilə müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmamış olsaydı nə lizinq ödənişləri edilərdi, nə də həmin lizinq obyektləri təhvil alınardı. Nəticə olaraq müqavilə üzrə lizinq alan öz öhdəliklərini qəbul etmiş və müqavilə üzrə ödənişləri bir müddət ödəmişdir. Bu isə Mülki Məcəllə ilə qəbul edilən bəyənilməni özündə əks etdirir. Üçüncüsü, əgər həqiqtən müqavilənin imzalanması zamanı səlahiyyətli şəxslə əlaqədar hər hansı problem olardısa, ilk müqavilənin bağlandığı 2015-ci il tarixdən indiyədək cavabdeh bu müqavilələri mübahisələndirərdi. Qeyd edilənlər açıq-aşkar sübut edir ki, cavabdehin irəli sürdüyü məqamın heç bir faktiki və hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən qeyd edilən digər məqam iddia müddəti ilə əlaqədardır. Cavabdeh hazırkı iş üzrə iddia müddətini müqavilənin bağlandığı tarixdən hesablasa da, müqavilənin ödəniş qrafikinə diqqət etməmişdir. Belə ki, ödəniş qrafiklərində müqavilələrin icra müddəti qeyd edilməklə həmin mmüddətin sonundan iddia müddəti başlayır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Cavabdeh tərəfindən mübahisələndirilən üçüncü məqam lizinq müqaviləsi üzrə təhvil alınan texnikaların başqa idarə və müəssisələrə verilməsidir. Qeyd olunmalıdır ki, lizinq müqavilələri iddiaçı ilə cavabdeh qurum arasında bağlanmışdır. Həmin müqavilələr üzr öhdəliklərin tərəfləri də hazırkı iddiaçı və cavabdehlərdir. Bu halda lizinq obyekti olan texnikaların başqa idarələrdən alınması və ya buna görə hər hansı hüquqi prosedurun idarə edilməsi cavabdeh AMEA-nın hüququdur. İddiaçı isə lizinq müqaviləsinin tərəfi kimi cavabdeh olaraq AMEA-dan öz öhdəliklərinin icrasını tələb edə bilər. Buna görə də cavabdeh bu mövqeyi də qəbuledilməz olmaqla heç bir hüquqi və faktiki əsasa malik deyil. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətin rədd edilməsini və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş edilir.

22. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasından ##.##.2018-ci il tarixli, “2592- GL/16” nömrəli müqavilə üzrə 25915 manat qalıq borc, 800 manat cərimə olmaqla, cəmi 26715 manat, ##.##.2015-ci il tarixli, “1846- L/15” nömrəli müqavilə üzrə 4838 manat qalıq borc, 150 manat cərimə olmaqla, cəmi 4988 manat, ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli müqavilə üzrə 29388 manat qalıq borc, 800 manat cərimə olmaqla, cəmi 30188 manat məbləğində pul vəsaitinin və 300 manat hüquqi yardım xərcinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilib ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin bir hissəsini cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasından iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli müqavilə üzrə 12956 manat, ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli müqavilə üzrə 25915 manat, ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli müqavilə üzrə 4838 manat, ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli müqavilə üzrə 29388 manat qalıq borcun tutulması təşkil edir. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edib ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməli və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasından ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli müqavilə üzrə 25915 (iyirmi beş min doqquz yüz on beş) manat, ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli müqavilə üzrə 4838 (dörd min səkkiz yüz otuz səkkiz) manat, ##.##.2015-ci il tarixli, “1736- L/15” nömrəli müqavilə üzrə 29388 (iyirmi doqquz min üç yüz səksən səkkiz) manat qalıq borc tutularaq iddiaçıya ödənilməli, ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli müqavilə üzrə borcun tutulması hissəsində isə təmin edilməməlidir. Belə ki, cavabdeh üç illik iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi sonuncu ödənişlərin 2018-ci ildə edildiyini əsas gətirərək, iddia müddətinin tətbiqinin zəruruliyini qeyd etmişdir. Məhkəmə hesab edib ki, iddia müddəti yalnız bir müqavilə - ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli müqavilə üzrə tətbiq edilməli, qalan müqavilələr üzrə iddia müddəti ötürülmədiyindən tətbiq edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qrafiklərindən müəyyən olunub ki, ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2022ci ilin III rübündə (##.##.2022), ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli lizinq müqaviləsi üzrə 2025-ci ilin III rübündə (##.##.2025), ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli lizinq müqaviləsi üzrə 2025-ci ilin IV rübündə (##.##.2025), ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli lizinq müqaviləsi üzrə isə 2026- cı ilin İ rübündə (##.##.2026) edilməliydi. Beləliklə, ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə üş illik müddət ötürüldüyündən iddia müddəti tətbiq edilməlidir, Belə ki, həmin müqavilə üzrə iddia müddəti ##.##.2025-ci il tarixində bitmiş, iddiaçı isə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir, ödəniş qrafiklərindən də göründüyü kimi, digər müqavilələr üzrə üç illik iddia müddəti keçməmişdir. Bundan əlavə, cavabdeh müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını, lizinq müqavilələrinin predmetləri olan texnikaların alınması barədə hər hansı bir sifarişin verilmədiyini və dövlət büdcəsindən həmin texnikaların alınması üçün heç bir vəsaitin ayrılmadığını qeyd etmiş, ödənişlərin Azərbaycan Milli Elmlər Akademiyasının digər fəaliyyət sahələri üçün ayrılmış vəsait hesabına edildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, lizinq müqavilələri və onlara əlavə olan ödəniş qrafikləri Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin nümayəndəsi qismində qeyd edilmiş S.Əliyevin imzası və Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin möhürü ilə təsdiq edilmişdir, yəni müqavilələr təkcə imzalanmamış, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, cavabdeh müqavilələrin bağlanmasını, lizinq predmetlərinin təhvil verilməsini qəbul etməklə, hər bir müqavilə üzrə ödənişlər etmişdir. Həmin hallar cavabdehin etirazında bildirdiklərini təkzib edir. Eyni zamanda müqavilələri bağlayan tərəf cavabdeh tərəfdir və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə də məhz cavabdeh məsuliyyət daşıyır. Ona görə də cavabdehin etirazı əsassız sayılmalıdır. İddia tələbinin digər hissəsini isə cavabdehdən ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli müqavilə üzrə 22702,46 manat, ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli müqavilə üzrə 41631,74 manat, ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli müqavilə üzrə 2624,88 manat, ##.##.2015-ci il tarixli, “1736- L/15” nömrəli müqavilə üzrə 23327 manat cərimə borcunun tutulması təşkil edib. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsini nəzərə alaraq hesab olunub ki, iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edib ki, müqavilələr üzrə tutulması tələb olunan cərimə məbləği azaldılaraq ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli müqavilə üzrə 800 (səkkiz yüz) manat, ##.##.2015-ci il tarixli, “1846- L/15” nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat, ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli müqavilə üzrə 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli müqavilə üzrə əsas tələb üzrə iddia müddəti keçdiyindən və həmin hissədə iddia təmin edilmədiyindən həmin müqavilə üzrə cərimənin tutulması hissəsində də iddia təmin olunmamalıdır. Eləcə də, iddiaçı hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edib ki, cavabdehdən 300 manat hüquqi yardım xərci tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, həmin məbləğin ödənilməsinə dair elektron qaimə və həmin qaimə üzrə ödənişin edilməsini təsdiq edən sübut məhkəməy təqdim edilmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 373.2, 376, 377.1, 385.1, 386.1, 747.1, 442, 448.1, 462.1, 465.2, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyəti tamamilə əsassız olan iddia ərizəsini cavabdeh tərəf kimi çıxış etməli olmayan Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh tərəf kimi cəlb etməklə verdiyindən, Kommersiya işi üzrə cavabdeh tərəf kimi Azərbaycan Milli Elmlər Akademiyası çıxış edəbilmədiyindən, yəni cavabdeh tərəf kimi cəlb olunmalı olmadığından və iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyəti tamamilə əsassız olan iddia ərizəsini məhkəməyə iddia müddətləri keçdikdən sonra verdiyindən, kommersiya işi üzrə iddiaçının iddiasının təmin olunmaması və iddiadan imtina barəsində müvafiq yekun məhkəmə qərarıqətnaməsi çıxarılmasını, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4cümaddəsinin tələblərinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi kommersiya işinə baxan zaman (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) cinayətin əlamətlərini aşkar edəcəyindən, bu barədə prokurora xəbər verilməsi ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia müddətinin tətbiqi ilə bağlı hissədə ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf kimi tam əsassız olaraq cəlb olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi məhkəmə iclaslarında və məhkəməyə müraciətlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin adından verilmiş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, müqavilələr üzrə sonuncu ödəniş 2018-ci ildə baş vermişdir. Eyni zamanda qeyd olunub ki, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası adından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ilə ## #### 2018-ci il tarixli, 2592-GL/** №-li, ## #### 2015-ci il tarixli, 1341-L/** №-li, ## ######## 2015-ci il tarixli, 1736-L/** №-li və ## ####### 2015-ci il tarixli, 1846-L/** №-li müqavilələr Azərbaycan Milli Elmlər Akademiyasının bu işin görülməsi-müqavilələrin bağlanılmaları üçün müvafiq səlahiyyətləri almış olan səlahiyyətli şəxs tərəfindən bağlanılmadığından-imzalanmadığından, yəni belə bir müqavilələrin bağlanılmasına Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin vəzifəli şəxslərindən heç kəsə səlahiyyət vermədiyindən, qeyd olunan müqavilələr vəzifəli şəxslər tərəfindən özbaşınatutduqları xidməti vəzifə səlahiyyətləri hədlərini aşmaqla həyata keçirildiyindən hesab edir ki, həmin müqavilələrin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin müqavilələrdəki möhürlərin heç biri Azərbaycan Milli Elmlər Akademiyasına məxsus olmamaqla yalnız Azərbaycan Milli Elmlər Akademiyasının vaxtilə bir strukturu olmuş Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə məxsus olmuşdur və həmin möhürdən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin vəzifəli şəxsləri öz tutduqları vəzifələrindən sui-istifadə edərək, səlahiyyət hədlərini aşmaqla qanunsuz müqavilələrin bağlanılmaları üçün tamamilə qanunsuz istifadə etmişlər. “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə lizinqə verilməsi barədə ## #### 2018-ci il tarixli, 2592-GL/** №-li, ## #### 2015-ci il tarixli, 1341-L/** №-li, ## ######## 2015-ci il tarixli, 1736-L/** №-li və ## ####### 2015-ci il tarixli, 1846-L/** №-li müqavilələrin hamısında olan eyni məzmunlu ifadələrdən görünür ki, “Bu müqavilə bir tərəfdən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri X3 və digər tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin 06-1-*** №-li etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi X1 arasında qarşılıqlı razılaşma əsasında bağlanmışdır.” -İddiaçı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyiyanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyəti) nümayəndəsi dəfələrlə bildirmişdir ki, lizinq əsasında alınmış əmlaklara görə sonuncu ödəniş Azərbaycan Milli Elmlər Akademiyasının strukturları tərəfindən 2018-ci ildə həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindən (hazırda “xxxx”Açıq Səhmdar Cəmiyyəti) lizinq əsasında alınmış əmlaklara görə ödənişlər, həmin ödəniş təyinatı üzrə Dövlət tərəfindən müvafiq vəsait ayrılmasa da, Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## ### 2013-cü il tarixdən ## ###### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdiri vəzifəsində işləmiş X14 Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin digər sahələri üçün ayrılmış vəsaitlərin hesabına tamamilə qanunsuz olaraq həyata keçirmişdir. Araşdırma zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin iddiaçının iddia ərizəsində qeyd etdiyi hər hansı bir əmlakın lizinqə götürülməsi və ya lizinq müqavilələrinin bağlanılması ilə bağlı heç bir sərəncamının və ya yazılı göstərişinin olmaması müəyyən edilmişdir. Eyni zamanda araşdırmalar zamanı qeyd olunan lizinq müqavilələrinin bağlanılması ilə əlaqədar Azərbaycan Milli Elmlər X18 iddiaçının iddia ərizəsində qeyd etdiyi hər hansı bir əmlakın lizinqə götürülməsi və ya lizinq müqavilələrinin bağlanılmaları ilə bağlı heç bir qərarı da aşkar olunmamışdır. Belə bir qərar olmadan bu xarakterli hər hansı bir maliyyə sənədi imzalana, o cümlədən lizinq müqavilələri bağlanıla bilməzdi. Belə çıxır ki, Azərbaycan Milli Elmlər X18 müvafiq qərarı olmadan Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## #### 2013-cü il tarixdən ## #### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdirinin müavini vəzifəsində işləmiş X1 Azərbaycan Milli Elmlər Akademiyasının sabiq İşlər İdarəsinin səlahiyyətli nümayəndəsi kimi İddiaçı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyəti (hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə aralarında Kənd Təsərrüfatı texnikalarının lizinqə götürülməsi ilə bağlı bir sıra müqavilələr bağlayarkən bu müqavilələrin bağlanılmasına və əmlakların lizinqə götürülməsinə heç bir müvafiq səlahiyyətləri də olmamışdır. Onu da qeyd edir ki, iddiaçı tərəf Azərbaycan Milli Elmlər Akademiyasının həmin dövrdə ## #### 2013-cü il tarixdən ## #### 2020-ci il tarixə kimi İşlər İdarəsinin müdirinin müavini vəzifəsində işləmiş X1 lizinq müqavilələrinin bağlanılmasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq İşlər İdarəsinin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən isə “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi arasında bağlanılmış ##.##.2015-ci il tarixli ****-L/** nömrəli, ##.##.2015-ci il tarixli ****-L/** nömrəli, ##.##.2015-ci il tarixli ****-L/** nömrəli, ##.##.2018ci il tarixli ****-GL/** nömrəli müqavilələr üzrə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq İşlər İdarəsinə lizinqə verilmiş kənd təsərrüfatı texnikaları elə ilk gündən hüquqi şəxslər olan və Dövlət tərəfindən hər biri ayrı-ayrılıqda Dövlət vəsaiti hesabına maliyyələşən “Zoologiya”, “Genetik Ehtiyatlar”, “Torpaqşünaslıq və Aqrokimya” İnstitutlarına, X2 və hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən Biofizika İnstitutuna verilmişdir. Hazırda lizinqə verilmiş kənd təsərrüfatı texnikaları: 1. 1 ədəd Traktor Belarus-892, 1 ədəd Kotan 4 gövdəli ALCP-4-14, 1 ədəd Taxılsəpən gübrəsəpənləAGHBM- N24, 1 ədəd Ot dırmığıAG-WHR 4, 1 ədəd Ot presləyən AG-SRB Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Zoologiya İnstitutunun istifadəsindədir. 2. 2 ədəd Traktor Belarus-892, 1 ədəd Qoşqu 4 təkərli özüboşaldan AG- DAT6, 1 ədədTaxılsəpən gübrəsəpənlə AGHBM-N24, 1 ədəd Ot dırmığı AG-WHR 4,1 ədəd Kotan 4 gövdəli asma AG-MP 14-4,1 ədəd Kotan 4 gövdəli ALCP 4-14, 1 ədəd Yumşaldıcı roliklə asma AG-C 9, 1 ədəd Ot, küləş presləyən PLCKUP Baler 1547 Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərənGenetik Ehtiyatlar İnstitutunun istifadəsindədir. 3. 1 ədəd Traktor Belarus-892, 1 ədəd Ot dırmığıAG-WHR 4, 1 ədəd Taxılsəpən gübrəsəpənlə AGHBM-N24, 1 ədəd Kotan 4 gövdəli asma AG-MP 14-4 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininstrukturunda fəaliyyət göstərən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun istifadəsindədir. 4. 1 ədəd Traktor Belarus-892, 1 ədəd Qoşqu 4 təkərli özüboşaldan AG-DAT6 Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən X6 istifadəsindədir. 5. 1 ədəd Traktor Belarus-892, 1 ədəd Kotan 4 gövdəli ALCP-4-14, 1 ədəd Qoşqu 4 təkərli özüboşaldan AG-DAT6, 1 ədəd Ot dırmığı AG-WHR 4, 1 ədəd Ot presləyən AG-SRB, 1 ədəd Yumşaldıcı roliklə asma AG-C 91, ədəd Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən Biofizika İnstitutundadır. -Azərbaycan Respublikasının Prezidentinin ## #### 2022-ci il tarixli **** nömrəli Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Biofizika, Torpaqşünaslıq və Aqrokimya İnstitutuvə X2 adlı qurumlar Azərbaycan Respublikası Elm və TəhsilNazirliyinin tərkibinə və X2 isə Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilmişlər. Təsadüfi deyil ki, cavabdehin araşdırmalıarına görə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindən (hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyəti) lizinqlə götürülməsi iddia olunan Kənd Təsərrüfatı texnikalarından bir neçəsi istifadə olunmayaraq hazırki vaxta kimi Azərbaycan Respublikasının Prezidentinin ## #### 2022-ci il tarixli **** nömrəli Fərmanına və "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2022-ci il tarixli *** №-li qərarından sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən İnstitutların və Bakı şəhəri İcra Hakimiyyətinin strukturunda olan Nəbatət bağının istifadəsində sayılırlar. - İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə lizinqə verilməsi barədə ## #### 2018-ci il tarixli, 2592-GL/** №-li, ## #### 2015-ci il tarixli, 1341-L/** №-li, ## ######## 2015ci il tarixli, 1736-L/** №-li və ## ####### 2015-ci il tarixli, 1846-L/** №-li müqavilələrini bağlamış Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi Azərbaycan Milli Elmlər X8 ## ###### 2022-ci il tarixli **/* saylı qərarı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin ## ###### 2022-ci il tarixli *** saylı sərəncamına əsasən ləğv edilmişdir və 3 ildən artıqdır ki, mövcud deyildir. -İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə(hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyəti) məxsus kənd təsərrüfatı texnikasının Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə lizinqə verilməsi barədə ## #### 2018-ci il tarixli, 2592-GL/** №-li, ## #### 2015-ci il tarixli, 1341-L/** №-li, ## ######## 2015-ci il tarixli, 1736-L/** №-li və## ####### 2015-ci il tarixli, 1846-L/** №-li bağlanılmış müqavilələrin əsasında lizinqə verilmiş əmlaklardan heç biri hazırda Azərbaycan Milli Elmlər Akademiyasının istifadəsində deyildir və lizinq müqavilələrinə əsasən istifadəsinə verilmiş strukturların hamısı da 3 ildən artıqdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil deyillər və onların sonuncu ilə heç bir maliyyə bağlılığı yoxdur. Lizinqə verilmiş bütün texnikalar elə lizinqə götürüldükləri gündən hazırda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olmayan hüquqi şəxslərin istifadəsindədirlər. Azərbaycan Milli Elmlər Akademiyası isə demək olar ki, artıq 4 ildir ki, lizinqə götürülən texnikalardan istifadə edən həmin strukturlara rəhbərlik belə etmir, çünki həmin strukturlar müstəqil hüquqi şəxslər olmaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Bakı şəhəri İcra Hakimiyyətinin tabeliklərindədirlər və odur ki, baxılan halda Azərbaycan Milli Elmlər Akademiyası irəli sürülmüş iddia üzrə iddia tələbinin yönəldiyi cavabdeh tərəf ola bilməz. -Müqavilələrin hamısında qeyd olunur ki, “2.1.3.Bu müqavilə üzrə Lizinq alanın bütün öhdəliklərinə nəzarət edir. 2.1.4.Lizinq müddətində istənilən zaman istifadə edilən texnikanın vəziyyətini öz hesabına yoxlamaq hüququna malikdir. 2.1.5.Lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda bu müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. ...5.1.Lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin pozulması halları hesab edilir. 5.1.1.Texnikadan istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya texnikanın təyinatına uyğun olmadıqda 5.1.2. Lizinq verənin icazəsi olmadan Texnikanın təyinatını dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə sublizinqə verdikdə 5.1.3.Texnikanın işlək halda saxlanması üçün lazımı tədbirləri həyata keçirmədikdə və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə 5.1.4. Texnikanı ən azı lizinq müddətinə bütün zərərdən sığortalamadıqda 5.1.5. Texnikadan istifadə üçün * №-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə. 5.2. Göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdəxəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, Texnikanımübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir.... Bu halda Lizinq alandan götürülmüş Texnikanı Lizinq verən başqa şəxsə lizinqə verə bilər. Müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq alanın qeydiyyatda olduğu yer və ya Lizinqverənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilər.” Lakin İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (məxsus kənd təsərrüfatı texnikasının Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə lizinqə verilməsi barədə ## #### 2018-ci il tarixli, 2592-GL/** №-li, ## #### 2015-ci il tarixli, 1341-L/** №-li, ## ######## 2015ci il tarixli, 1736-L/** №-li və ## ####### 2015-ci il tarixli, 1846-L/** №-li bağlanılmış müqavilələrin tələblərini vaxtında yerinə yetirməmiş və həmin müqavilələrdən doğan hərəkətləri etmək əvəzinə iddia ərizəsi ilə birbaşa məhkəməyə müraciət etmişdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən,“Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir.” İlkin olaraq qeyd edir ki, Azərbaycan Milli Elmlər X15 maliyyələşən təşkilat olduğundan, baxılan halda nəinki onun, hətta onun strukturuna daxil olmuş İşlər İdarəsinin belə hər hansı bir satınalmanı həyata keçirməsi üçün - İddiaçının tələblərinin əksinə olaraq, Azərbaycan Milli Elmlər Akademiyasına və həmin vaxt onun strukturuna daxil olmuş İşlər İdarəsinə dövlət büdcəsindən iddiaçının iddia etdiyi dövrdə lizinq üçün heç bir vəsait ayrılmamış, - təbii ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həmin əmlaklarla bağlı faktiki heç bir sifariş verilməmişdir və verilə də bilməzdi. (MM 753.4) - Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı 2015-2018-ci illərdə baş verməsini iddia etdiyi hallar üzrə iddiasını həmin vaxtdan uzun müddət: 8 ildən artıq bir müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət müddətini heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, iddiaçı tamamilə əsassız olan iddia ərizəsini qanunda iddia ərizəsinin verilməsi üçün müəyyən olunmuş müddətləri buraxmaqla vermişdir. (MM 375, 377.1, 367, 368, 369,370,371) İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin çıxardığı qətnamə işin faktiki hallarına əsaslanmadığından və hüquqi əsaslandırma baxımından ciddi qüsurlar daşıdığından, həmin qərarın ləğv edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması zəruridir. Dövlət büdcəsinin vəsaitlərinin geri qaytarılması ilə bağlı məsələlər ümumi mülki hüquqi tələblərdən fərqlənir və bu xüsus nəzərə alınmadan qəbul edilən qərar hüququn təməl prinsipləri ilə uzlaşmır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəmənin qətnaməsini ləğv edərək iddia etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qrafiklərindən müəyyən olunur ki, ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2022-ci ilin IIIrübündə (##.##.2022), ##.##.2015-ci il tarixli, “1736-L/15” nömrəli lizinq müqaviləsi üzrə 2025-ci ilin IIIrübündə (##.##.2025), ##.##.2015-ci il tarixli, “1846-L/15” nömrəli lizinq müqaviləsi üzrə 2025-ci ilin IV rübündə (##.##.2025), ##.##.2018-ci il tarixli, “2592-GL/16” nömrəli lizinq müqaviləsi üzrə isə 2026-cı ilin Irübündə (##.##.2026) edilməliydi. Beləliklə, ##.##.2015-ci il tarixli, “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə üç illik müddət ötürüldüyündən iddia müddəti tətbiq edilməlidir. Belə ki, həmin müqavilə üzrə iddia müddəti ##.##.2025-ci il tarixində bitmiş, iddiaçı isə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin hüquqi yanaşma baxımından, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. İddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın həmin hissədə rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyri-adekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması hüquq siyasətinin əsas istiqamətlərindən biri olduğuna görə, cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, lakin borcu açıq şəkildə inkar etməməsi şəraitində məhkəmənin iddianı tam araşdırmadan rədd etməsi hüquqi baxımdan əsassız hesab edilməlidir. Bu qərar, dövlət büdcəsi vəsaitinin qaytarılması kimi ictimai maraq doğuran məsələlərdə xüsusilə əhəmiyyətlidir. Belə hallarda, məhkəmələrin iddia müddətinin keçməsinə görə iddianı rədd etməsi, dövlətin maliyyə mənafelərinin qorunmasına mənfi təsir göstərə bilər. Ona görə də, dövlət büdcəsi vəsaitinin qaytarılması ilə bağlı işlərdə məhkəmələr, iddia müddətinin keçməsinə baxmayaraq, iddiaçının subyektiv hüququnun mövcudluğunu və həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdırlar. Beləliklə, məhkəmənin gəldiyi nəticə, dövlət büdcəsinin vəsaitlərinin qorunması baxımından yenidən qiymətləndirilməlidir. Cavabdeh lizinq müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lakin borclu olduğunu da inkar etməmişdir. Məhz bu amil göstərir ki, cavabdeh borcu ödəmək vəzifəsini daşıyır və bu öhdəliyin yerinə yetirilməsi hüquqi baxımdan tələb oluna bilər. Bu arqumentlərə əsasən, məhkəmə borclunun borcunu açıq şəkildə qəbul etdiyini, dövlət vəsaitlərinin qaytarılmasının ictimai əhəmiyyətini, iddia müddətinin tətbiqinə daha çevik yanaşılmasını və hüquqdan sui-istifadənin qarşısının alınmasını nəzərə alaraq iddianın təmin edilməsinə qərar verməlidir. Hüquq ədalət və məntiqə əsaslanmalı, formal müddəaların arxasında ədalətsiz nəticələrin yaranmasına yol verilməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

29. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin şikayətin təmin edilməsini, qarşı tərəfin verdiyi şikayətin təmin edilməməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

30. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

31. Mülki Məcəllənin: -372.1-ci, 372.2-ci, 373.2-ci, 377.2-ci, 375.2-ci və 376-cı maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

32. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

33. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalnız ##.##.2015-ci il tarixli “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi hissəsində, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı yalnız iddia tələbinin təmin edilən və ##.##.2015-ci il tarixli “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə iddia tələbinin rədd edilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC (lizinqverən) (mübahisəli hüquq münasibətində iddiaçının hüquqi sələfi) ilə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası (lizinq alan) arasında kənd təsərrüfatı texnikalarının verilməsi ilə bağlı dörd lizinq müqaviləsi -##.##.2015-ci il tarixli “1341-L/15” nömrəli, ##.##.2015-ci il tarixli “1736-L/15” nömrəli, ##.##.2015-ci il tarixli “1846-L/15” nömrəli və ##.##.2018-ci il tarixli “2592-GL/16” nömrəli lizinq müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən “xxxx” ASC lizinq obyektləri olan kənd təsərrüfatı texnikalarını müqavilələrin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, cavabdeh müqavilələr üzrə ümumilikdə 229.934 manat ödəməli olduğu halda, cəmi 156.837 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçı lizinq müddəti bitdiyi tarixədək olan müddət üçün hesablanmış cəmi 73.097 manat qalıq borcun, həmçinin həmin məbləğin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir. İddiaçının apellyasiya şikayəti üzrə:

37. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən qətnamənin ##.##.2015-ci il tarixli “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsi mübahisələndirilir. Bu hissə ilə bağlı məhkəmə kollegiyası, əvvəla, qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 747.1 və 462-ci maddələrinə əsasən sözügedən müqavilə üzrə borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir.

38. Lakin o da qeyd edilməlidir ki, sözügedən müqavilənin (müqaviləyə əlavə edilmiş ** nömrəli əlavə nəzərə alınmaqla) ödəniş qrafikində sonuncu lizinq ödənişinin edilməsi vaxtı ## #### 2022-ci il tarixində edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən sözügedən müqavilə üzrə sonuncu ödəniş isə 2018-ci ildə həyata keçirilmişdir. Göründüyü kimi Mülki Məcəllənin 377.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı ##.##.2022-ci il tarixdə başladığından iddiaçı hazırkı iddianı ##.##.2026-cı il tarixdə qaldırmaqla müqavilə tələbləri (həm əsas tələb, həm də əlavə tələb- dəbbə pulu tələbi üzrə) üzrə qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxmışdır.

39. İddiaçının dövlət büdcəsindən maliyyələşən təşkilat olması və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun dövlət büdcəsinə aid vəsait olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin iddia müddətləri ilə bağlı qaydaları müəyyən edən normaları iddia müddətinin tətbiq edilməsini mülki hüquq münasibətlərinin subyektiv tərkibindən asılı etməmişdir. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ##.##.2015-

40. “1341-L/15” nömrəli lizinq müqaviləsi üzrə tələbə iddia müddətini tətbiq etməklə ci il tarixli həmin hissədə iddianın rədd edilməsi barədə düzgün nəticə gəlmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə:

41. Cavabdehin mübahisələndirdiyi hallar kontekstində aparılan araşdırma zamanı isə müəyyən edilmişdir ki, mübahisəli lizinq müqavilələri, eləcə də müqavilələr əsasında lizinq obyekti olan texnikaların təhvil verilməsi barədə aktlar AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində işləmiş Sərdar Əliyev tərəfindən imzalanmaqla yanaşı həmin sənədlərə sözügedən idarənin möhürü vurulmuşdur. Bundan əlavə cavabdeh tərəfindən mübahisəli müqavilələr bağlandıqdan və lizinq obyektləri cavabdehə təhvil verildikdən sonra cavabdrh tərəfindən bir neçə dəfə lizinq ödənişləri də həyata keçirilmişdir.

42. Kollegiya ilk növbədə müqavilələri imzalamış İşlər İdarəsinin müdir müavini vəzifəsində işləmiş şəxsin həmin əqdləri imzalamaq səlahiyyətinin olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli müqavilə sözügedən şəxs tərəfindən imzalanmaqla yanaşı İşlər İdarəsinin möhürü ilə təsdiq edildiyi halda cavabdeh müqavilələrə vurulmuş möhürlərin həqiqiliyini mübahisələndirməmişdir. Belə olan halda isə həmin müqaviləyə səlahiyyətli vəzifəli şəxslərinin məlumatı və razılığı ilə möhür vurulması, yəni müqavilənin İdarənin rəhbərliyi tərəfindən bəyənilməsi açıq-aşkardır.

43. Mübahisəli müqavilələrin AMEA-nın İşlər İdarəsi tərəfindən bağlanması, həmin idarənin isə ləğv edilməsi barədə dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, AMEA-nın İşlər İdarəsi AMEA Rəyasət Heyətinin aparatının struktur bölməsi olmuşdur. Mülki Məcəllənin tələbləri baxımından belə idarələr mülki hüquq qabiliyyətinə malik deyil, yəni müstəqil olaraq həyata keçirdiyi mülki hüquqlara, o cümlədən öz əmlakına malik olmamaqla bərabər mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərini icra etmək vəzifəsi daşımır. Odur ki, hazırkı halda İşlər İdarəsi mübahisəli mülki hüquq münasibətlərində öz adından deyil, məhz AMEA-nın adından iştirak etdiyindən həmin idarənin bağlandığı müqavilələr üzrə yaranmış hüquqlar AMEA-ya aid olduğu kimi öhdəliklər də AMEA tərəfindən icra edilməlidir. Göründüyü kimi mübahisəli müqavilə üzrə yaranmış lizinq alan tərəfin hüquqlarını həyata keçirən və öhdəliklərini daşıyan subyekt AMEA olduğundan sonuncunun adından mübahisəli müqavilələri imzalanmış struktur bölməsinin ləğv edilməsi həmin öhdəliklərə xitam verilməsinə səbəb olmur.

44. Bununla yanaşı cavabdehin iddianın rədd edilməsi barədə irəli sürdüyü arqumentlərdən biri də struktur dəyişikliyi nəticəsində lizinq obyekti olan avadanlıqlardan istifadə edən qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, yəni onun hazırkı iddia üzrə əsl cavabdeh olmaması ilə bağlı olmuşdur. Qeyd edilən halların təsdiqi kimi Azərbaycan Respublikasının Prezidentinin ## #### 2022-ci il tarixli **** nömrəli Fərmanına və "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2022-ci il tarixli *** №-li qərarına istinad edilmişdir.

45. Kollegiya vurğulayır ki, həmin sənədlərdən AMEA İşlər İdarəsinin ləğv edilməsi və fəaliyyətinə xitam verilməsi, eləcə də əvvəllər AMEA-nın strukturuna daxil olmuş bir sıra müəssisə və institutların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi görünsə də, sözügedən struktur dəyişikliyi nəticəsində mübahisəli lizinq müqavilələri üzrə AMEA-nın hüquq və öhdəliklərin digər qurum və ya təşkilata verilməsi müəyyən edilmir. Bununla yanaşı o da qeyd edilməlidir ki, lizinq obyekti olan texnikaların hazırda əvvəllər AMEA-nin strukturuna daxil olmuş, lakin sonradan başqa qurumların tabeliyinə verilmiş müəssisələr tərəfindən istifadə edilməsi ehtimal edilsə belə göstərilən hal da özü-özlüyündə lizinq müqavilələrindən irəli gələn öhdəliklərin həmin qurumlara keçdiyini təsdiq etmir.

46. Digər üç müqavilə üzrə də iddia müddətinin buraxılması ilə bağlı istinad edilən dəlillərə dair kollegiya nəzərə alır ki, qeyd edir ki, həmin müqavilələrə əlavə edilmiş ödəniş qrafiklərinə (** saylı əlavə kimi) əsasən lizinq öhdəliklərinin son icra müddəti: -##.##.2015-ci il tarixli “1736-L/15” nömrəli müqavilə üzrə ##.##.2025-ci il, -##.##.2015-ci il tarixli “1846-L/15” nömrəli müqavilə üzrə ##.##.2025-ci il -##.##.2018-ci il tarixli “2592-GL/16” nömrəli müqavilə üzrə isə ##.##.2025-ci il müəyyən edilmişdir. Odur ki, Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbləri baxımından qeyd olunan üç müqavilə üzrə öhdəliklərin icra müddətləri müvafiq olaraq həmin tarixlərdə bitdiyindən həmin müqavilələr üzrə iddia müddətinin axımı da növbəti günlərdən başlamış və belə olan halda iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edilərkən həmin müqavilələr üzrə buraxılmamışdır. Beləliklə, işə baxan məhkəmənin Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iddia tələbini qismən, yalnız yuxarıda sadalanan üç lizinq müqaviləsi üzrə əsas borcun tam şəkildə tutulması hissəsində təmin etməsi qanuni və əsaslıdır.

47. Dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli müqavilələr üzrə lizinq ödənişlərinin gecikdirilməsinə görə cavabdehdən tutulacaq dəbbə pulu məbləğini -##.##.2015-ci il tarixli “1736-L/15” nömrəli müqavilə üzrə 800 manat, -##.##.2015-ci il tarixli “1846-L/15” nömrəli müqavilə üzrə 150 manat, -##.##.2018-ci il tarixli “2592-GL/16” nömrəli müqavilə üzrə isə 800 manat məbləğində müəyyənləşdirərkən hər iki tərəfin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, eləcə də əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

1. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü tələblər sırasında xüsusi qərardad çıxarılmasını xahiş etsə də, konkret olaraq hansı şəxslərin əməllərində cinayət əlamətlərinin olduğunu əsaslandırmamış və konkretləşdirməmişdir. Kollegiya hesab edir ki, hazırkı halda məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən edilməmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndiriləın hissələrdə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayətlər təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar